525.Az

Mayns şəhərində iki soydaşımız şəhər bələdiyyəsinin Yabançılar Məclisinə üzv seçilib


 

Mayns şəhərində iki soydaşımız şəhər bələdiyyəsinin Yabançılar Məclisinə üzv seçilib<b style="color:red"></b>

Almaniyanın Mayns şəhərində yaşayan soydaşlarimiz Sarvan Rizvanov və Aqil Abulov adıçəkilən şəhərin Bələdiyyəsi yanınında fəaliyyət göstərən Yabançılar Məclisinə üzv seçiliblər.

Yabançılar Məclisinə üzv seçilən soydaşımız Sarvan Rizvanovun sözlərinə görə, seçkidə 72 nəfər namizəd mübarizə  aparıb:

“Biz “İGMG Barbaros & Bosnisch-Aserbaidschanische Liste” adlı namizədlər siyahısında seşimə qoşulmusduq. Mayns şəhərində yaşayan soydaşlarımızın fəallığı bu seçimdə hər iki namizədimizin qələbə qazanmasına səbəb oldu. Eyni zamanda Mayns şəhərində yaşayan türklər, ərəblər, əfqanlar, bosniyalılar, mərakeşlilər, ukraynalılar, ruslar və digər xalqları təmsil edən insanlar da səslərinin bir hissəsini bizə verdilər.

Yabançılar Məclisinin əsas fəaliyyəti müxtəlif millətlərdən, mədəniyyətlərdən və dinlərdən olan insanların yanaşı yaşamasında inteqrasiya prosesini təmin etmək üçün lazımı məsləhətlərin verilməsindən ibarətdir.

Bundan əlavə, miqrasiya və inteqrasiya haqqında siyasi qərarların verilməsində söz sahiblərinə təsir görtərmək, gələcəkdə yerli seçkilərdə yabançıların səs haqqına sahib çıxmasına nail olmaq da Məclisin hədəflərdən biridir. Bizim əsas vəzifələrimizdən birincisi doğma vətənimiz Azərbaycanımızın daha çox tanınması istiqamətində işlərin görülməsi olacaq”.

Qeyd edək ki, Mayns şəhər Bələdiyyəsi yanınında fəaliyyət göstərən Yabançılar Məclisinə seçimlər 1987-ci ildən keçirilir. Mayns şəhərində yaşayan və universitetdə çalışan dokror Ruslanə Süleymanova 2004-2009-cu illərdə ilk azərbaycanlı məclis üzvü olub. 23 nəfər uzvü olan, 5 ildən bir seçilən Yabançılar Məclisinə seşimlər 30 mindən çox xarici ölkə vətəndaşlarını əhatə edir.

 





26.11.2014    çap et  çap et