525.Az

Ronaldoya söydülər


 

Ronaldoya söydülər<b style="color:red"></b>

İspaniya La Liqasının 12-ci turunun "Eybar - "Real" matçında (0:4) xoşagəlməz hadisə baş verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu oyunda dubl edən Madrid klubunun futbolçusu Kriştiano Ronaldonu "Eybar" azarkeşləri təhqir ediblər.

83-cü dəqiqədə portuqaliyalı oyunçu əvəzlənib meydanı tərk edən zaman qonaq komandanın azarkeşlərinin ona portuqal dilində söyüş söyməsinə təəccüblənib. Ronaldo əllərini yana açaraq bu hərəkətə etirazını bildirib.

 





24.11.2014    çap et  çap et