525.Az

“Bitməz könlümüzün vətən sevgisi” Qarabağda


 

“Bitməz könlümüzün vətən sevgisi” Qarabağda<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 2014 cü il də elan etdiyi 5-ci qrant müsabiqəsində qalib gələn gənc yazar Şirinov Qabil Ədalət oğlunun (Qabil Ədalət) “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı layihə çərçivəsində keçirilən silsilə tədbirlər maraq doğurub.
 
525.az-ın Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, layihə çərçivəsində Ağdam və Ağcəbədi rayonlarının bir sıra kəndə məktəblərində şagirdlərlə görüş olub. 

 Ağcabədi rayonu M.Əsəsov adına 5 saylı tam orta məkəbdə, Boyat kəndi Hikmət Əliyev adına Boyat kənt orta məktəbində, Ağdam rayonu Mirəşelli kəndi Azər Kərimov adına Bənövşələr kənd orta məktəbində keçirilən tədbirlər pedoqoji və şagird kollektivi tərəfindən maraqla qarşılanıb.
 
Tədbirlərdə gənclərin hərbi vətənpərvərlik ruhunun yüksək olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün intellektual, yüksək dünyagörüşə malik, savadlı gənclik yetişir. Dövlətin gələcəyi olan gənclərin vətənpərvərlik duyğularının artırılmasında ədəbiyyatın rolu danılmazdır.

Tədbirlərdə məktəbin istedadlı gəncləri vətəni tərənnüm edən şeirlər söyləyiblər. Layihə çərçivəsində işıq üzü görən və vətəni tərənnüm edən şeir və hekayələrdən ibarət “Bitməz könlümüzün vətən sevgisi” adlı toplusu da həmin tədbirlərdə iştirak etmiş şagirdlərə hədiyyə edilib.
 
Daha sonra bir neçə fəal şagird, Ağcəbədi rayonu M,Əsədov adına 5 saylı orta məktəbin direktor müavini Yaqub müəllimə və məktəbin riyaziyyat müəlliməsi Qəmzə Əkbərova, Hikmət Əliyev adına Boyat kənd orta məktəbinin sinif müəlliməsi Solmaz Quluyeva, tərbiyəvi işlər üzrə köməkçi Şirinova Zemfirə və Sadqova Məryəm, Ağdam rayonu Mirəşelli kəndi Azər Kərimov adına Bənövşələr kənd orta məktəbinin direktoru Nailə Yüzasifli, məktəbin müəllimləri Ziyafət Məmmədova, Mahirə Məmmədova və Əsmər Qasımlı layihənin diplomu ilə təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün vətən sevgisi” toplusu vətənpərvərliyi təbliğ edən və daha çox gənc yazarların qələm nümunələri olduğu üçün xüsusi önəm kəsb edir.

 





24.11.2014    çap et  çap et