525.Az

Diaspor rəhbərinin oğlu beynəlxalq axtarışa verilib


 

Diaspor rəhbərinin oğlu beynəlxalq axtarışa verilib<b style="color:red"></b>

“Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

Qeyd edək ki, E. Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.

 





24.11.2014    çap et  çap et