525.Az

Mövsüm Səmədovun apellyasiya şikayəti təmin edilməyib


 

Mövsüm Səmədovun apellyasiya şikayəti təmin edilməyib<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, bu il oktyabrın 9-da Mövsüm Səmədovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən Qobustanda yerləşən həbsxanaya köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib. Məhkəmə M. Səmədovun cəzasının 2 ilini Qobustan həbsxanasında çəkməsinə qərar verib.
 
Mövsüm Səmədov 2011-ci il yanvar ayının 7-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinir.

 





24.11.2014    çap et  çap et