525.Az

NATO-nun baş katibi narahatdır


 

NATO-nun baş katibi narahatdır<b style="color:red"></b>

NATO-nun baş katibi Yens Stoltenberq Ağdam rayonu üzərində Ermənistana məxsus “Mi-24” döyüş helikopterinin vurulmasından narahat olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə baş katib NATO Parlament Assambleyasının Haaqada keçirilən iclasında deyib.
 
Y. Stoltenberq Dağlıq Qarabağda bir müddət əvvəl baş vermiş insidentdən narahat olduğunu söyləyib: “Bu, onu göstərir ki, münaqişənin hərbi yolla həlli ola bilməz. Siyasi həll yolunun alternativi yoxudur. Münaqişənin həllində NATO-nun birbaşa rolunu görmürəm. Lakin NATO münaqişənin danışıqlar vasitəsilə həllinə şərait yaratmaq üçün Minsk prosesini dəstəkləyir ".

 





24.11.2014    çap et  çap et