525.Az

"Barbi" kuklasının analoqu yaradılıb


 

"Barbi" kuklasının analoqu yaradılıb<b style="color:red"></b>

ABŞ-dan olan dizayner "Barbi" kuklasının "normal" formalı və qadınlarda olan "tipik" kosmetik qüsurlara malik analoqunu hazırlayıb.
 
Bu barədə Trend “Vaşinqton Post” qəzetinə istinadən məlumat verir.

Nəşr yazır ki, Nikolay Lemm tərəfindən yaradılan "Lemmili" kuklasının sellüliti və sızanaqları var. Həm də onun ayaqları adi "Barbi"dəkindən qısadır, gövdəsi enlidir, sifəti isə "ilhamverici" amerikalının prototipini - 19 yaşlı qızı xatırladır.

Novatorun sözlərinə görə, o bu oyuncağı "reallığın da gözəl ola biləcəyini" sübut etmək üçün düşünüb.

"Lemmili"ni yaratmaq üçün dizayner "xalq maliyyələşdirməsi" yolu ilə vəsait axtarıb. Əvvəlcə, o, 95 min dollar əldə edəcəyini düşünüb, lakin yekun məbləğ 501 min dollar təşkil edib. Bundan başqa, dizayner 22 min sifariş alıb.

N.Lemm artıq pul vəsaitini "normal Ken"in yaradılması üçün sərf edəcəyini vəd edib. "Lemmili"nin oğlan dostunun keçəl və dolu olacağı mümkündür.

 





24.11.2014    çap et  çap et