525.Az

Sabah növbəti ilin qəbul qaydaları açıqlanacaq


 

Sabah növbəti ilin qəbul qaydaları açıqlanacaq<b style="color:red"></b> Sabah növbəti ilin qəbul qaydaları açıqlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, qəbul qaydaları TQDK sədri Məleykə Abbaszadə tərəfindən açıqlanacaq. Sabah həmçinin  “Abituriyent” jurnalının 11-ci sayının təqdimatı da olacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci sayını onlara həsr edib. Jurnalda ən yüksək nəticəli tələbələrə prezident təqaüdünün verilməsi haqqında dövlət başçısının sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunub.

Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilib.
 





24.11.2014    çap et  çap et