525.Az

Gürcüstandan avtomobil gətirilməsi 2 dəfə azalıb


 

Gürcüstandan avtomobil gətirilməsi 2 dəfə azalıb<b style="color:red"></b> Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 231 942,2 min dollar dəyərində 15 903 minik avtomobili ixrac olunub.
 
Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 007 avtomobil və ya 2,3 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 29,8% azalıb.
 
Qeyd edək ki, bu ilin 10 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,95% təşkil edib.
 
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 50,1%-ni təşkil edib.
 
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,5% təşkil edib.
 
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 473 778,6 min dollar dəyərində məhsul  ixrac edilib.
 





24.11.2014    çap et  çap et