525.Az

Hollandiyada Qarabağ sərgisi


 

Hollandiyada Qarabağ sərgisi<b style="color:red"></b>

Hollandiyanın Lahey şəhərində “Qarabağda üç nəslin bir soyqırımı” mövzulu sərgi açılıb. Sərginin açılış mərasiminə Türkiyənin dövlət və hökumət təmsilçiləri, diplomatlar, Azərbaycan və türk diaspor təşkilatlarının, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.

AzərTAc bildirir ki, tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi soyqırımı aktları, törətdiyi hərbi cinayətlərin digər məqamları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Ermənistan dövlətinin Xocalı soyqırımı törətməsini təsdiq edən təkzibolunmaz sənədlər, foto və video materiallar, canlı şahidlər var, bu hərbi cinayətləri sükutla qarşılayan bəzi dövlətlər və beynəlxalq təşkilatlar 1915-ci il hadisələrini təhrif edərək uydurma “erməni soyqırımı” iddiaları ilə çıxış edən ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə edirlər.

Sərgidə Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş etdirilir.

Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olarkən işgəncə və digər məşəqqətləri yaşayan azərbaycanlıların şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.

Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanır.

 





24.11.2014    çap et  çap et