525.Az

Parlaq amal, unudulmaz əməllər


 

GÖRKƏMLİ MAARİFÇİ-PEDAQOQ MƏHƏMMƏD TAĞI SİDQİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

Parlaq amal, unudulmaz əməllər<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Ordubadda açılan yeni üsulluƏxtərməktəbi Məhəmməd Tağı Sidqinin pedaqoji ustalığının yayılmasına imkanlar açdı camaat bu görkəmli ziyalının işindən hədsiz dərəcədə razı qalaraq övladlarının yeni məktəblərdə təhsil almalarına kütləviliklə razılıq verməyə başladılar. Buna görə böyük pedaqoqun müasiri yaxın dostu olmuş Cəlil Məmmədquluzadə ustad müəllimin vəfatı münasibətilə yazdığıGetdi cahandan həzrəti Sidqi...” başlıqlı məqaləsində onun kütlə içərisində qazandığı hörmət etibar barədə belə yazırdı: “...çox zamanlar çəkər ki, mərhumun adı vətəndaşlarımızın yadından fəramuş ola. ...Nədir buna bais? eləyibdi bizə Sidqi ki, onun dünyadan getməyinə bu qədər ah-nalə çəkib ağlayırıq? Cavabım budur: ah-naləmiz məhz bir ondan ötrü deyil ki, Sidqi şəhərimizdə bir nizamlı məktəb açmış. Ah-naləmiz ondan ötrü deyil ki, əgər Sidqi olmasaydı, bəlkə hələ indiyədək yazıq vətənimizin fəqir balaları məcbur idilər dükanların qaranlıq bucaqlarında samanlıqların soyuq künclərində, nəm torpaqlar üstə çöküb, cırıq çərəkələrin üstə səriştəsiz müdərrislərin çubuqlarının xovfundan göz yaşı töksünlər... ah-naləmiz tək ondan ötrü deyil ki, Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman (on il bundan irəli belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur”. Böyük ədibin: “O hörmət məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib. Mərhumu canü-dildən dost tuturdular mollalar, seyidlər, xanlar, əsnaf hammal. Küçə bazarda Sidqini barmaq ilə göstərirdilərkimi sözləri Məhəmməd Tağı Sidqinin cəmiyyət onun hər bir təbəqəsi arasında qazandığı sonsuz ehtiram etibarı da aydın nümayiş etdirə bilir. Bu baxımdan Məhəmməd Tağı Sidqi bəlkə tək yeganə şəxsiyyətlərdən biri idi ki, onun həm dini dəyərlərə sədaqəti imanı, həm müasir düşüncə tərzi əməlləri, dünya işlərini nəzərə alaraq davranması hətta həmin dövrdə kəskin ziddiyyət mübarizə içində olan qatı dinçilər müasirlik tərəfdarları arasında da eyni bərabərdə hörmətə malik idi. Mirzə Cəlil Şürbinin: “Şəhri Naxçıvanda elə bir hacı, elə bir ustad, elə bir uşaq elə bir müəllim tapılmazdı ki, Sidqinin dəryayi-hikməti qarşısında diz çökməsin ona səcdə etməsinsözləri bu görkəmli pedaqoqun müxtəlif təbəqə dairəni əhatə edən hörmət, etibar nüfuz dairəsini müəyyənləşdirməyə imkan verən sanballı dəlillərdəndir.

Bu görkəmli pedaqoq-maarifçininstullarından çıxanşəxsiyyətlər sırasında Azərbaycan xalqının qabaqcıl simaları olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Səbri Qasımov, İbrahim Əbilov, Əziz Şərif çoxsaylı digər görkəmli adamlar var idi. Bu ehtirama hörmətə isə Sidqi öz əməllərimaarifpərvərliyi, insanpərvərliyi, möminliyi dindarlığı, böyüklərə sayğısı uşaqlara qayğısı sayəsində nail olmuşdu. Maraqlı diqqəti cəlb edən tərəf burası idi ki, Məhəmməd Tağı Sidqi bəlkə yeganə şəxsiyyət idi ki, bir qədər ictimai, həm mənəvi cəhətdən qarışıq, daha doğrusu təzadlı dövr olan XIX əsrin sonları XX əsrin əvvəllərində həm dünyagörüşücə məhdud, hədsiz dərəcədə mömin fanatist adamlar, kütlə tərəfindən, həm aşıqgözlü ziyalı, ədib hörmətli şəxslər tərəfindən eyni dərəcədə hörmətlə qarşılanır yad olunurdu. Təkcə bu fakt Məhəmməd Tağı Sidqininavam camaat arasındahörmət nüfuzunu göstərməyə kifayətdir ki, atası Molla Abdulla mərsiyəxan anası Ümmileyla tərəfindən din xadimi olmaq üçünağaca dırmaşdırılanHüseyn Cavidi yeni üsullu məktəbə getməyə razı saldıran məhz bu şəxsiyyətin hörmətəlayiq sözü məsləhəti idi. Hüseyn Cavidin dindar valideynlərini razı salmağa yalnız Məhəmməd Tağı Sidqinin sözü yetmişdi. Hüseyn Cavidin istedadının vaxtında aşkarlanması, düzgün istiqamətlənməsi inkişafına yol açan da, onu Azərbaycan ədəbiyyatı mədəniyyəti tarixində Cavid zirvəsinə qaldıran yola çıxaran da məhz müəllimlər müəllimi ustad Məhəmməd Tağı Sidqi idi. Məhz buna görə həmişə əziz müəllimini hörmətlə yad edən Hüseyn Cavid bu görkəmli şəxsiyyətəböyük ustad cəlallı atamız”- deyə müraciət edirdi. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin müasiri Məhəmməd Tağı Sidqinin maarifçilik sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymət Azərbaycan ziyalılığının bu görkəmli şəxsiyyət haqqındakı qənaətlərini özündə ümumiləşdirən bir fikir kimi olduqca diqqətəlayiqdir: “Naxçıvan şəhərində haman məktəbi (“Tərbiyəməktəbinə işarı edilirmüəllif) həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın müsəlman şəhərlərinin çoxunda yox idi. Sidqi Naxçıvana gəlməmiş şəhərimizin camaatı təzə qayda üzrə elm təhsil etməyi xoşlamayıb, təzə üsul məktəbxana açılmasına bilmərrə rağib deyildi... Sidqi Naxçıvana gələn kimi burada, guya ki, zəmanə birdən təğyir tapdı. Mərhumun vəz nəsihətinin səmərəsi bir az vaxtda görsəndi. Hər bir kəs dünən deyirdi: “Mən sizin təzə məktəbinizi istəmirəm”, bu gün Sidqi ilə söhbət edəndən sonra söyləyirdi: “Razıyam!” ...Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad arif aləmində olan indiki əhvalı ilə 10 il bundan əvvəl olan halətini. Tərəqqi çox artıq görünür əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, – insafdan həqiqətdən bilmərrə uzaq olmaz”. Elə burası da maraq doğurur ki, öz əsərlərində islam aləmini mövhumata cəhalətə dəvət edib maarif elmdən uzaq salan fürsətgir din xadimlərini ciddi surətdə tənqid edən Cəlil Məmmədquluzadə onun kimi digər ədib ziyalılar Məhəmməd Tağı Sidqi kimi qatı surətdə dindar mömin bir şəxsdən dünyalar qədər razılıqla bəhs edir, ona hörmət duyurdular. Bu da onu göstərir ki, yenilikçi mövqedən çıxış edən ziyalı ədiblər əvvəllər dillər əzbərinə çevrilmiş şəkildədin ruhanilər əleyhinəmübarizə aparmırdılar, xalqın həyatına doğan nicat işığının qabağına papaq tıxan fürsətgir din xadimləri məmurlara qarşı mübarizə aparırdılar. Yoxsa əvvəlki terminlərlə deyilsə, “din mövhumata qarşı düşmən olanMirzə Cəlil kimi ədiblərlə qatı dindar mömin olan Məhəmməd Tağı Sidqi arasında bu xoş, hörmət sayğıya dayanan münasibət haradan ola bilərdi? Görünən budur ki, Məhəmməd Tağı Sidqi şəxsiyyət etibarilə qatı imanlı dindar mömin olduğu kimi əməldə xalqına bağlı, insanpərvər, vətənin nicatı üçün çalışan, islamın buyurduğu kimi insanlara elm, bilik savad öyrədən işıqlı bir şəxs idi. Bu səbəbdən onu cəmiyyətin hər bir təbəqəsi sevir, hörmətini saxlayırdı. Bu səbəbdən onun dediyi sözlər Mirzə Cəlilin dediyi kimi, “özgə şəklə düşüb, əlahiddə mənaqazanırdı, həmsöhbətini bütün fikrindən daşınmağa, onunla razılaşmağa, balasını yeni üsullu məktəbdə oxutmağa razı saldırırdı. Burdan da aydın görünür ki, Həsənov kimi müəllimlərin tənqidi obrazını yaradan Mirzə Cəlil məhzavam geridəqalmışdırdeyə günahı Danabaş kəndinin camaatında deyil, əksinə övladlarının xoşbəxtliyini hər cür vəchlə istəyən Danabaş kəndlilərini doğru şəkildə başa sala bilməyən müəllim Həsənovlarda, dediyi anlaşılmayan, əməli ilə sözləri düz gəlməyən molla qazılarda, əlindən şallağı düşməyən məmurlarda görürdü. Həmin dövrün Mirzə Cəlil kimi ədibləri müəllim Həsənov obrazlarını yaradıb tənqid edəndə Məhəmməd Tağı Sidqi kimi fədakar, millətcanlı, öz işini yaxşı bilən müəllimləri axtarırdılar.

Bir çox ictimai mübahisələrin həllində Məhəmməd Tağı Sidqinin nüfuzu əhəmiyyətli rol oynamışdı. İsmayıl bəy Qaspıralı Məhəmməd ağa Şahtaxtlının, Əlimardan bəy Topşubaşovla Əhməd bəy Ağayevin arasındakı münaqşə mübahisənin xalq, ictimaiyyət arasında düzgün anlaşılması tərəflər arasında barışığın əldə olunması sahəsində onun ağsaqqallıq rolu mühüm rol oynamışdı. Bütün bunlar isə bu görkəmli şəxsiyyətin nüfuzu ona tutulan xatirdən qaynaqlanırdı.

Bəli, indianadan olduğu vaxtdan düz 160 il sonra da dərin ehtiramla yad edilən Məhəmməd Tağı Sidqi belə nümunəvi ustad peşəkar bir ziyalı, müəllim idi. Bu görkəmli pedaqoq-ədibin 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı həm bu görkəmli şəxsiyyətə, onun vaxtında Naxçıvanda təhsilin milli inkişafın güclənməsinə göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, digər tərəfdən onun fədakar müəllimlik əməyi fəaliyyətini bu günün gələcəyin müəllimlərinə təbliğ etmək kimi mühüm əhəmiyyət daşıyır. Bu baxımdanŞərqi-Rusqəzetinin vaxtilə bu unudulmaz pedaqoqun haqqında yazdığı kimi: “Əgər ki, özü bu aləmdən getdi, lakin mərifət qeyrət toxumunu insaniyyət bağında əkib səmərəsi ələd-dəvam yetişməkdədir. asari-ədəbiyyəsi ilə cəridəyi-aləm səhifəsinə adını səbt edib özünə bir mənəvi heykəl ucaltdı”.

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





24.11.2014    çap et  çap et