525.Az

Qüds kimi-Yerusəlim kimi arzulanmaq...


 

“Düşüncə fraqmentləri” silsiləsindən

Qüds kimi-Yerusəlim kimi arzulanmaq...<b style="color:red"></b>

... bir gün dözülməz, ani ağrıdan sonra onurğasının fərqinə vardı: lap sadəcəbiri belinin üstündən basıb onu sındıranda... Sən demə, illər ərzində sürünə-sürünə, irişə-irişə, sürüşə-sürüşə boşuna yaşayıbmış. Möhtəşəm xırtıltı səsindən anladı ki, bir daha ayağa qalxması müşkül məsələdi... İçini yandıran bircə o idi ki, indiyəcən başqa seçiminin olduğunu bilsə , ömrü boyu buna diqqət yetirməmişdi. Heç özü bilmədi nəyə təəssüflənsin: ətrafında dik, ayaqüstə dolaşanlara həmişə aşağıdan yuxarı baxdığınamı, yoxsa heç dikəlmək arzusu olmadığına görəmi? Sürünə-sürünə keçdiyi qapıları xatırladı o iki daşın arasında... Dimdik, adam kimi keçə biləcəyi yerlərdə koramala çevrilməsi gözünün qarşısına gələndə başqa məchul bir ağrı da belindən qopan ağrıya qarışdı. Hüzurlarda koramal kimi dayananda bəzilərinin mərhəmətdən, bəzilərinin eymənib, bəzilərinin iyrənib onu başından eləməkləri ilə bağlı xatirələri həmişə möhkəmliyi ilə öyündüyü yaddaşı qıpqırmızıca təqdim elədi o dar macalda... İllər ərzində qoyduğu qabıqlarını, özündən sonra buraxdığı həlməşiyəbənzər izlərini xatırladıqca insanmı, yoxsa sürünənmi olduğunu kəsdirmədi, beyni dumanlı idi elə bil... Hələ bir dəfə bir qız da düz üzünə vulkan kimi puskürmüşdü: İbtidai onurğasız! Məncə, qız lap eləmişdi, axı o, daha çox koramala oxşayırdı...

Sındırmışdılar
, həm özü istəmişdi sınmağı, əgər belə olmasaydı, gəzirdi ayaqlar altında? Beliüstə çevrilməyə cəhd elədi, alınmadı, canı saz olsaydı, çoxdan sürünüb aradan çıxmışdı, amma indi ağrıdan tərpənə bilmirdi. Qıvrıla bilmirdi, axı o təbiət etibarilə onurğasızlar sinfindən deyildi, sadəcəonurğasızidi. Sonra elə bil hərbi parad oldu, nəydi, camaat üstündən qoşun kimi keçməyə başladı... Üzləri görürdü, simalardakı ifadələri . Amma indiyədək dik qalxıb kimsənin üzünə baxmamışdı ki, kimisə tanıyaydı... Ayaqqabılar ayaqlar isə tanış gəlirdi...

lll

Özünü yeyib- tökənbirinin bir gün səniyeməyəcəyinəkim zəmanət verə bilər?

lll

Sevimli qadını yəhudilər Yerusəlimi, ərəblər Qüdsü arzulayan kimi arzulamaq...Bu, eqoizmə dayalı, amansız reallaşması qaçılmaz olan bir arzudur. belə real, fiziki arzulamanın yanındaülvi hisslər”, “pak niyyət”, “saf istəkadlı ibarələr qondarma görünür. Hələ bu arzunuqocalıb Alsheymerə tutulsam belə, bunu unutmaramyalanı izləyir. O cür arzulanan qadına təbiət beyninin heç olmasa məqbul normal faizini işlətmək imkanı veribsə, o arzunun doğulduğu yerdən arxasına belə baxmadan qaçacaq, qaçmalıdır. Amma o arzunun Qüds kimi dəfedilməz enerjisi var, qaçmaq olardımı? Yerusəlim kimi arzulanan qadının dünyasını gec-tez Qəzza taleyi gözləyir: darmadağın olmaq...Çünki o arzu mənşəyini arzu sahibinin belə bilmədiyi, anlamadığı ucuz bir bəhanənin, absurdun üstündə özül tutub: “Mən belə istəyirəm!” Vəssalam. Bu, arzu deyil, bu, bir işğal faktıdır...

Gözəl qadınlar böyük bəzən Qüds-Yerusəlim kimi müqəddəs şəhərlərə bənzəyir. Fransız alimi Pyer Buast deyirmiş ki, gözəl qadınları, müdafiəsi zəif olan iri şəhərlər kimi, çox vaxt fəth etmək asan, əldə saxlamaq çətindir. Fəth deyiləndə qürur təşəxxüs qarışıq bir həzzlə daha çox cismani əldəetmə nəzərdə tutulur. Amerika açmaq istəmədən, özümdə cəsarət tapıb demək istərdim ki, bu cür əldəetmənin həqiqiFəth heç bir əlaqəsi yoxdur.
 
Freydvari səslənməsin, amma bu, sadəcə özünüaldatma, eqosunu, heysiyyətini sakitləşdirmək cəhdidir. Zatənkiçik qəsəbələrmaraq dairəsində olmur, “iri meqapolislərinin tam fəthi isə mümkün deyil. Omeqapoisləriyerlə-yeksan etmək, daş üstə daşını qoymamaq olar, amma fəthi asan deyil. Həqiqi fəth özündən nələrsə bəxş eləyib orada öz ruh sahəni yaratmağı, öz auranın rəngindən (əgər o aura ümumiyyətlə, rənglidirsə) oşəhərin işıqlarına hansısa spektri əlavə etməyi bacarmaqdır. Belələrində anlaşılmayan, dərkedilməyən fatehi həmişə hansısa keçilməsi mümkünsüz, şəffaf, gözəgörünməyən xətdə dayanmağa məcbur edən bir sərhəd olur. Yalnız o sərhədi keçə bilən psevdofəth yox, həqiqicismani, mənəvi, ruhi əldəetmənin vəhdətindən danışa bilər. Bunu bacaran isə ümumiyyətlə, bunu fəth kimi qəbul etməz. Çünki fəthlər adının qoyulmasından asılı olmayaraq işğaldır. İşğalın olduğu yerdə isə sevgidən söhbət belə gedə bilməz...

lll

Dəyməzlərə dəyər verə-verə bir baxırsan ki, ümumiyyətlə, “dəyəranlayışı təhrif olunub sözdəki “-ərsonluğunu “-məz əvəzləməli olursan...

lll

Özünüdərk yolunu keçən qadın böyük, özünüdərketmiş qadını dərk edən kişi isə daha böyük qüvvədir. Burada söhbət sözün müxtəlif mənalarında güclü olmaqdan yox, məhz böyüklükdən gedir. Böyük qüvvədən həmişə çəkiniblər. İnsanın cinsindən asılı olmayaraq özünü həyatı az ya çox dərəcədə dərk etməsi həmişə onu qaragüruh kütləylə üz-üzə qoyub. Özünüdərketmiş kişiləri damğalayıblar, bu damğalanmadan zərər çəkmədiyini görəndə isə onu cismən məhv ediblər. Ya da elə bu qaragüruhun arasında yaşamaqdansa, onlar özləri könüllü olaraq fiziki məhvi üstün tutublar.

Tarixə nəzər salanda görürük ki, qədər özünü dərketmiş kişi intiharı seçib. İdraklı qadını isəcadugəradıyla yandırıblar. Dünya sivilləşib guya, zahirən indi inkvizisiya məhkəmələri, linçetmələr tonqallar yoxdur, ancaq indi daha dəhşətli üsullarla- “mənəvi ruhi yandırmalarla anlayana anladana divan tutulur. Özünüdərketmiş insan kütləsi, həcmi böyük planet kimidir, ətrafına çoxlu səyyarələr cəzb edir... “Peyklərinşüuraltında bu orbitə düşməyin bircə anlamı var: enerji mübadiləsi aparmaq. Kimisi üçün bu maddi enerjidir, kimisi üçün ruhi-mənəvi. bu mübadilə qarşılıqlı, kompleks olaraq alındıqda tamamlanma baş verir. Bunu hələ yüz illər bundan əvvəl qədim Şərq biliciləri anlamış anlatmışdılar. Yalnız bu cür enerji paylaşmasından sonra uğurlar ard-arda düzülür, tutduğun pir olur. Amma bu situasiyada biri digərindən sadəcə bir enerji deposu kimi istifadə edib, enerji vampiri olanda digərinin şüuraltı özünüqoruma hissi işə düşür, qəlb instinktiv olaraq uzaqlaşma əmri verir. Qəlbin tələbi ilə baş verən bütün uzaqlaşmalar xeyrədir. Bir türk cizgi filmindən bu ifadə yaddaşımın tikanlarına ilişib: “Qəlb hələm-hələm dəyişməz, beyni isə razı salmaq olar”. Köhnə məsələdir əsində: beyin qəlb, məntiq hiss. Hiss həqiqidirsə, kirlənməyibsə, kirlətməyiblərsə, kirlətməmisənsə bunların nəticəsində başqa saxta nəsnələrə qarışmayıbsa, o, heç vaxt yanılmır, belə hiss istənilən halda məntiqdən güclüdür. Sadəcə çox vaxt hissin səsini beynin ixrac elədiyi məntiqin çığırtıları boğur. fikrimcə, çox vaxt hamının qəbul elədiyi kimi bizi qəlbimiz yox, beynimiz ələ verir.

Hissimiz
yox, məhzməntiqimiz”. Qəlb yaxşını hiss etdiyi kimi pisliyi, taranı, dəhşəti, tufanı hiss edir, xəbərdarlıq edir, “etmədeyir, “getmədeyir, “buraxdeyir, “unutdeyir, “atdeyir, “uzaqlaşdeyir, amma beyin yenə sonrakı nəticələri görmək istəyir. Qəlb nəticənin olacağını əvvəlcədən hiss elədiyi üçün SOS bağırır, məntiqsə israrla sonucu görmək arzusundadır. Hissiyyatsız deyiləndə əslində məntiqsizik. Qəlbimizin səsini beyin batırıb. Elə bütün mənalarda batırıb.

lll

Bakirə bədəndəki pozğun ruh daha təhlükəlidir...

lll

Bu yaxınlarda həyat yoldaşım qovrula-qovrula dolaşdığımı, içimlə danışdığımı, nəsə küt bir sancıdan doğrandığımı, naməlum bir ağrı çəkdiyimi sezib yarızarafat-yarıgerçək heç unuda bilmədiyim bir ifadə işlətdi: “Deyəsən, yenə dünyaya yeni yazı gətirməyə hazırlaşırsan...” Əlbəttə, bu, yeni eşitdiyim söz deyildi, zatən dünyada artıq yeni söz yoxdur ki, sadəcə lazımi yerdə zamanında deyilmiş sözlər var.

Məhz
bu səbəbdən xoşuma gələn bu cümlə düşüncələrimə işlədi yeni düşüncələrə yol açdı... Nəsə yazmaq üçün bədəni ruhu çırpınan qadının cəhdlərini bundan daha uğurlu hansısa cümlə ilə ifadə etmək indiki halda mənə qeyri-mümkün görünür. Yaradan qadını çox istəyir, lap çox- o, qadına dünyaya yeni bir həyat gətirmək qabiliyyəti bəxş edib. Hələ üstəlik üstündə bonus kimi istedad da verirsə... Kainatın qədər sevimli varlığı olmalısan ki..., bütün bunlara nail olasan? Qadın yalnız ana olduqdan sonra, o anı-dünyaya uşaq gətirmə anını yaşayandan sonra qadın insan kimi kamilləşə bilər. Çünki qadının dünyaya yeni insan gətirən anda hiss etdiyi mənəvi, cismani, ruhi ekstazı dünyada başqa heç bir şeylə müqayisə əvəz etmək mümkün deyil... Qadın yalnız bundan sonra qadınlığını tam anlamıyla qavrayır dərk edir...

Üstəlik
, bu ekstazın, nirvananın ruhi-mənəvi tərəfini həm yazandan, estetik nələrsədünyaya gətirəndənsonra da yaşayırsa... Dünyaya məhz QADIN olaraq gəldiyim üçün hardasa milyon işıq ili uzaqlıqda burdaca, gözümün içi qədər yaxında yerləşən Mütləq Enerjiyə minnətdarlıq etmək gəlməzmi ürəkdən? Qadın olduğum üçün özümü heç vaxt bu qədər xoşbəxt hiss eləməmişəm desəmmi?... Sənə ehtiyac hiss etməyin necə duyğu olduğunu bilirsənmi? Bu, səni hər an yaxında hiss eləmək, əlimi uzatdığımda əlindən yapışa bilmək, nəfəsini duymaq, dodaqlarına möhürlənmək, gələcəyin ümidsizliyindən, keçmişin səhvlərindən, bugünün çəkilməzliyindən qurtulmağa əminlikdir. Özümü çox güclü hiss etdiyim anda qəfildən məhz səninlə, ya da ikimizlə bağlı nəyisə (nələrisə) xatırlayıbzəifləmək”, “gücsüzləmək buacizlikdənutanmamaq yox, səninlə necə güclü olduğumu duymaqdır. Təkcə, “üşüyəndəsəndən eşitdiyim alovlu kəlmələrdən, isti pıçıltılardan isinmək yox, həm baxışlarının anidən gözümə ilişərkən yalnız mənə aid olan məhrəmliyi, doğmalığıdır mənim bunu heç bir duyğu orqanına aid olmayan nəsə qəribə hissiyyatla bütün ruhumla, həm vücudumla qavramağımdır, bu qavrayışın məni bundan sonra heç tərk etməyəcəyinə olan inamdır. sən bundan sonra mütləq hansısa formada bütün mətnlərimdə olacaqsan. Ən azından o mətni dünyaya gətirməyə şərait yaradan şəxs qismində...

lll

Siz buna yazı deyin, mən isə yaşamağı davam etdirmək cəhdi...Ya da sonuncu fikri elə siz deyin, fərqi var? Hərdən nəyi kimin deməsi mənaya xələl gətirmir. Bəzən nəyisə artıq başladığımıza görə davam etdirmək məcburiyyətində qalırıq...

 





24.11.2014    çap et  çap et