525.Az

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı


 

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Rodenin materialda, iri mərmər parçasında kökləri, kövrək təəssüratlar dünyasına imkan vermək üçün olduqca möhkəm idi. O deyirdi ki, təbiət mənim böyük müəllimimdir. Əgər təbiətə əməl edilsə, hər şeyi çıxarmaq olar. Ona görə çoxları təbiətin diqtəsini öyrənir. O, dağlara qalxırdı, güman edirdi ki, həndəsə hissiyyatın dərinliyindədir, yaxud da hissiyyatın hər bir ifadəsi daha çox həndəsənin idarə etdiyi hərəkət vasitəsi ilə üzə çıxır. Təbiətdə həndəsə hər şeydə özünü göstərir. Təbiət ali memardır. Hər bir şey ən yaxşı tarazlıqda qurulmuşdur özündə həmçinin üçbucağı ya kubu, yaxud da onların hansısa bir modifikasiyasını daşıyır.

Roden, heç şübhəsiz, təbiətin qızğın vurğunu idi. O, öz əsərində çətinliklə çölləri ya göyü təsvir edə bilərdi, istisna olan hal o idi ki, əgər bunu çox istəsə, simvolik mənalarda verə bilirdi, necə ki, o, özününViktor Hüqonun abidəsiəsərində dənizə işarə edir. Roden əvvəlcə Hüqonu dənizdə qayaya söykənən üç muza ilə əhatə olunmuş nəhəng çılpaq titan kimi təsvir etmişdi.

Klod Mone ilə birlikdə o, əsərlərinin sərgisini keçirirdi. Mone Roden kimi təbiətin sirrini təklif etmək yollarını axtarırdı. Roden həqiqətən öz dövrünün ümumi sənət iqliminə təsir göstərirdi, onun sonrakı heykəltəraşlıq əsərləri rəsmləri göstərirdi ki, o, impressionistlərin ideyalarının ruhunda yaradır.

Roden beynəlxalq ulduza çevrilir

1881-ci illərin axırlarından Roden fransız heykəltəraşlığında artan dərəcədə başlıca sima kimi tanınırdı, bir rəssam kimi o, Fransadakı sənətsevərlər kimi, əcnəbi pərəstişkarların da marağını cəlb etmişdi. Onun əsərləri Parisdəki müxtəlif sərgilərdə nümayiş etdirilirdi. Lakin onun dühasının real olaraq qəbul edilməsi yalnız 1889-cu ildə mümkün oldu, bu vaxt onun əsərlərinin xeyli hissəsi seyr edilmək üçün Monenin tablolar qrupu ilə birlikdə eyni qalereyada qoyuldu. Əgər Edmon de Qonkur inanmışdısa ki, birgə sərgi Rodeni hiddətləndirir, burada yəqin ki, hansısa bir səbəb mənbəyi var idi. Çünki Roden öz dostlarına demişdi ki, “Məni yalnız özüm maraqlandırır”. Onun əsərlərinin seçiminə yazıçı Marsel Prust cavabdeh idi, o, rəssamlığın istedadlı pərəstişkarı olmaqla, İncəsənət Nazirliyinin təmsilçisi idi.

1889-cu ildə isə Karryenin müdaxiləsi ilə Rodendən xahiş edildi ki, Salonun jürisində iştirak etsin.

1893- ildə o, Milli İncəsənət Cəmiyyətinin prezidenti oldu. Onun maddi mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşdı, köhnə dəbdə olan evini tərk edib, Myodondakı Brilyant villaya köçdü, bu ev Parisin kənarında idi. Sonralar orada onun heykəllərinə mənzil olacaq pavilyon düzəltdi. Praksiteldən Aqrippinanın Roma heykəlindən sonra Roden həm Satirni dəqiq kopiyasına sahib oldu.

Myodonda özünün kiçik sarayının mərkəzində köməkçisi katibləri ilə bir yerdə otururdu. Bəziləri onametrəvəzinəmsyödeyə müraciət edirdi. Lakin burada həyat heç bir vəchlə sadə adlana bilməzdi. 

Onun böyük zəfəri 1900- ildə gəldi, bu həmin il Parisdə təşkil olunan Universal Sərgi ilə əlaqədar idi. O, sərgiyə öz əsərlərini qoymuşdu. Bu sərgi onun nüfuzuna möcüzəli qaydada köməklik göstərdi olan borclarını ödəməyə imkan verdi. “Mən 200 min frank, bəlkə daha çox məbləğdə əsərlərimi satdım. Həm bəzi sifarişlər qəbul etdim. Demək olar ki, bütün muzeylər işlərimi aldı: FiladelfiyaLa Pensini aldı, Kopenhagen 80 min frank xərclədi mən onların muzeyində bütöv bir otağı tutmalıyam. Hambürq, Drezden, Budapeşt başqaları. Az miqdarda amerikan ingilis, lakin çox sayda  alman baxışda idi... Mən çox məmnunam”.

Xüsusi kömək Oskar Uiylddan gəldi. O, dostuna məlumat verərək yazmışdı ki, “Roden özü üçün pavilyona malik idi mərmərdəki böyük arzularının çoxunu yenidən mənə göstərdi. O, Fransada ən böyük şairdən yuxarıdadır mən şadıydım, özümə deyim ki, o, bütünlüklə Viktor Hüqonu kölgədə qoydu”.

Rodenin bu illər ərzində ən mühüm dostluğu avstriyalı şair Rilke ilə idi. Heykəltəraş şair ilk dəfə 1902-ci ildə əlaqəyə girdilər. Rilke Rodenin sənəti barədə kitab yazmaq üçün məlumat toplamaqdan ötəri onun heykəltəraş olan öz arvadı ilə birlikdə Parisə gəlmişdi. 1905-ci ildə Roden ondan özünün katibi kimi işləməyi xahiş etdi şair xeyli müddət Rodenin katibi kimi fəaliyyət göstərdi.

Roden həmçinin Avstriyanın digər böyük şəxsiyyəti olan bəstəkar Qustav Maleri tanıyırdı. Maler Parisdə 1909-cu ildə olmuşdu. Roden Malerə demişdi ki, onun başı Motsartın, Bencamin Franklinin Böyük Fridrixin başlarının qarışığıdır. O, Malerin başının heykəlini düzəltdi, lakin Malerin musiqisindən onun xoşunun gəlib-gəlmədiyi bilinmir. Bütövlükdə o, modern musiqiyə düşmən idi Debyüssi əbəs yerə onun üçün nəyisə ifa edirdi. Baxmayaraq ki, bu laqeydlik həmçinin Kamilla Klodelin üstündə olan qarşılıqlı rəqabətdən irəli gələ bilərdi. Əlbəttə ki, o, musiqini sevirdi BerliozunSilfilərin rəqsini eşitdikdən sonra Sevr üçün özünün keramikalarından birinin dizaynını vermişdi. Bethoven Bax onun üçün çox şey demək idi. Fransada mövcud nəsli ilhamlandıran alman bəstəkarı Riçard Vaqnerə qarşı onun münasibəti ikibaşlı idi. Vaqner əsl qotik bəstəkar idiqotik musiqidəki qotik heykəltəraş.

Roden qadın məclisini çox sevirdi, onun həyatının madmazel Klodel madmazel Tindal tərəfindən xatırlanan tarixçələri, hətta qoca yaşında da ehtirasın qurbanı olaraq qaldığını bildirir. Rodenin sonrakı həyatında daha çox viranə qoyan məhəbbət macərası qeyri-adi ekssentrik hersoginya Şuazel idi. Madmazel Klodelin gözündə hersoginya, Roden varlanandan sonra hədd bilməyən yırtıcı kimi meydana çıxdı. Bu qadın qoca adamın qarşısında yarımsərxoş halda rəqs edirdi, ürəyi ağrıdan şeylər oxuyurdu. Kamilla Klodelə görə hersoginya artıq cəzbedici olmayan bir məxluq olmaqla, spirtli içkilər qarşısında zəifliyə malik idi. Bir fotoqraf isə rəssamı onun muzasını çəkmişdi, fotoda gülümsəyən xoşbəxt kişi çox cəzbedici qadınla bir yerdə təsvir olunur, – o, yaxşı başa düşürdü ki, əslində necə bu qadına vurulmuşdur. Con Marşall da onları 1912-ci ildə Romada görmüşdü madmazel Klodelin təsvirindən tam fərqli olan bir mənzərəni nəql edir. Roden onun üçün ikinci skripkanı ifa etməli idi həqiqətən belə rolda olmaq ona xoş gəlirdi. Bu qadın özünü Rodenə həsr etmişdi rəssam onun üçün böyük körpəyə bənzəyirdi. Con Marşall başqa bir məktubunda yazırdı ki, “o, qadının körpəsi, atası idi. O, qadına tam məhəbbətdə idionlar elə görüşürdülər ki, elə bil ki, axırıncı həftədə evlənmişlər... qoca kişi əvvəllər heç kimi sevmədiyi kimi onu sevirdi”.

Bu illərdə Roden bir sıra ingilisə büstlər düzəltmişdi. Onlardan ən uğurlu olanı dostu Ayva Feyafaksın büstü idi. O, populyar pyeslər müəllifi, məşhur dramaturq Bernard Şounun da büstünü düzəltmişdi.

1914- ildə Roden özünün məşhur kitabı olanFransanın kafedral kilsələrini nəşr etdirdi. Bu əsər illərlə aparılan müşahidə öyrənmənin nəticəsi idi. Bu, onun Orta Əsrlərə öz məhəbbətinin nişanəsi kimi, onun həm Bütün Yunanıstan Parfenonda cəmləşdiyi kimi, bütün Fransa da öz kafedral kilsələrində cəmləşirinamına əsaslanırdı. Onun Fransa kafedral kilsələrinə verdiyi qiymət qrafik rəsmlərindən hər şeydən əvvəl kitabın mətnindən da görünür. Arxitekturaya belə bağlılığında o, Emil Male Marsel Prust kimi yazıçılara qoşuldu. Rodenin həyatının qısa hesabatında onun erkən işləri ilə qoca yaşı arasında yer tutan dəyişikliklər üzə çıxır. O, öz karyerasına nisbi bir yoxsulluq çətinliklərlə başlamışdı, erkən işlərini əsasən muzdlu əməyini sərf etməklə görmüşdü, ömrünü isə varlı rəssam kimi başa çatdırırdı. Hətta o, özünün kolleksiya düzəltmək barəsindəki ehtirasını da söndürmək imkanına malik idi. O, artıq beynəlxalq ulduz idi. Onun çoxtərəfli xarakteri artıq çoxlarına məlum idi, belə ki, o, həyat üçün nəhəng iştahaya malik idi. O, Homeri, Esxili, Vergilini Ovidini böyük həvəslə oxuyurdu. O, Platon fəlsəfəsi üzərində meditasiya edirdi, Kolleqalarının portretlərində Tatsit ona, demək olar ki, dahi kimi görünürdü. Ronsar onu sevindirirdi. O, RussonunEtiraflarına böyük bir ehtirasa malik idi. Spinoza Şopenhauer kimi filosoflara da çox maraq göstərirdi.

Onun ehtiraslarla problemlərlə dolu olan şəxsi həyatı onu olduğu kimi bir kişi rəssam etmişdi. Mövcudluğun həzzlərindən heç az olmayan qaydada o, əzablara da güzgü tutan bir rəssam idi.

Mühafizəkarlıq cəngavəri

Rodenin mifologiya ya tarixi mövzulara olan marağı bunu izah etməyə kömək edir ki, niyə onun sənəti təkcə bütün növlərdən olan intellektuallara deyil, bütövlükdə mədəni Avropa dairələrinə bir çağırış kimi səslənirdi. O, yuxarı sinfin kosmopolitik elitasının əziz adamına çevrildi. Roden nəcib vicdanlılığa, insan motivlərinin analizi sahəsindəki arzuya müraciət etdiyindən diqqəti cəlb etmişdi. O, həyatın qiymətini məhz cəmiyyət çərçivəsində təqdim edirdi.

Roden bir rəssam kimi doğulmuşdu ki, “Könüllər” – həzz məftunları olan kişilər qadınların, İngiltərədə olduğu kimijardin d`amour” – “məhəbbət bağındaməskunlaşmağı axtaranların arasında hamilərə malik olsun.

O, özlüyündə tarixin qabarmasını çəkilməsini hiss edirdi, axı intuisiyalar yaradıcısı idi. Rodenin sənəti indiyədək bizi əsir etmək gücünə malikdir.

Roden buqələmuna bənzər bir şəxsiyyət idi, gah romantik, gah realist, gah dekorator, gah simvolist, həm portretçi erotizist olurdu. Lakin bu şəkildəyişmələrində yalnız uğura xidmət edirdi, heç vaxt uğursuz olan bacarmadığı işlərə girişmirdi. Qadınlara münasibətdə olduğu kimi, sənətdə heç bir maneə, hədd tapılmırdı, çox asanlıqla şərtilik qaydalarını qırıb dağıda bilirdi. O, məkanın radikal təşkilatçısı idi. Yaradıcı manipulyator kimi onun rolu heyrət doğururdu. Roden Allaha nəhayətsiz qaydada inanırdı bu vaxt özlüyündə müəyyən etmişdi ki, varlıq öz Allahına malik olmağa qadir deyildir.

Rodenin nailiyyətlərinə pərəstiş onun insan təbiətini müşahidə etmək qabiliyyətinə əsaslanır, onun sənəti keçmişə böyük ehtiram üzərində qurulmuşdur. Bu nöqteyi-nəzərdən o, konservatizmə meyl edirdi. O, insana inanırdı, özü bu, mücərrəd qaydada inam deyildi, lakin onun insana empirik baxış üzərindəöz dərk etdiklərinə cavabın formulunu açmaq ehtiyacı üzərində qərar tuturdu. O, öz vəzifəsini vətəninin keçmişinin dərslərini çatdırmaqda görürdü. O, bu mövqeyini belə sözlərdə cəmləmişdi: “Bu uşaqlığın primitiv seçmə qaydasında düşünmək deyildir, bu, olduqca çətindir, lakin ənənə ilə, onun tələb olunan qüvvəsi ilə bunların düşüncəsinin bütün məcmuu ilə düşünməkdir”.

Ogyüst Roden  1917-ci ildə doğma Parisində həyatla vidalaşdı, bu vaxt onun 77 yaşı var idi. Həyatı vəsf etməkdən həzz alan daha böyük bir şəxsiyyət gözlərini əbədi olaraq həyata yumdu, tarixə məxsus olmaq mövcudluğuna keçdi.

Rodeni fikir, ehtiras gücünə xarakterinə görə titan hesab etmək olar, onun istedadı bu verginin saysız-hesabsız qiymətli bəhrələri məhz titanlara xas olan qüvvədən, enerjidən zəhmətdən xəbər verir. Rodenin özü barədə dediyi kimi, bu tam çiçək açan ağacın bəxş etdiyi gözəllik bu gün incə zövqə malik olan insanların hamısını valeh etməkdə davam edir. Onun əsərlərinə müasir insanlar da yaponlar sakuranın çiçəklənməsini sitayiş qaydasında seyr etdikləri kimi böyük heyranlıqla tamaşa edirlər. İstedadı yaradıcılığı ilə Roden onu dərk edənlərə məhz özünün birmütəfəkkirolması təsirini bağışlayır, çünki onun yaratdığı incilər dəyərini zamana tabe olmamaqla itirmir, həm bütün bəşəriyyətə məxsusdur. O, dahi Rafael kimi gözəlliyin təsvirində təbiətlə yarışa girməkdən çəkinmir onu bu müsabiqədə məğlub təsəvvür etmək düzgün olmazdı.

(Son)

 





24.11.2014    çap et  çap et