525.Az

Uşaqların uçurumla rəsmi


 

Adını sən qoy

Uşaqların uçurumla rəsmi<b style="color:red"></b>

Keçən yazıdakı filmlə bağlı bircə jurnalist dostumuz Ağa Cəfərlidən mesaj gəldi: “Mənə elə gəlir ki, mətndəki seçmə fikirlər heç bir filmdən deyildi, mən adınıDalğaları yararkənqoydum”. Olsun. Amma o sitatlarModilyanidən idi. Mətn filmi tapmaq üçün anlaşılmaz, qarışıq, bəlkə aidiyyatsızdı?.. Həyat da belə deyilmi? Beləliklə, o yazının adını belə qoyaq: Dalğaları yararkən.

Bu yazını 23 il öncə1991-ci il noyabrın 20- Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında vurulan hərbi vertalyotda həlak olanların uşaqlığına ithaf edirəm... 

Bu əsər müharibə kimi başlar. haribə isə... –  uşaqların uçurumun başında rəsmidi.

Bu bildiyim mövzu deyil. Bu həm dəbildiyim mövzudu. Bu, Yer üzündəki bütün insanlarınmüharibə nədir?” sualına cavab çoxluğu-cavabsızlığıdı. Necə ki, bütün sualların bircə cavabı var, o bircəni tapdınsa imtahandan keçdin, yoxsa, yerdə qalan bütün cavablar cavabsızlıq, yoxluq gətirir, yanlışların çoxluğuna bir həqiqətin qurban getdiyi kimi. Savaşların olmaması üçün Yer üzündəki bütün dillərdə edilən duaların sözlərini lato kimi bir torbaya töküb qarışdıraq bəlkə, sonra hər sözdən birini çıxardıb yeni dil yaradaq: ay müharibə, ay savaş, dont, gəl, anlamıyormusun, we ne xotim səni, dont love you, gəlmə, proşu tebya...

Savaşgəlirəmdeyib xəbərdarlıq etməz”.

Uşaqlığı müharibəyə düşən, amma onu görməyən mənim kimi otuz iki yaşlılar üçün müharibə bir üzündən şəkilləri, yazı başlıqları kəsilmiş qəzetlər kimidi, sənə qalan anlamsız sözlər, yarımçıq cümlələr, yarımcan şəkillərdi. İndi tap, yerinə qoy. Oxu görüm, oxuya biləcəksənmi? Tanı görüm tanıyacaqsanmı, bu şəkildəki kim idi, bu cümlə deyirdi, bu söz hardan gəlirdi, hara gedirdi?

Səhər saat 04.30. Pəncərəmdən gördüyüm mənzərə elə mənzərəni xatırladır. İllərdi dəyişmir, ara-sıra təkəm-seyrək ağaclardakı yarpaqların rəngindən, sayından savayı. Hava ala-qaranlıq, ala-toranlıqgöyün üzünü elə bil his basıb. Kimsə dizini atıb göyün üzünə rəngi açılana qədər sürtür, ağardırsəhər yorğun-yorğun açılır. Mənsə həmişə deyirdim bu boyda Yerin bizim evlərimizdəki ştepsellərdən yoxudumu, bir toxunuşla oyanmaq istəyəndə hər yer işıqlana, yatmaq istəyəndə zülmət ola? Varmış demə-onun adı müharibədi.

-“Onlara silah atmağı öyrətmə. Onlar riyaziyyat, elm öyrənməlidirlər.

Müəllim, onlar riyaziyyatı bilir. Bəs, necə vuruşacaqlar?”

Müharibə gəlib deyirdilər. Amma mən onu nəsə görə bilmirdim. Necə ki, qonağın gələr, tökülər evinə çamadan-çamadan paltarıyla; pencəyini stolunun başında, ayaqqablarnı qapının ağzında, köynəklərini zivəndə görərsən, süfrəndəki artıq nimçədən, artıq fincandan, qaşıqdan anlayarsan gələn olduğunu, görəcəyəm deyib, hər qapı zənginə yüyürərsən, pilləkənlərdə adamların üzünə zillənib baxarsan, küçələrdəki adamları sayarsan-sonalayarsan, hamı gəlib gedər, amma sən onu bu gələn-gedənin arasından tapa bilmərsən. Axı o bizdən fərqli olaraq tək gəlib tək getməz Yerə...

Bilmirəm, doxsan neçənci il idi. Hansı fəsil idi, yadımda deyil, qış deyildi amma. Başıma balaca qara yaylıq bağlamışdılar. Ailəlikcə qatarla uzun yol getdik. Söz vaxtına çəkər deyirlər. Elə bax bu iyirmi noyabr iki min on dördüncü ilin səhəri kimi açılmışdı o səhər . Hava xoş idi. Sonra taksiylə gəldik bir evə. İçəri keçdik. Adamlar tez-tez ora-bura gedirdilər. Onlara baxa-baxa kresloda yuxu tutmuşdu məni. Səhərsə oyananda gördüm hamı ağlayır. Dedilər, Hüsaməddin şəhid olub.

O mənim əmim oğlu idi. Bərdədə qalırdı. Onunla bağlı heç bir xatırəm yoxdu. Heç cür xatırlaya bilmirdim onu. Qohumlar deyirdi ki, yadındadırmı, belə deyirdi sənə, sənlə belə oynayırdı, boyunu belə sevirdi. Ha baş sındırırdım, yadıma düşmürdü ki, düşmürdü. İndi yaxşı, o şəhid olub... yəni, şagird olub, tələbə olub? Bir uşaq üçün onu sevən qohumların arasında olmaqdan gözəl ola bilərdi? Özü məmləkətin dörd bir tərəfindəki kəndlərindən, şəhərlərindən heç vaxt görmədiyin çoxlu-çoxlu qohumlar yığışıb gəlib. Fürsət düşən kimi boyunu sevirlər, əzizləyirlər, sözləşiblərmiş kimi eyni sualları verirlər, eyni zarafatlarıözü ehmalca- edirlər. Bəs bu adamlar, yanlarında qaçmağa, atılıb-düşməyə, bərkdən danışmağa, ucadan gülməyə çəkindiyim bığı burma kişilər niyə belə ağlayırdı? Sonra dedilər ki, o ölüb, Ağdamda, döyüşdə həlak olub. Bu mənim ölümlə ilk tanışlığım idi. bu böyük-böyük adamlar birdən gözümdə cılızlaşdılar, axı bildiklərinin doğru olmadığını bilmirdilər. Necə yəni insan birdən-birə YOX olsun. O, yəqin, küsüb dünyanın başqa yerinə, başqa ölkəyə gedib, axtaran olsa mütləq tapılar, mütləq. Amma adamlar buna inanmalıdır öncə. Onlarsa elə bilirdi ki... Niyə axı bircə nəfər olsun bilmirdi ki... Eh...

“-Mənə kəndir lazımdır.

qədər?

Üç metr”.

Səhər 6.10. Azan səsi gəlir. İndi dünyanın bir yerində dualar edirlər, bir yerində müharibə. Böyümək bir istəkdi, uşaq istəyibir həyətdə oynayıb qayıtmaq, bir dondurma alıb gəlmək, bir gölməçədə qurbağaya daş atıb qaçmaq kimi. Amma o istəkdən qayıdılmaz, dönülməz, qaçılmaz.

O zamandan bilmirəm qədər keçdi. Aymı, ilmi, illərmi?... Kiçik qardaşım üç gün idi ki evdə yox idi. Müharibə vardı, deyirdilər. Adamlar tez-tez yoxa çıxırdı, “oblavavar deyirdilər. OMON-lar, çeçen döyüşçüləri, bir Qara volqakabusuqorxurduq. Qardaşım da üç gün idi evə gəlmirdi. Bilmirəm, yeddidəmi oxuyurdu, səkkizdəmi? Mobil telefon da yox. Rayona, qohumlara zəng etmək üçün poçtda uzun-uzadı gözləməli idin. Atamın, qohumların qaçmadıqları ünvan, axtarmadıqları yer qalmamışdı. Polisə verməyi düşünürdülər, sonra dadaha bir gün gözləyəkdeyə fikirlərindən daşındılar. Atam sonra fotoşəkilləri gətirib stolun üstünə tökdü. AzTV- elan üçün şəkil seçirdi. Soraqlayırdılar, araşdırırdılar. Tez-tez məndən onun getməzdən qabaq bir söz deyib-demədiyi haqda soruşurdular. Mən hər dəfə çiynimi çəkirdim. Amma deyəsən nəsə demişdi axı. Axırıncı dəfə çəkmələrini geyinəndə mən dəhlizdən otağa keçirdim. Gülə-gülə dedi ki, gəl öpüm, gedirəm Qarabağa. Ondan qabaq nəsə cırnatmışdı məni, elə bilmişdim könlümü almaq istəyir, “eee..” deyə, əlindən dartınıb qaçmışdım.  Amma mən niyə demirdim ki, bunu atama? Üçüncü gün bir necəsə oldu mənə eyni sualı verdilər: “Sənə bir söz demədi ki, qardaşın?” Hıqqına-hıqqına: “ bi-lim, deyəsən axı, de-di gedirəm Qaara-baağa”. Evdəkilər duruxub baxdılar bir-birinin üzünə. Mən dərslərimi oxuyub, başımı atıb yatdım. Səhər sinfimizə yeni gələn qaçqın uşaqlar müharibədən danışacaqdı.

-“Sənə bir mesaj var. Sabah hər şey bitəcək.

Savaşmı bitəcək?

Bilmirəm. Dedi, hər şey bitəcək”.

Səhəri gün axşam vaxtıydı. Qapımız açıldı. Ayaq səsindən, qapının şıqqıltısından bildim ki, o qayıdıb. Əslində qaçıb özümü qucağına atmalıydım. Amma geri, otağa qayıdıb atamın dizlərini qucaqladım... ki vurmasın.  Atam ona əl qaldırmadı. Qaçdım mətbəxə yemək gətirməyə. Qazandan xörək çəkdim, üstümə, yerə dağıda-dağıda gətirib qoydum süfrəyə. Sonralar o haqda heç söhbət açmadıq deyə, elə o vaxt evdəkilərə danışdıqlarından yadımda qalanları xatırlamağa çalışıram. Deyirdi, Tərtərə yollanmışdı qatarla. Onda Tərtərdə aramsız döyüşlər gedirdi. Hərbi hissəyə çatanda bunu aparıblar komandirin yanına. Deyib, könüllüyəm. Nəsə söhbət ediblər ordan-burdan. Sonra yemək yedirdib, cibinə yol pulu qoyub, qatarla yola salmışdılar Bakıya. Hərbidə xidmətə yaşı çatmırdı...

Sonradan hamının kefi açılmışdı. Bircə özündən başqa, qanı qara idi. Bir az keçmiş qapı açıldı, dayım idi gələn. Qabağına qaçıb boyunu qucaqladım sevinclə. Sonra keçdim mətbəxə ki, çay süzüm. Birdən qəfil gələn səsdən diksindim. Elə bil...kiməsə bərk şillə dəydi.

Səhər açılıb,elə bil bir az yuxusuzdu, ya mənə elə gəlir? Bu yazı bitməz müharibələr bitməyincə. Bu günsə bir dildən dərsim var. Yer üzündəki bütün dilləri öyrənmək lazımdı, müharibənin dilini bilənə, müharibənin dili kəsilənə qədər.

Müharibə, Yer, İnsanbiri daş, biri kəndir, biri dərya. Hansını hansının boynuna bağlayıb hansında boğasan... ki qurtulasan?..

Sitatlar bir filmdəndi. Hansı olduğunu tapmadınsa, üzülmə. Adını sən qoy. Bu əsər başlayar-başlamaz ağlına ilk bu gələr: Müharibə uşaqların uçurumla rəsmidi. Bir qayçı olsaydı...

 





24.11.2014    çap et  çap et