525.Az

Anar nəsrinin göz muncuğu...


 

 Anar nəsrinin göz muncuğu...<b style="color:red"></b>

Bu günlərdə Xalq yazıçısı Anarın yeniGöz muncuğupovestiAzərbaycandərgisinin XI nömrəsində işıq üzü görüb. Anar yaradıcılığının tədqiqatçısı,  gənc yazıçı Pərvinin povest haqqında geniş məqaləsi jurnalda yer alıb. Həmin məqaləni “525-ci qəzetin oxucularına təqdim edirik. 

Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız məntiqlə izah etmək qeyri-mümkündür. İnsanı anlamaq isə heç mümkün deyil...” 
(AnarGöz muncuğu”)    

Bütün yaradıcılığı boyu insanı anlamağa, onun ən müxtəlif hallarını, xarakterini açmağa, göstərməyə çalışan yazıçının axır vaxtlarda yazdığıGöz muncuğupovestindən (qəhrəmanın dilindən olsa belə) epiqrafdakı fikirləri oxuyanda diksindim. Yəni doğrudanmı mümkün deyil? Məncə, ədəbiyyatın ikinci adıinsanşünaslıqola bilər. Əlbəttə, söhbət əsl ədəbiyyatdan gedir. İnsanı psixologiyanın, fəlsəfənin, sosiologiyanın köməkliyi ilə bu cür dərindən öyrənmək olar. Əgər başqa elmlər insanı hansısa şablonlar, trafaretlər, konkret kriterilər vasitəsilə öyrənirsə, ədəbiyyat bunu müxtəlif situasiyalar quraraq, daha fərqli yollarla edir. Eyni zamanda, ədəbiyyatın oxucuya estetik zövq verməsi göstərilən problemi, məsələni daha yaxşı qavramağa səbəb olur.

Göz muncuğupovestinin epiqrafında yazıçı alman filosofu Nitsşedən sitat gətirir: “Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin...”. Nitsşe XIX əsrdə yaşayıb. Amma bu gün , elə indi Anarın yeni povestini oxuduqca aforizmin dəqiqliyinə, yerində deyilməsinə heyrətlənməyə bilmirsən. Eyni zamanda, fikrimdə Anar yaradıcılığına kiçik bir ekskurs edib düşünürəm ki, deyəsən, axı bu fikir onun da əsas ideyası, qayəsidi. Həqiqəti yazmaq, amma elə yazmaq ki, əsl sənət olsun, oxucunuöldürməsin”. Bəzən mənə elə gəlir ki, Anarın cəmisi BİR qəhrəmanı var: İnsan! Onun yaradıcılığında bütün əlavə priyomlar, təsvirlər, hadisələr, əhvalatlar o bir adamı, qəhrəmanı ifadə etmək, göstərmək üçündü. Yazıçı lap erkən gəncliyindən bu günə kimi yazdığı əsərlərdə o tək qəhrəmanına hər dəfə yeni bir ad verib, onu bərkə-boşa salıb, müxtəlif həyat situasiyaları ilə üzləşdirib, sınağa çəkib, qürbətə göndərib, vətənsiz qoyub, ölümlə görüşdürüb, bəzən bədbəxt edib, bəzən xoşbəxtlik yaşadıb... Onu anlamaq üçün edib bunları. Həm bizlərə, oxucularına anlatmaq üçün. Eyni zamanda, Anar sanki azarkeşlik edir öz yaratdığına. qəhrəmanını o qədər real yazır ki, bəzən hadisələrin axını yazıçının kontrolundan çıxa da bilir. Hər halda, mən bir oxucu kimi bəzi məqamlarda yazıçının heyrətini , təəccübünü hiss edirəm. Bəlkə Anar yaradıcılığına xas gözlənilməz sonluğa, həm sonda bir çox məsələlərin mübhəm saxlanılmasına, sual altında qalmasına səbəb məhz budur. Yazıçı bəzi sualların cavabını özü bilmir.

... Amma! Bütün bunlarla, yazıçının qəhrəmanına azadlıq verməsi, onu yazmaqdan əlavə, sadəcə, müşahidə etməsiylə yanaşı, Anarın sərt özünəməxsus nəsr qaydaları, qanunları var. Xarakteri bütöv yaratmaq, insanı mənfisi müsbəti, çatışan çatışmayan tərəfləri ilə hərtərəfli göstərmək, hər bir adamı onun öz dilində danışdırmaq, oxucunu intizarda saxlamaq çox vaxt da heyrətləndirmək, bəzən çaşdırmaq. ən başlıcası, həmişə düşündürmək.

Yazıçının bu günlərdə yazıb bitirdiyiGöz muncuğupovestinin əlyazmasını oxuduqca Anar qələmini, üslubunu hər an, hər cümlədə hiss edirdim. Əsər həm yenidi, müasirdi, bu günün nəsridi, mövzusu orijinaldı, amma həm Anar yaradıcılığının davamıdı, parçasıdı, ona məxsusdu. Yazıçı bu əsərində özünə sadiqdi, həm qəhrəmanına tam azadlıq verib, həm hər detalı zərgər dəqiqliyi ilə işləyib. İlk baxışdan əsər yaman göz, pis nəzər onun fəsadları haqqındadı. Əlbəttə, bəd nəzərin, pis gözün, ümumiyyətlə, olub-olmaması da mübahisəli məsələdi. Kimsə inana, kimsə inanmaya bilər. Amma bu əsərdə göz muncuğu, yaman göz, bəd nəzər vasitədi sadəcə. İnsan xarakterinin, xislətinin bu tərəfini, onun fərqli həyat hadisələrindən içində yığılan kini, nifrəti, ağrını kompleksləri göstərmək üçün priyomdu. Həm yazıçı müxtəlif fəlsəfi əsərlərdən, filosofların fikirlərindən epiqraflar, sitatlar gətirməklə bəd nəzərin, yaman gözün varlığını, insan talelərinə təsirini əsaslandırır. Əsərin qısa məzmununa keçməzdən əvvəl bəzi məziyyətləri haqda fikirlərimi yığcam şəkildə çatdırmaq istərdim.

Povestin əsas özəlliyi onun müasirliyidir. Yazıçı özündən yeni fəlsəfə uydurmayıb, “heç kəsin bilmədiyini, demədiyini yazmalıyamkimi iddiası da yoxdur.

Elə hər fəslin əvvəlində gətirdiyi epiqraflarla mövzunun qədimliyini, min illərdi ən müxtəlif ziya sahiblərini düşündürməsini, onların əsərlərində əks olunmasını göstərir. İnsan xisləti, yaman göz, kin, paxıllıq, həsəd məsələləri İbn Sinadan, Konfutsidən üzü bəri bir çox alimlərin, filosofların, realist, yaxud romantik yazıçıların, şairlərin müraciət etdiyi, çözməyə çalışdığı məsələlərdi. Çünki bütün bunlar insanla birgə yaranıb, əgər ilk insanların Adəm Həvva olduğuna inansaq, hələ əcdadlarımızın nəfs ucbatından Cənnətdən qovulmaları əsas göstəricidi. Yaxud Adəmlə Həvvanın ilk övladları Qabillə Habilin ədavəti, paxıllığın, kinin qalib gəlməsi Qabilin öz doğma qardaşını öldürməsi... Bu rəvayətlərin tarixini bilən yoxdu.
Ancaq
bu gün müasir, çağdaş zamanda analoji hadisələr, oxşar situasiyalar qədər desən var. Ona görə bütün bunları araşdırmaqdan, təhlil etməkdən sənət, elm yorulur. Bu əsərdə yazıçı insanın özü qədər qədim bir mövzuya yenidən baxır, öz baxışı ilə, həm bu gündən, müasir gözlə baxır. Bəşəriyyət yaranandan indiyə kimi xeyirlə şərin mübarizəsi elmin , ədəbiyyatın da öyrəndiyi, təhlil etdiyi məsələdir. Bütün həyat, dünya, münasibətlər bunun üzərində qurulub. Avestada verilən Əhriman Hörmüzd davası axıracan da bitməyəcək, yəqin. Bax, elə Anarın da demək istədiyi budur. Amma burada özünəməxsusluq, orijinallıq ondadır ki, Anar məsələyə fərqli yanaşır.

Xeyiri
, Şəri bir insanda birləşdirir, yenə BİR, TƏK qəhrəmanının içindəki təbəddülatları, təzadları, onun xarakterində, əməllərində bəzən içindəki xeyirin, bəzən şərin elementlərini göstərir. Dediyim kimi, həm bunları müasir, çağdaş oxucunun zövqünü, istədiklərini nəzərə alaraq edir. Əsərin mövzusu qədər çoxşaxəli, dərin olsa da, yazıçı hadisələrisürətlə”, dinamik şəkildə çatdırır, oxucunu uzun təhkiyələr, artıq təsvirlərlə yormur, qısa, amma eyni zamanda hədəfə dəqiq vuran fikirlərlə, ifadələrlə mahiyyəti, mənanı izah edir. Amma povestin müasir zamanda yazılan bu günün, XXI əsrin nəsri hesab olunacaq bir çox əsərlərdən əsas fərqi var. Məsələ burasındadır ki, müasirlik arxasınca qaçan, dinamik, sürətli nəsr yaratmağa çalışan, bədii əsərin informasiya yükünü artırmaq bununla da oxucunu cəlb etməyi, maraqlandırmağı düşünən bir çox yazıçılar bu məsələləri önə çəkməklə, əsas saymaqla nəsr əsərini bəzən bədii şəkildə deyil, ensiklopedik məlumat, yaxud sadəcə tezis formasında yazırlar.
 
Bir sözlə, əsər ruhsuz, cansız görünür, bu səbəbdən yadda qalmır, kitab bağlanan kimi unudulur. “Göz muncuğunda isə, yazıçı müasirliyi, dinamikanı, informasiya ötürücülüyünü qarşısına məqsəd qoysa da, əsas şərt bədiilikdi. Anar hər bir informasiyanı bədii mətndə əridə bilir, məlumatın ağırlığını öz üzərinə götürüb oxucuya yalnız, necə deyərlər, qaymağı, ləzzətli yerini təqdim edir. Bu əsərdə Anarın klassik mövzunu, köhnə mətləbləri yeni formada, özünəməxsus, fərqli şəkildə yazmasını tam qətiyyətlə demək olar.

Mənə görə əsərin əsas uğuru onun oxunaqlı olmasıdı. Povesti birnəfəsə oxuyursan elə ilk cümlədən əsər səni öz sehrinə salır, buraxmır. “Ağrı... dəhşətli, dözülməz ağrı... “ – bu ilk cümlədən maraq bürüyür adamı. ağrı, nədi səbəb bu ağrıya, baş verib? oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı diri-diri dəfn ediblər. Daha doğrusu, bu adam qəbirdə qəfildən dirilib. Yazıçı qəbrin, ordakı adamın hallarının təsvirinə Yunis İmrənin misralarıyla başlayır cümlədən-cümləyə oxucunu da həmin auraya salır. Səmimi etiraf edim ki, bu fəsli oxuyanda nəfəsim kəsilirdi az qala. Bədii effekt budur...

Anar qısa uzun cümlələrlə, rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını, qorxularını son dərəcə dəqiq, canlı ifadə edir. Oxuduqca, soyuq, nəm, üstübağlı bir məkanda hiss edirsən özünü qəhrəmanın halını daha yaxşı anlayırsan. Yazıçının da əsas istəyi budur, deyəsən: Əhlimanı oxucusu ilə doğmalaşdırmaq, bəlkə eyniləşdirmək. Axı, doğrudan da, Əhlimanın daxilindəki xeyir şər toxumları hər birimizin içində var, zamanla cücərir, bəzən biri digərini vurub keçir. Amma xeyirin, yaxud da şərin cücərməsi, boy atması üçün münbit şəraiti yaradan nədir? Bax, bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir. Burda uşaqlıq kompleksləri var, yeniyetməlik kəsirləri rol oynayır, mühitin amansızlığı, sərt qaydaları da özünü göstərir, zamanın acımasızlığı da... Ancaq bunlar haqda bir az sonra söz açacam. Hələlik isə elə ilk fəslin məni heyrətləndirən, düşündürən məqamlarını, yazıçının uğurlu priyomlarını vurğulamaq istərdim.

Ən əvvəl onu deyim ki, bu fəslin gah qəhrəmanın, gah da yazıçının dilindən verilməsi son dərəcə maraqlıdı. Adama elə gəlir ki, qəhrəman düşünür, danışır, amma arada ya yuxuya gedir, ya huş aparır onu mətn yazıçının təhkiyəsinə keçir. Bu fəsildə Əhliman dünyaya yenidən gəlir... Ona görə yazıçının ana bətni ilə qəbri müqayisə etməsi, bir-birinə bənzətməsi çox təsirlidi. Amma birinci dünyaya gəlişindən fərqli olaraq, bu dəfə Əhlimanın yaddaşı var. Ömrünün müxtəlif anları, məqamları yaddaşında oyanır, bir-birini əvəz edir, gözünün önündən keçir. Eynilə ana bətnində olduğu kimi darlıq içindədiçabalayır, vurnuxur, azad olmaq istəyir, suya qərq olur, dünyaya gəlir üşüyür... Məhz bu üşümə əsər boyu simvola çevrilib. Əhlimanın bir çox kompleksləri, ağrıları məhz soyuqla, üşümə ilə bağlıdı. Amma hələ indi, qəbrin içində onun əsas mübarizəsi davam edir. İçindəki mübarizə. Xeyirlə Şərin davası.

Ona görə qəhrəmanın dilindən verilən xatirələr, rabitəsiz fikirlər bəzən xeyirin, bəzən şərin yaddaşının məhsuludu. Məsələn, Əhlimanın Allahı yada salması, ona yalvarması, evinin önündə çay içən bir qocanı xatırlaması, Ay qızını gözünün önünə gətirməsi, şeirlərdən misralar pıçıldamasıbunlar hamısı xeyirin, yəni Hörmüzdün xatirələridir. Amma kürəyini zolaq-zolaq edən qırmancları, başına əndərilən sopsoyuq suyu, xalatını geyinmiş Zakiri, çılpaq qadın belində küpə izlərini düşünməsi isə məhz şərin, yəni Əhrimanın yada saldıqlarıdı. Bu qırıq-qırıq xatirələrin bəzilərini yazıçı sonrakı fəsillərdə geniş təsvir edir onları oxuduqca niyə məhz bunların qəbirdə yada düşməsini anlayırsan. Əsərin əvvəlindən qəhrəmanın necəölməsinə kiçik bir eyham var bunun özü oxucunu maraqlandıran detaldı. Necə ölüb bu adam? Kim idi onu hündürlükdən itələyən? Bu sualların cavabı üçün səbrsizliklə növbəti fəsillərə keçirsən. Amma bundan öncə yazıçının bir tapıntısını da vurğulayım. Əsərin əvvəlində kip qapalı qəbrin qaranlığını belə təsvir edir müəllif:

Zil-zülmət qaranlıq... Bu, qapalı gözlərin içində çəhrayı, sarı, yaşıl dairələr oynaşan qaranlıq deyildi, açıq gözlərin qaranlığı idi!”.

Fəslin sonunda isə qəhrəman deyir: “Gözlərimi qapayıram. Gözlərim qarşısında sarı, çəhrayı, yaşıl dairələr...”.

Artıq qəbrin açılmasını, Əhlimanın gözünə işıq düşməsini bundan gözəl yazmaq, təsvir etmək olmazdı... Yazıçının özü dediyi kimi, qəhrəman zil-zülmət qaranlıqdan qurtulmuşdu. Qəbrini açmışdılar. Amma niyə? Hansısa qəbri açıbölü narahat etmək kimə lazım idi axı? Yazıçı qəbrin açılması fəslinin sonunda kiçik bir müəllif arayışı, qeydi verməklə oxucusunu uzun təfərrüatçılıqdan xilas edir. Çünki qəbrin açılma səbəbinin bunu edən adamların niyyətinin əsərin gedişatına, əsas ideyasına bir aidiyyatı yoxdu. Əsas olan Əhlimanın özü xarakteridi. Uşaqlıqdan bu yana nəfsiylə, bəd nəzəri, yaman gözüylə çoxlarının axırına çıxmış adamın hərəkətlərini, əməllərini, daha doğrusu, ətrafındakılara olan bu böyük kinin səbəbini yazıçı fəsildən fəsilə müxtəlif hadisələr, əhvalatlarla açır. Deyirlər, xarakterə aid bir çox məsələlərin təməli uşaqlıqdan qoyulur. İstər istedadın, savadın, fərqliliyin, istərsə komplekslərin kökünü uşaqlıqda axtarmaq lazımdı.
 
Yazıçı özü , deyəsən, bu qənaətdədir. Çünki eləYaman gözadlandırdığı ikinci fəsildən Əhlimanın uşaqlığına gedir onun ürəyində insanlığa qarşı nifrət yaradan bir neçə səbəbi göstərir. İmkanlı qonşunun ərköyün oğlu Nəsibin hər gün Əhlimanı ələ salıb başına soyuq su əndərməsi, əyyaş atasının anasını da, onu da qayışla döyməsi, kasıblıqdan əyninə fərli paltar ala bilməməsi s. Hələ uşaqlıqdan bütün bunlar balaca Əhlimanın qəlbini kinlə, nifrətlə doldururdu. Gözləri qəlbin, ürəyin aynası hesab edirlər. Məncə, burada da göz sadəcə vasitədi... İçdəki xıltı, kiri üzə çıxaran, “istiqamətləndirəndetaldı. Əslində, yazıçının təsvir etdiyi, göstərdiyi hadisələrin dərinliyinə gedəndə düşünürsən ki, əksi mümkündü, bəlkə. Yəni müxtəlif əzablardan keçmiş adam yaxşı insan da ola bilər. Xeyir əməllərin sahibi olar. Amma burda qəhrəmanın çəkdiyi əzablar, həyatda üzləşdiyi haqsızlıqlar ucbatından pis adama çevrilməsi yox, şər toxumunun hansısa əzablar, haqsızlıqlardanqidalanıbgöyərməsi göstərilir. Yəni o şeytan xisləti Əhlimanın içində var, amma üstəgəl bunun böyüməsi, inkişafı üçün mühit, şərait var.

Hansını ki, yazıçı müxtəlif hadisələr vasitəsilə çatdırır. məncə, müəllifin bəzən keçmişə, qəhrəmanın uşaqlığına, bəzən bu günə qəbirdən sonrakı həyatına, bəzən yeniyetməliyinə, bəzən gələcəyinə getməsinin əsas səbəbi budur. Yazıçı sualların cavabını Əhlimanın keçmişində, indisində, gələcəyində axtarır. Deyək ki, uşaqlığında əsas kompleks kimi atasının qırmancları, Nəsibin soyuq suyu detaldısa, yeniyetməliyində bu detal çoxlarınınistifadəetdiyi qadınla əlaqəsidi. bütün bunlar Əhlimanın zaman-zaman aşağılanmasını, həyatının hər stadiyasında müxtəlif travmalar almasını ifadə edir. Aşağılanan adamın isə intiqamı yaman olur... Hələ üstəlik, ona təbiətdən pis göz, bəd nəzərlə məhv eləmək kimibacarıqverilibsə... Beləsiylə mübarizə aparılmalıdı. bu mübarizəni aparan da elə qəhrəmanın özüdü, yəni ikincimənidir. Ona görə Əhlimanın həm bəd nəzər, pis göz məsələlərini elmi cəhətdən araşdırması, okkultizm üzrə müdafiə etmək istəməsi təsadüf deyil. Əslində, Əhliman sadəcə öz dərdinin, bəlasının çarəsini axtarır. BunuQeyb olmuş qarajfəslində daha aydın hiss etmək olur. Çox güman ki, süpürgəçi Dadaşın gördüyü, arvadına dili-dodağı əsə-əsə danışdığı siçanlar məsələsi, qarajda gizlədilmiş aparatura-filan söhbəti elə-belə, göydəndüşmə deyil. Əhliman neqativ enerjisini, pis nəzərinimüalicəetməyə çalışır, siçanlar üstündə təcrübələr aparır. Amma kiminsə bundan xəbər tutmasını öyrənəndə içindəki şeytan, şər-Əhriman oyanır, öz işini görür...

Ümumiyyətlə, bu cür qeyri-adi adamlar, mistik qəhrəmanlar Anar nəsri üçün xarakterikdi. Məsələn, “Mən, Sən, O telefonhekayəsində qəhrəmanın bir qadını öz-özünə qısqanması, özüylə rəqabətə girməsi, yaxudƏlaqəpovestində mistik hadisələrlə, əhvalatlarla üzləşən, yaxud da bunları sadəcə uyduran tələbə obrazı, “Qırmızı limuzin ölüm kabusundan qurtula bilməyən, hər yerdə qabağına qırmızı limuzin çıxan qəhrəman s. Bu mənada Anarın əsərləri təhlil edilərkən onun həm fantast, sürrealist yazıçı olması nəzərə alınmalıdır. Çünki bəzi məsələləri sadə məntiqlə, real təhlillərlə izah etmək mümkün deyil. Məsələn, elə bu əsərdə Əhlimanın Diri Babayla görüşünə, yaxud Əshabi Kəhf ziyarətinə necə real baxasan? Bütün bunlar sürrealist cizgilərlə təsvir olunur qəhrəmanın qeyri-adi, bir az da izaha gəlməyən həyatını, hərəkətlərini müəyyən dərəcədə ifadə edir.

Əsərin daha bir üstünlüyü bütün obrazların xarakter olaraq yaradılması, bütövlüyüdür. Ən kiçik, hətta epizodik sayıla biləcək obraz da nəsə deyir, nəyləsə düşündürür, təsirləndirir. Məsələn, min illərdi qəbir qazan bakılı Nəsrulla. Ölünün dirilməsinə, qəbirdən xortlayıb qalxmasına təəccüblənmir, əynindəkiləri sakitcə, dinməz-söyləməz çıxarıbtəzə diri verir. Qəbir açmaq kimi ağır işi sıradan bir məsələ sayır. Qəbiristanlıqda da yeyib-içməyindən qalmır. Əslində, bu fəsillə Nəsrulla obrazı ilə yazıçı insan psixologiyasının maraqlı bir tərəfini göstərir. Zamanla, yaşadıqca, gördükcə hər şey adiləşə bilir. Hətta qəbirləri açmaq, meyitləri oğurlamaq, ölünün dirilməsi belə... Necə ki, Nəsrulla üçün adiləşmişdi. Amma nədənsə qəbirhəyatınıbelə görən Əhlimandan ötrü mühitin qamçıları atasının qırmancları qədər ağırdan ağır olaraq qalırdı. məncə, yazıçının onu həyata yenidən qayıdan kimi daha bir zərbəylə yetirməsi Zakirin xəyanətilə qarşılaşdırması təsadüf deyil. Çünki bir dəfə ölüb dirilmiş adam dünyaya başqa cür baxa, xasiyyəti dəyişə, həyata daha çox bağlana bilərdi. Bir sözlə, Allahın verdiyi daha bir şansdan içindəki XeyirHörmüzd oyanardı. Amma Əhlimanın elə evinə gələn kimi tələbəsinin hərəkətiniüç gündü ölmüş müəllimin evinə, elmi nailiyyətlərinə, hələ üstəlik, simpatiya bəslədiyi qadına sahib çıxmasını görməsi o şeytanın dadirilməsinəsəbəb olur. Ən pisi isə budur ki, Əhlimanın qəzəbinə gələn adamların başlarına müxtəlif bəlalar gəlir. Kimsə qəzada ölür, kimsə tutulur, kimsə başqa yolla bədbəxt olur. Bir sözlə, onungözündən yayınmaqçətin məsələdi.

Əhlimanın Diri Babayla görüşündə Diri Baba ona deyir:

İnsan özü özünü yaradır, istəsə özünü Hörmüzd kimi, istəsə Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi varHörmüzd , Əhriman da...”.

Yazıçı Diri Babayla görüşün reallıqda baş verməsini, yaxud qəhrəmanın bunu xəyal etməsini sual altında qoyur. Amma mənə görə bu, müxtəlif fəlsəfi cərəyanları, istiqamətləri, dini inancları oxuyub öyrənən, bu sahədə araşdırmalar aparan, eyni zamanda özünün təzadları, dünyası, hissləri əlində aciz qalan Əhlimanın özüylə görüşüdür. Bütün bu mübahisələr onun içində gedir. Əhrimanla Hörmüzdün mübarizəsi kimi... On ikinci fəsildə – “Karmahissəsində bu məsələlər məhz Hörmüzdün dilindən açıqlanır. Burada Əhlimanın xeyir tərəfi danışır. Oxuduğu kitablardan, hind fəlsəfəsindən, Karmadan, dzen-buddizmdən, ekzistensializmdən söz açır, bəlasından, təbiətdən gələn dərdindən xilas olmağın yolunu göstərir. sonda oxucuya kiçik bir ümid verir... Yaman gözdən, yəni Əhrimandan qorunmağın yolunu tapmasına az qaldığını bildirir...

... Aydan gəlir! Bu Allahın işidir, əslində. Əhlimanın içindəki şərlə mübarizəsi üçün, Xeyirin qalibiyyəti üçün gəlib Aydan! Xilas kimi... Somnambulizmdən əziyyət çəkən gənc, gözəl bir qızın eyvandan keçib Əhlimanın otağına gəlməsi çox təsirli səhnələrlə təsvir olunub. Ümumiyyətlə, Aydan fəsli əsərin bütün başqa bölümlərindən həm təsvirlərin incəliyi, zərifliyi, həm ahəngi, poetikası ilə seçilir. Yazıçı bu fəsli şeir kimi yazıb sanki... qəhrəmanının daha bir təzadını, ağrısını, qorxusunu burada ifadə edib. Əgər əvvəllər Əhlimanəlaqədə olduğu qadınlardan heç ummurdu, sevgi, nəvaziş, etibargözləmirdisə, bu dəfə məsələ başqaydı. Əvvəllər qadınlara pis gözlə baxırdısa, indi hər şey başqa cür idi. Bəs idi onun bu baxışını dəyişən? Sevgimi? Məgər yuxuda, gözüyumulu yanına gəlmiş qadına vurulmaq olardımı? Amma aşiq olmamışdısa, nədən bu qədər tərəddüd edirdi, nədən qorxurdu, bu həyəcanına səbəb idi? Məncə, Anar bu fəsildə əsas niyyətinə, məqsədinə çatıb. Qəhrəmanının təzadlarını, içindəki qorxuları, acizliyi son dərəcə dəqiq ifadə edə bilib. Əhliman özündən, gözündən qorxurdu. İçindəki şeytandan qorxurdu. Bu balaca möcüzəniAydanı da yaman gözü, bəd nəzəri ilə məhv eləməkdən qorxurdu... Özünə, daxilindəki şərə qalib gələ bilməyəcəyindən qorxurdu! bütün bu qorxuları əsassız deyildi...

Aydanın gəlişindən sonra Əhlimanın həyatında daha bir mühüm, həlledici hadisə baş verir. O, Çapıqla görüşür. Tapşırıq alır. Əslində, burada yazıçı Əhrimanla Hörmüzdü son dəfə üz-üzə qoyur. Qədim bir xalçaya görə aradan götürülməli olan alimi xilas etmək, ya öldürmək?! Alimin xilas edilməsi Hörmüzdün, ölməsi isə Əhrimanın qələbəsi olacaq... Əsərin kuliminasiyası da burdadı, bu məqamda. Yazıçı maraqlı bir priyom işlədib qəhrəmanına eyni hadisəni iki dəfə yaşadır, birincidə Əhriman, ikincidə Hörmüzd kimi... birincidə övladını itirmiş qadının Əhlimanı görən kimiqatildeməsi, ikincidə sakit durması simvoldu.

Əsl müharibə bundan sonra başlanır. Məhz bu məqamda yazıçı Əhrimanla HörmüzdüGöz-gözəfəslində görüşdürür. Burda Əhriman xalçanın tarixçəsini sahibiylə birgə məhv olunmasının vacibliyini danışır. Əlbəttə, bütün bu tarixçə yazıçı fantaziyasıdı, amma müəllifin bunları tarixi hadisələrdən, şəxsiyyətlərin adlarından istifadə edərək təsvir etməsi olduqca təsirli, maraqlıdı. Bir anlıq adama elə gəlir ki, qəhrəman real faktları danışır... Hörmüzdlə Əhrimanın mübahisəsi, hər iki tərəfin gətirdiyi tutarlı faktlar, dəlillər xeyli düşündürücüdü... Hörmüzdqanı qanla yumazlar” – deyir, Əhriman isə, Əhdi Ətiqin təlimini – “gözə göz, dişə diş” – fikrini əsas gətirir. Bəs sonda hansı qalib gəlir?!

... Doğrusu, bütün bu fəlsəfələri, Xeyir Şər mübarizəsinin məsələlərini kənara qoyub, Əhlimana sadəcə bir insan kimi baxanda düşünürsən ki, onun ölümdən savayı yolu yox idi. Çünki bu boyda yükə, fərqliliyə, başqalığa dözmək mümkünsüzdü. Təbiətin ona verdiyi, sonralar insanların, mühitin alışdırdığı, alovlandırdığı, dərinləşdirdiyi əbədi bir bəla ilə yaşaması çətin idi... Ona görə yaşamadı! Allahın ona göndərdiyi yeganə xilası Ay qızını buraxandan, məhv edəndən sonra yaşaması üçün səbəb qalmamışdı... Aydanın yanında cəsədi sərələndi asfalta!

Mənə belə gəlir ki, Anar hər cür oxucu rəyinə, fikrinə alışmış yazıçıdır. Heç düşünmədiyi, nəzərdə tutmadığı məsələləri onun əsərlərindən tapa, üzə çıxara bilərlər. Bu mənadaGöz muncuğupovesti oxucuya düşünmək, nəticələr çıxarmaq üçün geniş imkanlar yaradır. Bütün yazdıqlarım mənim bir oxucu, həm yazıçının yaradıcılığına bələd olan tədqiqatçı kimi anladığım, duyduğum məsələlərdir. Ancaq bu əsərin yaxın uzaq gələcəkdə tənqidçilər, tədqiqatçılar tərəfindən fərqli şəkildə yozulacağını da istisna etmirəm. Əslində, elə əsl ədəbiyyat da budur! Müxtəlif fikirlər, polemikalar, mübahisələr doğuran ədəbiyyat...

 





24.11.2014    çap et  çap et