525.Az

Obama Klintonun prezidentliyə namizədliyini dəstəkləyəcək


 

Obama Klintonun prezidentliyə namizədliyini dəstəkləyəcək<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun çox əla prezident ola biləcəyini bəyan edib.
 
APA-nın xəbərinə görə, B. Obama ABC telekanalına müsahibəsində H. Klintonla müntəzəm söhbət etdiyini və onu dost saydığını bildirib:

“Lakin o, heç də bütün məsələlərdə mənimlə razılaşmır”.
 
B. Obama ölkənin növbəti prezidentinin də demokratların nümayəndəsi olmasında maraqlı olduğunu söyləyib:

“Bunun üçün məndən asılı olan nə varsa, etməyə hazırlaşıram”. 
 
Lakin bununla yanaşı, dövlət başçısı növbəti seçkidə oynayacağı rolun o qədər də ciddi təsirə malik olmayacağını söyləyib:

“Mən hesab edirəm ki, Amerika xalqı artıq yeni avtomobilin qoxusunu hiss etmək istəyir. Onlar mənim kimi çox kilometrajı olan avtomobildə yox, başqa bir avtomobilin rulu arxasında oturmaq istəyirlər”.
 
Qeyd edək ki, B. Obama 2017-ci ilin yanvarında kreslosunu yeni prezidentə təhvil verəcək.
 





24.11.2014    çap et  çap et