525.Az

Tixonov vəfat edib


 

Tixonov vəfat edib<b style="color:red"></b>

Dünyanın ən məşhur xokkey məşqçilərindən olan Viktor Tixonov noyabrın 24-nə keçən gecə Moskvada vəfat edib. 84 yaşlı Viktor Tixonov uzun müddət idi xəstə yatırdı.

“Media forum” saytı bildirir ki, Viktor Tixonov oyunçu kimi SSRİ çempionatlarında 296 matçda 35 şayba vurub, 4 dəfə SSRİ çempionu olub.

Onun məşqçiliyi altında SSRİ yığması 3 olimpiya çempionluğu, 8 dünya çempionluğu qazanıb.  

1977-1996-cı illərdə SSKA komandasını çalışdıran Viktor Tixonov 14 dəfə ölkə çempionluğu əldə edib, bir o qədər də Avropa çempionları kubokuna sahib çıxıb.

 





24.11.2014    çap et  çap et