525.Az

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi qeyd edilib


 

GÖRKƏMLİ ƏDİBİN YUBİLEYİ İLƏ BAĞLI HEYDƏR ƏLİYEV SARAYINDA MƏRASİM KEÇİRİLİB

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi qeyd edilib<b style="color:red"></b>

Heydər Əliyev Sarayında Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri gerçəkləşib.

Nazirliyin
mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə görkəmli dövlət hökumət adamları, tanınmış yazıçı şairlər, ziyalılar iştirak edərək İlyas Əfəndiyevin  ədəbiyyat, incəsənət teatr sahəsində fədakar əməyindən söz açıblar. Tədbirdə görkəmli dramaturqun həyat fəaliyyətilə bağlı videoçarx nümayiş etdirilib.

Xalq yazıçısı İlyas Əfəndiyev 1914- il may ayının 28-  Füzulidə tanınmış ailədə anadan olub. Bədii yaradıcılıq yolunda ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atıb. İ.Əfəndiyev 1940- ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

O, 1954- ildən etibarən Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olub, 1958-ci ilin axırlarında İdarə Heyətinin məsul katibi seçilib. 1960- ildə Əməkdar incəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80- illər ən zəngin dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir. Ədib bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmışKörpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. O illərin məhsulu olanSən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturqMənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) kimi pyeslər yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açıbİlyas Əfəndiyev teatrı yaranıb. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90- illərdə məhsuldar bir yazıçı kimi yazıb-yaradıb. “Hacı Axundun cənnət bağı necə olduhekayəsi, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıpovestini dərc edilib,  Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər ağıllılar” (1992), “Hökmdar qızı” (1994) pyesləri tamaşaya qoyulub, bir sıra yeni kitabları nəşr olunub.

Görkəmli ədib İlyas Əfəndiyev 1996- ildə dünyasını dəyişib Fəxri Xiyabanda dəfn edilib.

S.ABDULLAYEVA

 





22.11.2014    çap et  çap et