525.Az

Mədəniyyət və İncəsənət Universitetində Ustad dərsi


 

Mədəniyyət və İncəsənət Universitetində Ustad dərsi <b style="color:red"></b>

Dövlət Pantomim Teatrının gənc istedadlı aktyoru rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Aktyor sənəti fakultəsində təhsil alan tələbələr üçün V.E.MeyerxoldunBiomexanikatəlimi əsasında aktyor tərbiyəsi mövzusunda iki gün Ustad dərsi keçdi.

Maraqla
keçən ilk nəzəri məşğələdə  Ceyhun Dadaşov Biomexanika onun yaranma tarixi ilə ümumi tanışlıq, V.E. MeyerxoldunBiomexanika, onun aktyor yaradıcılığının ümumilikdə teatr sənətinin inkişafinda rolundan söhbət açdı.

Aktyorun  obraza, onun  hisslərinə  yaxınlaşmasının yeganə  yolu  təcrübə ilə,  yaxud obrazın  psixoloji mahiyyətini  dərk etmə  cəhdi ilə deyil,  hərəkətlə  başlanır  hər şeydən öncə əsl  ustalıq  səhnədə    aktyor oyununun  tamaşaçı  mənəviyyatına , hisslərinə  toxuna  bilməsidir  deyən  C. Dadaşov bu sistemin  aktyor yaradıcılığı onun  texnikası üçün böyük əhəmiyyətə malik  olduğunu  qeyd etdi. 

İkinci məşğələ isə artıq praktiki şəkildə təşkil olunaraq,  aktyor məkan, aktyor obraz kimi məsələləri tələbələr oyun, məşğələlər yolu ilə öz üzərilərində hiss etməyə çalışdılar.

Hər iki məşğələ müəllim tələbələrin fikir mübadiləsi, sual cavab şəklində, səmimi ab-havada keçdi.

 





22.11.2014    çap et  çap et