525.Az

“Azərbaycan miqrantlar üçün cəzbedici və cəlbedici ölkədir”


 

“Azərbaycan miqrantlar üçün cəzbedici və cəlbedici ölkədir”<b style="color:red"></b>

Bu gün beynəlxalq təşkilatların üzərində durduğu həll etməyə çalışdığı bir problem var ki, bu da köç-miqrasiya problemidir. Bu, bəşəriyyət mövcud olandan bəri yaşanılan üzləşilən bir problemdir”.

Bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dünən Milli Məclisdə (MM) TÜRKPA-nın üzv ölkələrinin sosial siyasət komitələrinin 2-ci birgə toplantısındaTÜRKPA üzvü ölkələrinin miqrasiya problemləri imkanlarımövzusunda dinləmələr zamanı dilə gətirib. Onun dediyinə görə, miqrasiya dünyada inteqrasiyanın inkişafına müsbət təsir edirsə, eyni zamanda, dövlətlərin müəyyən problemlərlə qarşılaşmasına səbəb olur. 

Ona görə hər bir dövlət bu problemin həlli istiqamətində öz addımlarını atmağa, müvafiq qərarlarını verməyə çalışırlar”.
 
Komitə sədrinin sözlərinə görə, müstəqilliyinin cəmi 23 yaşını yaşayan Azərbaycan dövləti cəmiyyəti üçünsə digər ölkələrlə müqayisədə miqrasiya məsələsi yeni məsələdir: “Onu da deyim ki, Azərbaycana gələn miqrantların sayı ildən-ilə artmaqdadır. Çünki Azərbaycan miqrantlar üçün cəzbedici cəlbedici ölkədir. Çünki Azərbaycanda böyük inkişaf, iqtisadi artım yaşanır bu da Azərbaycanı miqrantlar üçün cəzbedici edir. Təsadüfi deyil ki, MDB məkanında ilk dəfə məhz Azərbaycanda Miqrasiya Məcəlləsi qəbul olundu”.

Bununla belə, komitə sədri onu da bildirib ki, son illər Qərbdə miqrantlara qarşı çox aqressiv münasibət sərgilənməkdədir:

Avropanın qorxduğu odur ki, miqrantlar onların uzun illər formalaşdırdıqları, yaratdıqları avropalı, qərbli simasınıdəyişəcək”. Bununla bağlı da bəzi Avropa, Qərb ölkələrində miqrantlara qarşı qadağalar siyasəti həyata keçirilməyə başlandı. Ancaq Avropada miqrantlara böyük ehtiyac olduğu da göz önündədir, onlar miqrantlarsız keçinə bilməyəcəklər.

Ümumiyyətlə, miqrasiya bizdən asılı geriyə dönüşü olmayan bir məsələdir. Heç kim bunun qarşısını ala bilməz. Odur ki, miqrantlara həssas yanaşmaq, onlara insan hüquqları prizmasından münasibət göstərmək lazımdır”.

Kamil HƏMZƏOĞLU

 





22.11.2014    çap et  çap et