525.Az

Polis Akademiyası ali hüquq təhsili verən I kateqoriyalı təhsil müəssisəsidir


 

Polis Akademiyası ali hüquq təhsili verən I kateqoriyalı təhsil müəssisəsidir<b style="color:red"></b>

Millət vəkili Çingiz Qənizadənin polis prokurorluq sistemində çalışan müstəntiqlərin yükünün azaldılması təklifinə hüquqşünas Əyyub Kərimov da dəstək vermişdir. Hər ikisinin fikrinə hörmətlə yanaşıram. Ola bilsin ki, artıq bu məsələnin araşdırılması zamanı çatmışdır. Ancaq bu problemlə məqsədli məşğul olmadığımdan əsaslandırılmış bir fikir söyləmək həlli istiqamətlərini göstərmək bir o qədər ciddi olmazdı.

Müsahibədə mənim Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 30 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan bir əməkdaş kimi diqqətimi cəlb edən Əyyub Kərimovun bu fikirləri oldu: “...polis idarə bölmələrində çalışan müstəntiqlərin çoxunun hüquq təhsili yoxdur. Onlar Polis Akademiyasında təhsil alıb”. Düşünürəm ki, Əyyub Kərimov polis (milis) kadr hazırlığı sistemi ilə yaxından tanış olmadığından belə fikir söyləyib. O, bəzi dövlətlərdə polis hazırlığı ilə məşğul olan, lakin ali hüquq təhsili verməyən akademiyalarla bizim Akademiyanı səhv salıb. Çox güman ki, bu düşüncədə başqa vətəndaşlar da ola bilər bu səbəbdən göstərilən məsələyə aydınlıq gətirmək məqsədilə bir qədər geniş açıqlama vermək məcburiyyətindəyəm.

Respublikamız müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının ali hüquq təhsilli kadrlara olan ehtiyacını təmin etmək məqsədilə Respublika Prezidentinin 23 may 1992-ci il tarixli fərmanı bu fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbinin əsasında ali hüquq təhsili verən Polis Akademiyası yaradıldı. Akademiyanın o zamankı maddi-texniki bazasının səviyyəsi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1995-ci il qərarına əsasən o, I dərəcəli ali təhsil müəssisələri sırasına daxil edilmişdir. Həmin dövrdə yeganə xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən DİN-in Polis Akademiyası idi. Hüquq-mühafizə fəaliyyəti ilə məşğul olan bəzi nazirlik komitələrin əməkdaşlarının ixtisasartırmaları da burada həyata keçirilirdi. Zaman keçdikcə həmin qurumlar da öz təhsil müəssisələrini yaratdılar. Nəticədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 274 nömrəli fərmanı iləXüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydalarıtəsdiq olundu bu qaydalarda DİN-in Polis Akademiyası hüquqşünas hazırlayan təhsil ocağı kimi xüsusi təyinatlı təhsil müəssisələrinin sırasına daxil edildi. Bununla da hesab edirəm ki, DİN-in Polis Akademiyasında ali hüquq təhsili verilməsinin normativ-hüquqi bazasını göstərə bildik.

Akademiyada kadr hazırlığının məzmunu ilə bağlı bir qədər sonra fikir bildirəcəyəm. Polis Akademiyasının hüquqşünaslıq üzrə diplomu ölkə daxilində bütün dövlət qurumları təşkilatları tərəfindən tanınır. Bu gün Polis Akademiyasının məzunları nəinki daxili işlər orqanlarında, eyni zamanda, məhkəmə, prokurorluq, ədliyyə, vergi digər dövlət orqanlarında çalışırlar. Təqaüdə çıxan məzunlarımız isə uğurla vəkillik fəaliyyəti həyata keçirirlər. Xaricdə isə qarşılıqlı tanınma barədə müqaviləmiz olan dövlətlərdə bizim diplomlarımızın hüquqi qüvvəsi var.

Ölkənin təhsil sisteminin avro-atlantik məkana inteqrasiyası həmin dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi tətbiq edilməsini günün tələblərinə çevirdi. XX əsrin sonu XXI əsrin əvvəli göstərdi ki, orta təhsilli polis kadrlarının hazırlanması qloballaşma dövrünün çağırışlarına cavab vermir. Bu səbəbdən Avropa dövlətlərində sahəvi təhsil müəssisələrinin ali hüquq təhsili verən müəssisələrə çevrilməsi tendensiyası geniş vüsət aldı. Məsələn, Niderland Polis Akademiyası (2004), Almaniya Polis Universiteti (2006), Finlandiyanın Polis Kolleci (1998-ci ildə təsis edilib, 2008-ci ildə yenidən təşkil olunub), Norveçin Polis Kolleci (1995-ci ildə təsis edilib, 2005-ci ildə yenidən təşkil olunub), Fransanın Milli Polis İnstitutu (1999), Belarus Respublikasının Mogilyov İnstitutu, (2014) s. Beləliklə Avropada artıq çox az ölkə qalır ki, polis hazırlığında ali hüquq təhsili verməsin. Lakin bu statusa müyəssər olmaq heç həmişə asan başa gəlmir. Misal üçün, Avstriyanın Vyana Polis Akademiyası polis orqanlarına ali təhsilli hüquqşünas hazırlığını həyata keçirmək üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin həmin ölkənin Təhsil Nazirliyi onların maddi-texniki, tədris-metodiki elmi bazasının lazımi səviyyədə olmadığını əsas gətirərək imtina etmişdir.

Yuxarıda göstərdiklərimiz məsələnin formal tərəfidir. Məzmuna keçdikdə isə ilk növbədə Polis Akademiyasında tədris prosesinin təşkili barədə fikirlərimi diqqətinizə çatdırmalıyam. Tədris planımız Dövlət Təhsil Standartlarının tələblərinə müvafiq hazırlanaraq Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir. Hüquqşünas hazırlayan digər ali təhsil müəssisələrindən fərqli olaraq akademiyada təhsil müddəti 4 yox 5 ildir. Müddətin artıq olması onunla izah edilir ki, biz həm Dövlət Təhsil Standartlarının tələblərinə cavab verməli, həm daxili işlər orqanlarında fəaliyyətin xüsusiyyətlərini nəzərə almalıyıq. Bu səbəbdən tələbələrimizəDİO-da əməliyyat-axtarış fəaliyyəti”, “DİO-nun inzibati fəaliyyəti”, “DİO-da təhqiqat”, “DİO-da xüsusi texnika”, “Xüsusi taktiki hazırlıq”, “Atəş hazırlığı”, “Cinayətlərin açılması araşdırılmasının kriminalistik təminatı sair fənlər tədris olunur. Yeri gəlmişkən, qeyd etməliyəm ki, peşə ixtisas fənlərinin (“Cinayət hüququ”, “Cinayət prosesi”, “Mülki hüquq”, “Mülki prosessual hüquq”, “Ekologiya hüququ”, “Biznes hüququ”, “İnzibati hüquq”, “Cinayət axtarış hüququ”, “Kriminalistika”, “Hüquq nəzəriyyəsi sair) saat həcmi digər ali təhsil müəssisələrində analoji fənlərə ayrılmış saat həcmindən bir qədər çoxdur. 

Təhsil müddəti ərzində yiyələndikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi xidməti vəzifələrin yerinə yetirilməsində əməli vərdişlərin qavranılması məqsədilə tələbələrimiz 20 həftəlik tədris ixtisas təcrübəsinə cəlb olunurlar. Aşağı kurslarda təcrübə tanışlıq ilkin vərdişlərin (daxili işlər orqanlarının fəaliyyəti ilə ümumi tanışlıq, post-patrul xidmətinin aparılması kiçik əməliyyat müvəkkili) formalaşmasına yönəlmişdir. Buraxılış kursunda isə 14 həftə ərzində keçirilən  ixtisas təcrübəsini xüsusilə qeyd etmək istəyirəm. Təhsil alanlar 3 istiqamətdə: “Cinayət-axtarış”, “İctimai təhlükəsizlikİstintaqxidmətlərində konkret vəzifələrin icrası ilə, o cümlədən, müstəntiq qismində praktiki fəaliyyət göstərirlər.

Bununla yanaşı, hər tədris ilinin əvvəli təsdiq olunmuş plana əsasən, Akademiyada tədris prosesinə respublikamızın nüfuzlu ali təhsil müəssisələrinin hüquq-mühafizə orqanlarının təcrübəli mütəxəssislərinin cəlb edilməsi təcrübi dərslərin rayon polis idarələrində, ekspertiza mərkəzində, məhkəmədə, istintaq təcridxanasında keçirilməsi daim diqqət mərkəzində saxlanılır. 

Yuxarıda qeyd etdiklərimdən əlavə tələbələrimizin təcrübi bacarıqlarını yüksəltmək üçün kliniki təhsil metodundan da uğurla istifadə edilir. Bu məqsədləAzərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006- il tarixli Sərəncamının icrası ilə əlaqədar, AkademiyadaHüquq Klinikasıyaradılmışdır. Klinikada insan hüquqları, mülki işlər, qaçqın məcburi köçkünlərin hüquqlarının müdafiəsi cinayət işləri üzrə məsləhət bölmələri fəaliyyət göstərir. Klinikaya rəhbərliyi kafedra rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim, polis polkovniki Ceyhun Süleymanov həyata keçirir.

Mən Əyyub Kərimovdan fərqli olaraq digər təhsil müəssisələrinin məzunlarının keyfiyyətinin monitorinqi ilə tanış olmadığımdan onların hazırlıq səviyyəsinə qiymət vermək məsuliyyətini öz üzərimə götürə bilmərəm. Ancaq öz tələbələrimiz barəsində əsaslandırılmış fikir söyləməyə mənəvi hüquqi haqqım çatır. Qədim Çin xalq məsəlində deyildiyi kimi, “Hər şey müqayisədə bəlli olur”. Burada mən müdavimlərimizin müxtəlif bilik yarışmalarında əldə etdikləri bəzi uğurlara toxunmaq istəyirəm. Onlardan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət, Qərb, Qafqaz Universitetlərinin, Milli Aviasiya Akademiyasının tələbələrinin iştirakı iləƏn yaxşı tələbə elmi-tədqiqat işiüzrə keçirilən müsabiqədə Akademiyanın müdavimi Babək RüstəmovCinayət törətmiş şəxslərin verilməsi ilə bağlı bəzi məsələlərmövzusunda tədqiqatına görə qalib olmuş   ona təhsil nazirinin imzası ilə diplom təqdim olunmuşdur; ABA CEELİ-nin Bakı Ofisinin təşkil etdiyi insan hüquqları sahəsində milli beynəlxalq qanunvericilik mövzusunda Bakı Dövlət, Qafqaz Qərb Universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandalarının iştirakı ilə keçirilən universitetlərarası yarışda Akademiyanın komandası da uğurla çıxış edərək qeyri-hökümət təşkilatları ilə yanaşı, millət vəkili Çingiz Qənizadənin təmsil olunduğu münsiflər heyəti tərəfindən fəxri ikinci yerə layiq görülmüşdür; Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrindən 80 tələbənin qatıldığıMən fəxr edirəm ki, azərbaycanlıyammövzusunda keçirilən publisistik məqalə müsabiqəsində müdavim Asəm Eyvazov fəxri yer tutduğuna görə millət vəkili Qənirə Paşayeva tərəfindən mükafatlandırılmışdır; Gənclər İdman Nazirliyinin dəstəyi MZ Prodakşınşirkətinin təşkilatçılığı iləMən azərbaycanlıyamtelelayihəsində müdavim Nicat İslamlı birinci yerə layiq görülmüşdür;

Bundan başqa Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən 2013- ildə keçirilmişƏn yaxşı gənc müstəntiqmüsabiqəsində akademiyanın məzunları Nərimanov RPİ-nin müstəntiqləri Eldar Abdullayev I yerə, Hikmət Vəliyev III yerə; 2014- ildə keçirilmişƏn yaxşı təhqiqatçımüsabiqəsində isə DİN-in Baş İstintaq Təhqiqat İdarəsinin təhqiqatçısı, məzun İlkin Əliyev I yerə layiq görülmüşdür. 

DİN-in Polis Akademiyasında təhsilin Azərbaycan dilində aparılmasına baxmayaraq, təqdirəlayiq haldır ki, bu nailiyyətlər respublikadan kənarda keçirilən bilik yarışmalarında da davamlı xarakter almışdır. Belarus Respublikasının Minsk şəhərində MDB dövlətləri Daxili Xarici İşlər nazirliklərinin, Sərhəd Qoşunlarının hüquq beynəlxalq hüquq fakültələrinin tələbələrindən təşkil olunmuş 9 komanda arasında vətəndaşlıq, miqrasiya məsələləri qaçqınların hüquqları mövzusunda keçirilmiş beynəlxalq müsabiqədə təmsilçilərimiz 2010-cu ildə 3-, 2011-ci ildə 2-ci, 2012-ci ildə isə 1-ci yerə layiq görülməsini, eyni zamanda, Rusiya Federasiyasının Saratov Dövlət Hüquq Akademiyasında Ukrayna Respublikasının Daxili İşlər Nazirliyinin Lvov Dövlət Universitetində keçirilən beynəlxalq elmi-praktik konfranslarda müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla təltif olunmalarını göstərmək olar.   

Hesab edirəm ki, Akademiyada tədris-təlim sahəsində mövcud mənzərəni daha dolğun təsvir etmək üçün professor-müəllim heyəti barədə məlumat vermək yerinə düşərdi. Hazırda təhsil müəssisəmizdə 21 nəfər elmi dərəcəsi olan əməkdaş çalışır. Onların sırasına hüquq elmləri doktoru fəlsəfə doktorları, professor dosentlər, 3 əməkdar müəllim daxildir. Həmin alimlər Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, AMEA-nın Fəlsəfə Hüquq İnstitutunun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun tərkibində fəaliyyət göstərən elmi seminar müdafiə şuralarının üzvləridir. Ölkəmizdə yerli beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən müxtəlif layihələrdə Akademiya əməkdaşları ekspert qismində fəal iştirak edirlər. Məsələn, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində yaradılmış hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət İşçi Qupunun tərkibinəKriminalistikakafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudov Cinayət prosesikafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev daxil edilmiş, UNİSEF tərəfindən verilmiş sertifikata əsasən baş müəllim, polis polkovnik-leytenantı Vüqar MansurovYuvenal Ədliyyəsahəsində, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev isə AzərbaycandaMəhkəmə hüquq islahatlarının dəstəklənməsi layihəsiüzrə ekspertlərdir. Eyni zamanda, Rusiya Hüquq Elmləri Akademiyası Elmi Şurasının qərarına əsasənDövlət hüquq nəzəriyyəsikafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ceyhun Süleymanov Mülki hüquqkafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rəşad Məmmədov həmin Akademiyaya üzv seçilmişlər.

Akademiyada tədris prosesi ilə yanaşı elmi-tədqiqat fəaliyyəti uğurla həyata keçirilir. Hüququn müxtəlif sahələri üzrə Akademiyada beynəlxalq elmi-praktik konfrans seminarların keçirilməsi davamlı xarakter almışdır. Buna misal olaraq cari tədris ilinin oktyabr noyabr aylarında Türkiyə, Rusiya, Belarus, Moldova, Ukrayna alimlərinin, eləcə respublikamızın Konstitusiya Məhkəməsinin sədri hakimləri, millət vəkilləri, Ombudsman Aparatı, Ali Məhkəmə, Apelyasiya Məhkəmələri, Respublika Prokurorluğu, Ədliyyə orqanları ölkəmizdəki beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı iləRegional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləriİnsan vətəndaş hüquqlarının azadlıqlarının konstitusiya təminatının aktual problemlərimövzularında beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir. Səslənən məruzə çıxışlar, iştirakçıların məqalə tezisləriPolis Akademiyasının Elmi Xəbərlərijurnalında dərc edilir. Məlumat üçün qeyd edim ki, müəssisəmizin jurnalı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, beynəlxalq kod almış, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasında bəyənilərək komissiyanın rəsmi siyahısına daxil edilmişdir. Hazırda jurnalımızın 11 nömrəsi işıq üzü görmüş iştirakçı ölkələrin nümayəndələrinə təqdim olunmuşdur.

Professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin bir istiqaməti tədris olunan fənlərin təhsil resursları ilə zənginləşdirilməsidir. Son illərdə əməkdaşlarımız tərəfindən 104 adda dərslik, dərs vəsaiti, proqram, sxemlər albomu, mühazirələr toplusu sair vəsaitlərin Təhsil Nazirliyindən qrif alınaraq nəşr olunması bu sahədəki işimizin təqdirəlayiq olmasından xəbər verir.

Bu, tək bizim fikrimiz, özümüzün işimizə verdiyimiz qiymət deyil. Təhsil Nazirliyi tərəfindən daxil olmuş məktuba əsasən son illər nazirliyin qrifi ilə nəşr olunmuş 133 adda tədris vəsaiti Azərbaycan Respublikasının Elmi-Pedaqoji Kitabxanasına təhvil verilmişdir. Kitabxananın müdiri Tamilla İsmixanova bu vəsaitləri qəbul edərkən öz təəccübünü gizlətməmiş bildirmişdir ki, “Akademiya yeganə ali təhsil müəssisəsidir ki, son illər müvafiq qriflə bu qədər vəsait nəşr etdirib”.

Hazırda akademiyada təhsil alanlar fənlər üzrə tədris resursları ilə tam təmin edilmişdir. Bu da fənlərin mənimsənilməsinə öz müsbət təsirini göstərməyə bilməz. 

Düşünürəm ki, DİN-in Polis Akademiyasında ali hüquq təhsilinin verilməsinin həm normativ-hüquqi bazası, həm məzmunu barədə qısa da olsa məlumat verə bildim. Akademiyanın fəaliyyəti, burada həyata keçirilən islahatlar, beynəlxalq təcrübənin tətbiqi sair məsələləri bir məqalədə tam əhatə etmək mümkun deyildir. El arasında deyildiyi kimi, “yüz eşitməkdənsə, bir görmək yaxşıdırməsəlini yada salaraq, Eyyub Kərimovu DİN-in Polis Akademiyasında kadr hazırlığı ilə tanış olması üçün istənilən vaxt qəbul etməyə hazırıq. 

Mahir Əhmədov
DİN-in Polis Akademiyası rəisinin tədris elmi işlər üzrə müavini

 





22.11.2014    çap et  çap et