525.Az

“Bu il erkən nikaha görə 7-8 toyun qabağını almışıq”


 

“Bu il  erkən nikaha görə 7-8 toyun qabağını almışıq”<b style="color:red"></b>

Erkən nikahlarla bağlı problem deyə bilmərəm ki, dünyada bizdən daha böyükdür, yoxsa, bizdən daha azdır.Düzdür, bizdə belə bir məsələ var, ancaq çox təəssüflər olsun ki, bir çox təşkilatlar onu şişirdirlər, təhrif olunmuş şəkildə beynəlxalq qurumlara çatdırırlar”.
 
Bunu Ailə, Qadın Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dilə gətirib. H. Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitə tərəfindən təkcə bu il 7-8 yerdə erkən nikahlarla bağlı toyların qarşısı alınıb. Onun dediyinə görə, övladlarını erkən nikahlara məcbur edən həmin ailələrə müxtəlif qurumlar vasitəsilə mesajlar göndərilib ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz, sizə qarşı cinayət işi açıla bilər. “Biz istəyirik ki, erkən nikaha məcbur edilən qız uşaqları üçün ən azı şərait yaradılsın ki, onlar orta məktəbi oxuyub başa çatdırsınlar. Sonra onların ailə qurması mümkün ola bilər. İnsanlarla söhbət edərkən onlara bu yöndə mənfi təsirlər olduğunu görürəm. Onların içərisində direktorlar da, müəllimlər var. Əgər bir məktəb direktoru deyirsə ki, 15-16 yaşlı qız ərə gedə bilər, bu, bizim adət-ənənəmizdən irəli gəlir, ondan gözləyəsən? Bu, cahillik əlamətidir. Mən demirəm ki, onlar çoxdur, biz onlardan çoxuq biz onlara birlikdə təsir etməliyik”.

Kamil HƏMZƏOĞLU

 





22.11.2014    çap et  çap et