525.Az

Təcavüzkara haqq qazandıranlar


 

MİLLƏT VƏKİLİ SAHİB ALIYEV: “DƏNİZİ OLMAYAN ƏFQANISTANA KEŞİKÇİ KATERLƏR YOLLAYANLARDAN NƏ DESƏN GÖZLƏMƏK OLAR”

Təcavüzkara haqq qazandıranlar<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 19 noyabr tarixli bəyanatındaneytral əraziifadəsinin işlədilməsi qəbuledilməzdir. Çünki Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterin zərərsizləşdirilməsi Azərbaycanın Ağdam rayonu ərazisində baş verib. Bu rayonun 1993- il 23 iyul tarixində ermənilər tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində öz əksini tapıb. Bir tərəfdən Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə uyğun olaraq dövlət başçılarını bir araya gətirib kompramis yollar axtardıqlarını bildirsələr , digər tərəfdən bəyanatlarında ciddi səhvlərə yol verərək ölkələr arasında gərginlik yaradırlar. Avropa əhəmiyyətli təşkilatdan belə bir açıqlama sıradan anlaşılmazlıq kimi qəbul oluna bilməz. Çünki Dağlıq Qarabağ problemi üzrə həmsədrlərin birgə hazırladıqları son bəyanat onların münaqişənin həllinə necə yanaşdıqlarını göstərib. Əgər həmsədrlər münaqişə ilə bağlı yekdil bəyanat verərkən sənədi ciddi şəkildə nəzərdən keçirsəydilər sonradan buraxdıqları səhvləri aradan qaldırmaq məcburiyyətində qalmazdılar. Bu arada, artan narazılıqları nəzərə alaraq amerikalı həmsədr Ceyms Uorlik özünümüdafiə xarakterli açıqlamasında qeyd edib ki, daha dəqiq desək, Dağlıq Qarabağ münaqişəsindəneytral ərazimövcud deyil. O, bildirib ki, sadəcə, Silahlı Qüvvələri ayıran heç kimin nəzarət etmədiyitorpaq var. Hər üç həmsədrİqor Popov, Pyer Endryu Ceyms Uorlikin diqqətinə çatdırılmalıdır ki, Dağlıq Qarabağın işğalı ilə əlaqədar Azərbaycanla Ermənistan arasında yalnız təmas xətti mövcuddur məsələni qəlizləşdirib başqa sözlə ifadə etməyə ehtiyac yoxdur. Ermənilərin mövqelərimizə hücumu zamanı vurulan hərbi helikopterin düşdüyü yer təhlükəsiz zolaqda olmadığı üçün oraya baxış keçirmək mümkün deyil. Bu hadisədən bir neçə ay əvvəl buna oxşar hadisə baş verib. Ermənilər Naxçıvanla təmas xəttindəneytral ərazininmövcud olduğunu həmin ərazidə sərt iqlim şəraitində, dəniz səviyyəsindən 2500-3000 metr hündürlükdə yerləşən yüksəklikləri tutduqlarına dair dezinformasiyalar yayaraq Azərbaycanda narahatlıq yaratmağa çalışıblar. Müdafiə Nazirliyi məsələ ilə əlaqədar bəyanat verərək, erməni saytların yaydığı informasiyanın təxribat xarakteri daşıdığını həqiqətə uyğun olmadığını bildirib. Görəsən, bu məsələləri diqqətlə izləməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu cür yanlışlığa yol verməklə, həmin hadisədən xəbərdar olmadıqlarını göstəriblər? Yoxsa, bu əvvəlki ssenari əsasında erməni təxribatının davamıdır?

Müdafiə naziri Zakir Həsənovun da qeyd etdiyi kimi sərhəddə neytral zona anlayışı yoxdur. Bu hal yalnız, yeni müstəqillik əldə edən dövlətlərdə qonşuları ilə sərhəd xətti zolağının tam müəyyənləşdirilməməsi ilə bağlı müvəqqəti problem xarakterli ola bilər. Eyni zamanda, iki ölkə arasında mövcud olan münaqişə ocağı ilə bağlı məlumatı olmayan üçüncü ölkə haqlı haqsız tərəfi müəyyənləşdirə bilmədikdə mübahisəli ərazi üçünneytral zonaifadəsindən istifadə edə bilər ki, bu da diplomatik qaydalara uyğundur. Azərbaycanın ərazi bütövlüyü suverenliyi barədə isə BMT-nin 4 qətnaməsi mövcuddur. Bu o deməkdir ki, heç bir haldaneytral zonaanlayışını Azərbaycan torpaqlarına aid etmək olmaz. Xüsusilə , Dağlıq Qarabağ münaqişəsi çərçivəsində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinə belə səhvi bağışlamaq olmaz. Çünki onların işlətdiyi ifadə, gördüyü hər hansı bir münaqişədə açar ya qıfıl rolunu oynaya bilər. Onlar da hər səfərində atdıqları ilginc addımlarla hamını təəccübləndirməyə davam edirlər. Həmsədrlərin məsələyə bu cür yanaşması təmsil etdiyi dövlətlərin, qurum təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı imzaladığı qətnamələrin tələblərini kobud şəkildə pozması anlamına gəlir. Bu da Avropanın  riyakar mövqeyilə, tətbiq etdiyi ikili standartlarla üst-üstə düşür.

Millət vəkili Sahib Alıyev hesab edir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edənlərin Ağdam rayonunda vurulan erməni helikopterinin düşdüyü torpaqlarıneytral zonakimi dəyərləndirmələri çox yumşaq, diplomatik etiketi pozmadan desək, onların qətiyyən neytral olmadıqlarının növbəti göstəricisidir. Onun sözlərinə görə, ermənilərin Xocavənd rayonunda Qarakənd üzərində içində bizim yüksək vəzifəli məmurlarımızın jurnalistlərimizin əyləşdikləri mülki helikopteri vurmalarının 23- ildönümü ərəfəsində belə bir açıqlamanın verilməsi hər bir azərbaycanlıda nifrət doğurur. S.Alıyev qeyd edib ki, içi qadın uşaqlarla dolu mülki helikopterimiz Şuşada havaya qalxarkən vurulanda da hamısının gözü kor idi: “Onlar Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım üçün gedənlərin əyləşdikləri təyyarəmizin İrəvanda bilərəkdən necə qəzaya uğradıldığını da görməzlikdən gəldilər. Amma öz torpağımızda mövqelərimizə basqın edən hərbi helikopterin vurulmasına az qala göz yaşı tökür, onun düşdüyü yeri neytral zona adlandırırlar”. Millət vəkilinin fikirlərinə görə, beynəlxalq vasitəçilərin bu cür davranışları bizi özümüzdən çıxarmağa hesablanıb: “Qətiyyən emosiyaya varmamalıyıq. Açıq-aydın görürük ki, münaqişənin həllini tapmamasının səbəbi ermənilərdən daha çox özlərini vasitəçi kimi sırıyanların mövqeyilə bağlıdır. Çünki onlar ədalətsiz, qərəzli məkrlidirlər. Azərbaycanın güclənməsi onları qıcıqlandırır. Deməli, düz yoldayıq. Nahaq yerə bu çətin dövrdə müdafiə xərclərini daha 809 milyon manat artırmadıq. Bundan sonra da hər vəchlə ölkəmizdə əmin-amanlığın olmasına çalışmalı, heç nəyə baxmadan güclənməliyik. Hər şeyin bir zamanı var, bu gücü tətbiq etmənin zamanı gəlib çatacaq”.

Amerikalı həmsədr Ceyms Uorlikin üzrxahlıq xarakterli açıqlamasına münasibət bildirən S.Alıyev bu cür yanaşmanı qəbul etmədiyini deyib: “Necə yəni, “heç kimin nəzarət etmədiyi torpaq”, bu deməkdir, bu yanaşmadır? Bəyəm, Ceyms Uorlik bilmir ki, “heç kimin nəzarət etmədiyi torpaqkimə məxsusdur? İstənilən halda, olduqca mürəkkəb həssas bir məsələnin həlli ilə bağlı danışıqları belə bir  diplomata tapşıranlar etdiklərinin fərqində deyillər. Belə çıxır ki, hazırda Amerikanın başında oturanların əksəriyyəti doğrudan da reallıq hissini itiriblər. Dənizi olmayan Əfqanıstana keşikçi katerlər yollayanlardan desən gözləmək olar. Yəqin ki, Uorlikin yerini dəyişik salıblar”.

Politoloq Əliməmməd Nuriyev hesab edir ki, həmsədrlər məsələyə konkret qiymət vermək əvəzinə, söz oyununa üstünlük verirlər. Onun sözlərinə görə, Minsk qrupunun üzvləri beynəlxalq hüququn elə terminlərindən istifadə edirlər ki, bu da hazırkı, situasiyaya tamamilə uyğun gəlmir: “Hansı neytral ərazidən söhbət gedə bilər? Ermənistan Silahlı Qüvvələri Qondarma Dağlıq Qarabağ Respublikası ilə birlikdə təlimlər keçirdiyi vaxt həmsədrlər harada idilər? Onlar təlimlərin keçirilməsini vəziyyəti qəlizləşdirən amil kimi qiymətləndirmək əvəzinə, ikili standartlara uyğun ifadələr işlətməklə təcavüzkara haqq qazandırmağa çalışırlar. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun qeyd etdiyi kimi, Ukrayna sərhəddindən 150 kilometr kənarda Rusiya qoşunlarının hərbi təlim keçirməsinə Avropa İttifaqı, ATƏT başqa qurumlar reaksiya verdiyi halda, Azərbaycanın işğal olunan ərazilərində ermənilərin separatçılarla birlikdə keçirdiyi hərbi təlimlərə münasibət bildirmirlər. Halbuki, Rusiya öz qanuni ərazilərində təlimlər keçirib. Sadəcə olaraq, həmsədrlərin fəaliyyəti başa düşülən deyil. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun üzvlərinə çox sərt reaksiya göstərilməlidir. Onlar öz səlahiyyətlərini düzgün yerinə yetirmirlər”.

Azərbaycan Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyinin məsələyə çox düzgün münasibət bildirdiyini deyən politoloq Azərbaycan cəmiyyətinin məsələyə mövqeyinin birmənalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, işğal altında olan Dağlıq Qarabağ ətraf 7 rayonun istər quru, istərsə hava məkanından istifadə etmək Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Belə olan halda, Silahlı Qüvvələrimiz dərhal qarşısıalınma zərərsizləşdirmə tədbirləri həyata keçirməlidir. Rəsmi Bakının atdığı addımlar həm beynəlxalq hüquqa, həm ölkə qanunvericiliyinə uyğundur. Son hadisə bir daha göstərib ki, Azərbaycan öz suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etmək gücündədir”.

Ceyhun ABASOV

 





22.11.2014    çap et  çap et