525.Az

NATO “Cyber Coalition 2014” təlimlərini keçirib


 

NATO “Cyber Coalition 2014” təlimlərini keçirib<b style="color:red"></b> NATO-nun rəsmi internet saytının məlumata görə, noyabrın 18-də alyans tarixində ilk dəfə genişmiqyaslı “Cyber Coalition 2014” transmilli hərbi təlimlərə start verib.

525.az-ın RYTN-nin  rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq tədbirlər üç gün ərzində keçirilməklə təşkilat iştirakçılarının informasiya şəbəkələrinin mühafizəsi üzrə bacarıqları yaxşılaşdırmağa imkan verib.
 
“Bu təlimlər bizim kompüter sistemlərimizin dözümlüyünü yoxlamağa və NATO-nun daima inkişaf edən təhlükə ilə ayaqlaşa bilməsinə, eləcə də çalışan mütəxəssislərin bu təhlükənin öhdəsindən tam gəlməsinə əmin olmağımıza imkan verəcək”, - NATO baş katibinin müavinlərindən biri Sorin Dukaru deyib.
 
Alyansa üzv ölkələrin onlarla yaşayış məntəqəsində olan 670-dən çox texniki ekspert “Cyber Coalition 2014” təlimlərinin iştirakçısı olub. Bundan əlavə, müşahidəçi qismində ilk dəfə elmi dairələrin və informasiya texnologiyaları (İT) sənayesinin nümayəndələri dəvət olunub.
 





22.11.2014    çap et  çap et