525.Az

Müdafiə Nazirliyi iki hərbçimizin öldürülməsi xəbərini təkzib etdi


 

Müdafiə Nazirliyi iki hərbçimizin öldürülməsi xəbərini təkzib etdi<b style="color:red"></b> Ermənistan KİV-i bu ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən noyabrın 21-də gecə Ermənistana məxsus hərbi helikopterin vurulduğu istiqamətdə Azərbaycanın iki hərbçisinin öldürülməsi, helikopterin qalıqlarının götürülməsi barədə məlumat yayıb.
 
Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti erməni təxribatıdır:
 
“Bu cür məlumatlar erməni tərəfinin növbəti təxribatıdır. Ermənilər bu ərazidə vəziyyəti özləri gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan ordusu heç bir itki verməyib. Atəşkəslə bağlı bütün məlumatlar isə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə çatdırılır və sutka ərzində baş verən atəşkəs pozulması barədə məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdirilir”.
 
Qeyd edək ki, bu il noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter Azərbaycanın mövqelərinə hücum edərkən hərbçilərimiz tərəfindən zərərsizləşdirilib.
 





22.11.2014    çap et  çap et