525.Az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək


 

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
 
525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-dən 28-dək Ankara şəhərində Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları kursu keçiriləcək. Noyabrın 25-dən 30-dək Antaliya şəhərində 31-ci Beynəlxalq Qastroenteroloji konfransı baş tutacaq. Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq.
 
Bundan başqa, noyabrın 24-dən dekabrın 19-dək Rumıniyanın Braşov şəhərində Proqram və layihələrin idarə olunması kursu olacaq.
 
Tədbirlərə Azərbaycan hərbçiləri də qatılacaq.
 





22.11.2014    çap et  çap et