525.Az

Petronas”ın TANAP və TAP boru kəmərlərinin tikintisində iştirakı məsələsinə baxılmayıb"


 

Petronas”ın TANAP və TAP boru kəmərlərinin tikintisində iştirakı məsələsinə baxılmayıb"<b style="color:red"></b>

Malayziyanin “Petronas”neft-qaz şirkəti Trans-Anadolu (TANAP) və Tarns-Adriatik (TAP) qaz kəmərləri tikintisində iştirakı məsələsi hələlik müzakirə olunmur.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
 
Onun sözlərinə görə, hazırda “Petronas”ın TANAP və TAP layihələrinin tikintisində iştirakı məsələsinə baxılmayıb: 

“Petronas” Norveçin “Statoil” şirkətinin 15,5% payının alınması ilə bağlı bizim icazəmizdən sonra son danışıqlarını apardı. Bununla da “Statoil” 15,5% payı ilə “Shahdəniz” üzvünə çevriləcək”.
 
A.Abdullayev deyib ki, ancaq bu şirkətin Cənubi Qafqaz Boru Kəmərinin tikintisində iştirakı məsələsinə hələ ki baxılmayıb.

 





21.11.2014    çap et  çap et