525.Az

Putin karate üzrə 8-ci dan aldı


 

Putin karate üzrə 8-ci dan aldı<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putinə Kekusin-kan karate növü üzrə 8-ci dan verilməsi barədə məlumat yayılıb.
 
APA-nın Gazeta.ru-ya istinadən xəbərinə görə, Rusiya Kekusin-kan Karate-do Federasiyası məlumatı nə təsdiq, nə də təkzib edib.
 
Qeyd edək ki, Kekusin-kan karate növü üzrə usta olan Xatsuo Royama 2001-ci ildə Vladimir Putinə Kekusin-kan karate növü üzrə 5-ci dan verib. 2009-cu ildə onu 7-ci danla əvəzləyiblər.
 
Cüdo və sambo üzrə idman ustası olan Rusiya prezidenti 2006-cı ildən Avropa Cüdo Federasiyasının fəxri prezidentidir.
 





21.11.2014    çap et  çap et