525.Az

"Yeni telekanalın yaradılması gündəmdə deyil"


 

"Yeni telekanalın yaradılması gündəmdə deyil"<b style="color:red"></b> Azərbaycanda yeni telekanalın yaradılması gündəmdə deyil.
 
Bu barədə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, son zamanlar bu sahədə xeyli iş görülüb. Nəticədə “Regional TV” yaranıb: “Hazırda 10 televiziya kanalı bütün ölkəyə yayımlanır. Qonşu Gürcüstanda bu rəqəm 4-dür.  Türkiyədə cəmi 24 telekanal bütün ölkəyə yayımlanır.

Ona görə də hələlik yeni telekanalın açılması məsələsi gündəlikdə yoxdur. Mövcud telekanalların potensialından daha çox istifadə edilməlidir”.
 
 





21.11.2014    çap et  çap et