525.Az

Mirqədirovun həbs müddəti uzadıldı


 

Mirqədirovun həbs müddəti uzadıldı<b style="color:red"></b> Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
Bu barədə APA-ya R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
 
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib:
 
“Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb.

Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”.
 
Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.
 
R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
 





21.11.2014    çap et  çap et