525.Az

Bir inci söz sahibi


 

Bir inci söz sahibi<b style="color:red"></b>

Milli televiziya məkanımızda baş verən istənilən müsbət dəyişiklik ya hansısa geriləmə halını müşahidə etdiyim zaman, bir televiziya işçisi kimi, onları özümdə saf-çürük edirəm. elə dərhal mətbuatda, internet səhifələrində həmin hadisəyə həmişə operativ peşəkar reaksiya verən həmkarım, televiziya bilicisi Qulu Məhərrəmlinin mövqeyini axtarmağa tələsirəm. Axtarıram tapıram da. Onun obyektiv soyuqqanlı yanaşması, peşəkar təhlili, prosesləri özünəməxsus tərzdə düzgün duyub qiymətləndirməsi çoxlarını inandırır.

Predmeti dərindən bilmək, intellektual səviyyə, ədalətli balanslı yanaşma, üstəgəl azad düşüncə sahibi olması Q.Məhərrəmliyə ciddi nüfuz qazandırır. Çünki Qulu müəllim azad adamdır, kiməsə xoş gəlməyə çalışmır, hadisələrə vətəndaşlıq peşəkarlıq prizmasından yanaşır. Bir ekspert kimi onun tendensiyaları dərindən saf-çürük etmək, iti müşahidə aparmaq, nəyisə ciddi təhlil edib qiymətləndirmək qabiliyyətinə çoxları qibtə edə bilər. O, intellekti, sözü, davranışı obyektiv dəyərləndirmələri ilə ictimai rəyə təsir edən, mən deyərdim ki, hətta bu rəyi yaradan şəxsiyyətlərdən biridir. Bu isə çox məsuliyyətli bir missiyadır Q.Məhərrəmli həmin məsuliyyəti layiqli səviyyədə çiyinlərində daşımağı bacarır. Bu səviyyəyə qalxmaq, nüfuz qazanmaq, bacarıq yiyəsi olmaq üçün Qulu müəllim zəngin ibrətamiz bir yaradıcılıq yolu keçib, çox çətinlik sınaqlarla üzləşib, ağır həyat dərsləri alıb.

Jurnalistikada ilk addımlar

Qulu Məhərrəmlinin yaradıcılıq yolu mənim gözlərimin qabağında olub. Hələ tələbə ikən Azərbaycan radiosunda efirə gedən materialları ilə diqqəti cəlb edirdi. Bu tələbə həmin dövrdə radioda şablonlaşmış qəliblərə, danışıq yazı tərzinə tabe olmaq istəmir, isə yeni, fərqli yanaşma üsulları tapmağa çalışırdı. Onun radioda hazırladığı verilişlər həmin vaxt çoxlarını təəccübləndirirdi, düşünürdülər ki, bu cür reportaj oçerkləri hansısa tələbə yox, yalnız illərin təcrübəsini qazanmış peşəkar jurnalist yaza bilər. Çoxları bu materialların bir universitet tələbəsinin əlindən çıxdığına inanmırdı. Bəli, Qulu lap gənc yaşlarından jurnalistika sahəsində fərqlənməyə, öndə getməyə, birinci olmağa səy göstərirdi (Ona görə indi tələbələrinə bu hissi təlqin etməyə çalışır).

Bakı Dövlət Universitetini bitirdiyi vaxtdan - 1978-ci ildən Qulu Məhərrəmli taleyini Azərbaycan Televiziyası ilə bağlayıb. O, "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayanda mən televiziyanın baş rejissoru idim. Təbii ki, işə yeni gələnlərlə maraqlanır, kimin hansı qabiliyyət yiyəsi olmasını bilmək istəyirdim. Elə bil hər şey dünən idi. Adamlarla ünsiyyətdə bir az utancaq, amma işində od parçası olan Qulunun işgüzarlığı gözümün qabağından getmir. Onu hər yerə - zavoda, neft mədənlərinə, gəmiqayırma müəssisələrinə, mədəniyyət tədbirlərinə, sərgiyə, hava limanına çəkilişə göndərirdilər, hamısını da yarıdırdı. Maraqlı mövzular, formalar, təqdimatlar tapırdı, bəzən adi görünən detallardan çox maraqlı süjetlər hazırlaya bilirdi. Məsələn, onun adi güldan sərgisindən hazırladığı "Gül güldanda gözəldir" adlı  reportaj formasına müəllif mətninin qeyri-adiliyinə görə, indiyəcən gözümün önündən getmir. Məhz belə fərqli reportaj süjetlərinə görə Qulu tezliklə diqqəti cəlb etməyə, fərqlənməyə başladı.

Həm biliyinə, həm ünsiyyət mədəniyyətinə, xüsusən səmimiyyətinə görə qısa müddətdə kollektivin hörmətini qazanan Q.Məhərrəmli televiziya rəhbərliyinin diqqət mərkəzində idi. Ona ciddi işlər, o cümlədən Moskvadan - Mərkəzi TV-dən gələn çəkiliş qrupları ilə işləmək həvalə olunurdu. İstedadına, qabiliyyətinə görə pillə-pillə irəli çəkilməyə başladı. Əvvəlcə "Elmi-kütləvi Tədris verilişləri" baş redaksiyasında redaktor oldu, daha sonra siyasi icmalların verildiyi "Beynəlxalq həyat" redaksiyasına böyük redaktor - şöbə müdiri vəzifəsinə gətirildi. Bu mürəkkəb məsuliyyətli bir quruma rəhbərlik edəndə Qulunun cəmi 27 yaşı vardı. Sovet dövründə gənc kadrın rəhbər vəzifəyə çəkilməsi onun son dərəcə savadlı, məsuliyyətli çalışqan olmasından xəbər verirdi...

Ekranın incəliklərini bilən peşəkar

Çoxları Qulu müəllimi televiziya tənqidçisi kimi indi tanıyır, amma mən onun belə tənqidi çıxışlarını 35 il əvvəldən eşidirəm. O vaxtlar TV-nin yaradıcılıq toplantılarında, "letuçka"larda verilişlər təhlil edilərkən, Q.Məhərrəmlinin tənqidi çıxışlarının şahidi olurdum. Özü heç kimdən çəkinmirdi, birbaşa baş redaktorların, az qala toxunulmaz sayılan şəxslərin hazırladıqları verilişləri əsaslı faktlarla tənqid edirdi.

Qulu Məhərrəmli həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri şərtsiz qəbuletmə bacarığı ilə seçilib. Çoxları dərk etmir ki, dövrün ritmi dəyişdikcə, kütləvi informasiya vasitələrində yeniləşmə olmalı, yeni istiqamətlər üzə çıxmalıdır. Amma bunu hər kəs bacarmır, daha doğrusu, hər kəs buna risk etmir, cəsarəti çatmır. Qulu isə çox cəsarətli çevik televiziya işçisidir desəm, qətiyyən yanılmaram. 1991-ci ildə Azərbaycan Televiziyasında diktor institutunun ləğv olunduğu bir vaxtda, Qulu Məhərrəmli ekrana aparıcı kimi çıxan ilk jurnalistlərdən biri oldu. O, xəbər aparıcılığında indiyədək formalaşmış stereotipləri qırmağı, ekrana sərbəst, düşünərək məlumatlandıran yeni sima gətirməyi bacardı. Azərbaycan Televiziyasında xəbərə yanaşmadakı mövcud ənənədən, quru cansıxıcı mühitdən fərqli olaraq, Qulu efirə insani bir hava, səmimiyyət gətirdi, söhbət janrını informativ janrlara calaq etməyi məharətlə bacardı. Hələ bundan əvvəl, Sovet dönəmində ikən onun müəllifliyi redaktorluğu ilə hazırlanan "Azərbaycan dünya meridianlarında", "Qitələr, hadisələr", "Yer kürəsi: müharibə, yoxsa sülh" kimi verilişləri, siyasi publisistika sahəsində bir yenilik, novator addımlar kimi qəbul olunurdu. Q.Məhərrəmlinin bu verilişlərdə təqdim etdiyi publisistik formalar, keçidlər, montaj tərzi, dil materialı tamaşaçı ilə ekran arasında bu vaxta qədər mövcud olan boşluğu aradan qaldırır, teleşərhin yeni modelini ortaya qoyurdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, jurnalistikada da yeni çalarlar, o cümlədən məzmunu fərqli forma üslubda təqdim etmək problemləri ortaya çıxdı. Məhz ötən əsrin 90- illərində, Q.Məhərrəmli "1000 saniyə", "7 gün" kimi informativ analitik verilişlərdə, həmçinin özünün "Təfsilat" "Gerçəklik" müəllif proqramlarında jurnalistikanın Sovet dönəmində görünməyən, amma hədsiz maraq bəslədiyimiz tərəflərini təqdim etməyə başladı. Tam əminliklə bildirirəm ki, bu verilişlərin hər biri baş verən olayları, tamaşaçının görüb-duyduğu reallıqları dürüst əks etdirirdi. Bu baxımdan Q.Məhərrəmlinin formalaşdırdığı yeni veriliş formatı olan "7 gün" TV tariximizə qızıl hərflərlə yazılmalıdır. Həftəlik hadisələrin obyektiv təhlilini verən "7 gün" hər həftəsonunda tamaşaçıların böyük intizarla gözlədiyi proqram idi, çünki tamaşaçı ağıllı söz eşitmək, eyni zamanda ağıllı adamın sözünü eşitmək istəyində idi. İndi Azərbaycan televiziya məkanındakı bütün kanalların oxşar analitik-informasiya proqramlarının çoxundan fərqli olaraq, "7 gün" təkcə siyasi hadisələrin təhlili deyil, həm sosial-iqtisadi problemlərlə bağlı araşdırmalar, jurnalist təhqiqatı da xüsusi yer tuturdı.

Mən o dövrdə Qarabağ problemi Çeçenistanda gedən proseslərlə bağlı məlumatları yalnız Q.Məhərrəmlidən alırdım, o həm dürüst məlumat verir, həm geniş təhlil apararaq tamaşaçıları inandıra bilirdi. Çünki özü hadisələrin içərisində idi. Buna görə "7 gün" sözün həqiqi mənasında, bəzi ənənələri bu gün yaşayan bir jurnalistika məktəbi kimi xatırlanır.

Q.Məhərrəmli bizim televiziyamızın tarixində kiçik ekranın ifadə vasitələri ilə danışmağı, montajı, görüntünü, sözü, pauzanı musiqini bilən, bunların sintezindən yeni məna yaratmağı bacaran nadir yaradıcı şəxsiyyətlərdəndir. Bu baxımdan o, televiziyanın "nəbztutma" funksiyasını dəqiq şəkildə nümayiş etdirdi bunu adını "jurnalist" qoymuş bir çoxlarına da əyani şəkildə göstərdi.Reportaj janrında işləməyin yeni üsulları, darıxdırıcılıqdan uzaq, səmimiyyət prinsiplərinin təcəssümü Q.Məhərrəmli yaradıcılığının əsas xüsusiyyətlərindən hesab olunur. Protokol səciyyəli hesabatlardan fərqli olaraq, Q.Məhərrəmli öz verilişlərinə ustalıqla yeni forma publisistik məzmun verdi. O, adi faktı hadisəyə çevirməyi, ekranda gərəkli detalları qabartmağı bacaran ustad jurnalistdir. Nitq mədəniyyətinin incəliklərinə yiyələnmiş, danışıq dili ilə efir dilinin möcüzəli bir sintezini yaratmış Qulu müəllim öz tamaşaçısı ilə populyar dildə danışmağa nail oldu, bunu tamaşaçını ekran qarşısında saxlamağın ən əsas prinsiplərindən biri olduğunu sübut etdi.

Ustad jurnalist Q.Məhərrəmli TV tariximizdə həm rəsmi materialların - dövlət tədbirlərindən, beynəlxalq forumlardan, əlamətdar tarixi günlərdə keçirilən kütləvi toplantılardan, ölkə başçısının xarici səfərlərindən verilən canlı reportajların, hesabat icmalların parlaq müəllifi kimi qalacaqdır. Mən onun 20 Yanvar 31 mart günlərində Şəhidlər Xiyabanından apardığı canlı yayımları, yaxud "İpək yolu" forumundan ya Roma Papasının Bakıya səfərindən apardığı birbaşa reportajları dərsliklərə düşməli klassik nümunələr sayıram. 90- illərdə ölkə prezidenti, Ulu öndər Heydər Əliyevin xarici ölkələrə etdiyi səfərlərdən, onun rəsmi görüşlərindən Qulu müəllimin hazırladığı reportajlar forması, dramaturji quruluşu, montajı səlis kadrarxası mətnlərin dolğunluğu ilə başqalarından çox fərqlənirdi. O, həmin hesabatların rəsmi, siyasi çəkisini saxlayaraq, bu materiallara dolğun publisistik ruh, fərqli məzmunu verə bilir, tamaşaçını mavi ekran qarşısında saxlamaq bacarırdı. Uzun illər H.Əliyev kimi görkəmli siyasi liderin titanik fəaliyyətini işıqlandırmış bir rejissor müəllif kimi bu işin necə çətin, həm çox məsuliyyətli olduğunu ayrıca qeyd etməyi özümə borc bilirəm.

Onun Xocalı reportajları

Mən Q.Məhərrəmlinin siyasi icmallarına həmişə ləzzətlə qulaq asıram. O, 90- illərdən başlayaraq, istər Dövlət Televiziyasında, istərsə digər kütləvi informasiya vasitələrində etdiyi çıxışlarla analitik janrın inkişafına ciddi töhfələr verib. Bir siyasi şərhçi kimi, onu fərqləndirən əsas keyfiyyət haqqında danışdığı problemi yaxşı bilməsi, həm istənilən mürəkkəb məzmunu Azərbaycan dilinin ən gözəl, sadə, dolğun tutumlu sözləri ilə ifadə etməsidir. Çox az politoloqun Qulu qədər obrazlı, aydın, anlaşıqlı şirin dili var. Mən onun dilinin obrazlılığı haqqında fikirləri iki böyük sənətkardan -Bəxtiyar Vahabzadə Məmməd Aslan kimi sözə həssas olan qələm sahiblərindən eşitmişəm.

Bir şərhçi analitik kimi, Q.Məhərrəmlinin iki daimi mövzusu varsa, biri Qarabağ problemidir. Həm qəzet yazılarında, həm TV-dəki veriliş şərhlərində o, Qarabağ məsələsini həmişə diqqət mərkəzində saxlayır. Məsələ təkcə onda deyil ki, Qulunun doğulduğu Zəngilan da, orta təhsil aldığı Şuşa da işğal altındadır, məncə, onun bu problemə bağlılığının əsas səbəbi milli faciəmizi, bütün qanı-canı ruhu ilə duymasındadır. Ona görə , Qulu Qarabağ müharibəsi başlayan gündən cəbhə bölgələrinə gedir, qaynar nöqtələrdən materiallar hazırlayırdı.

Onun Xocalı faciəsindən təxminən ayyarım əvvəl - 1992-ci ilin yanvarın ortalarında "Xəbərlər" proqramında "Asiman" videokanalında ürəkağrıdan silsilə reportajlarını efirə özüm hazırlamışam. Əvvəla, onu deyim ki, Qarakənd səmasında Azərbaycanın görkəmli dövlət xadimlərinin mindiyi vertolyot vurulduqdan sonra jurnalistlər Qarabağ bölgəsinə getməyə çəkinirdilər, çünki təhlükə artmış, ölüm xəbərləri çoxalmışdı. Buna baxmayaraq efirə cəbhədən, xüsusən Şuşa Xocalıdan materiallar vermək bizə hava su kimi lazım idi. Bəs kim getsin? Xatırlayıram ki, şirkət rəhbərliyi müxtəlif adamları həmin şəhərlərə göndərmək istəyəndə, bəziləri müxtəlif bəhanərlə yaxasını kənara çəkdi. Onda Qulu xəbərlər baş redaksiyasında çalışır, həm gecə efirə çıxan "1000 saniyə" xəbər bülletenini aparırdı. Ona Xocalıya getmək təklif olunanda dərhal razılaşdı, üstəlik dedi ki, Xocalıda çəkiliş edər, oradan da vertolyotla Şuşaya qalxaram (yadımdadır, bircə xahişi oldu ki, onun döyüş bölgəsinə getməsini evlərinə deməsinlər). Lakin Qulu Xocalıda çəkiliş apardıqdan sonra Şuşaya gedə bilmədi. O vaxt Xocalı dörd tərəfdən mühasirədə idi, Əskərandan oraya gedən şose yolu bağlanmışdı, maşınla getmək mümkün deyildi, dəmiryolu da işləmirdi, yalnız vertolyotla gediş-gəliş vardı. Onunla uçmaq da çox təhlükəli idi. Çünki Şuşada Qarakənddə vertolyotların vurulmasından sonra heç kimin mənzil başına salamat çatmasına təminat yox idi.

1991-ci il dekabrın axırında AzTV-nin üç əməkdaşı - jurnalist Qulu Məhərrəmli, rejissor Adil Əsədov kinooperator Vaqif Cabbarov Ağdamdan, çətinliklə olsa da, Xocalıya uçmuşdular. Lakin lazımi çəkilişlər aparıb işlərini bitirdikdən sonra onlar Xocalıdan çıxa bilmirdilər. Artıq vertolyotların oraya uçuşu çox seyrəlmişdi. Onda teleşirkətin rəhbərliyi Müdafiə Nazirliyi, Mülki Aviasiya idarəsi ilə qədər danışırdısa çəkiliş qrupunu oradan çıxara bilmirdik, çünki havaya qalxan bütün vertolyotlar atəşə tutulurdu. Qulu orada reportyor işini davam etdirir, günaşırı telefonla efirə çıxır, təmkinlə məlumat verir, Xocalıdakı gerçək vəziyyəti anlatmağa çalışırdı.

Düzünü deyim ki, biz artıq 10 günə yaxın Xocalıda qalmış çəkiliş qrupundan əlimizi üzmüşdük. Hərçənd bilirdik ki, əməkdaşlarımız Milli Ordunun Xocalıdakı kiçik dəstəsinin kazarmasında qalır heç bir panika da yoxdur, amma təbii ki, ailələri ciddi narahatlıq keçirirdilər. Nəhayət, azərbaycanlı pilotlar riski öz üzərlərinə götürərək, Xocalıya uçmuş əməkdaşlarımızı oradan salamat çıxara bilmişdilər. Amma təhlükə bir addımlıqda olmuşdu, çünki çəkiliş qrupunun mindiyi vertolyot havaya qalxarkən qonşu Noragux kəndindən ermənilər onu pulemyot atəşinə tutmuşdular. Güllələrin vertolyotun dəmir gövdəsinə dəyərək qorxunc səslər çıxarması həmin an dəhşətli panika yaratmışdı, xoşbəxtlikdən, vertolyot güllə yağışı altında olsa da, lazımi yüksəkliyi yığaraq təhlükədən qurtara bilmişdir.

İnsan üzləşdiyi təhlükələri, xüsusən bu təhlükənin gətirdiyi ölüm duyğusunu heç vaxt unutmur. Məncə, bu duyğu sonralar insanın düşüncə davranışına ciddi təsir edir, ona həyatın yaşamağın gerçək mənasını anladır, dünyaya baxışını duruldur, prinsiplərini möhkəmlədir. Mən bunu Moskvada ağır avtomobil qəzasından təsadüfən sağ çıxmış bir rejissor dostumda müşahidə etmişdim. Xocalı əhvalatından sonra Qulunu da bir az dəymiş gördüm, sanki daha prinsipial qətiyyətli olmuşdu, həm elə bil qorxu hissini itirmişdi.

AzTV-nin "Səhər" çağı...

Uzun illər səhər verilişləri sarıdan AzTV-nin bəxti gətirməmişdi. İlk dəfə bu telekanalı "Səhər" verilişi ilə uğur zolağına Qulu müəllim gətirib çıxarıb. Gələn il 20 yaşı tamam olacaq bu proqram efirə çıxanda çoxları "Səhər"in növbəti uğursuz addım olacağını düşünürdü. Amma Qulu müəllim ekranda bu verilişə uzun ömür verə bildi, təbii ki, öz ağlı, intellekti işgüzar bir kollektivi formalaşdırıb çevik mexanizmi qurmaqla. Çox rəmzi haldır ki, verilişin ilk buraxılışını da o, özü aparıb. Qulu müəllim "Səhər"ə rəhbərlik etdiyi dövrdə, mən artıq AzTV-dən uzaqlaşmışdım, "SARA" teleradio şirkətində icraçı direktor vəzifəsində çalışırdım. Lakin Azərbaycan Televiziyasında gedən proseslərlə, baş verən yeniliklə maraqlanır, uğurlara sevinirdim. O dövrdə yaddaşımda qalan ən parlaq hadisə AzTV-nin çox maraqlı uzunömürlü proqramlarından olan "Səhər" verilişi idi.

Hər səhər tamaşaçılarla görüşə gəlmək, min bir qayğı istəyi olan müxtəlif zövqlü insanlarla ünsiyyət yaratmaq, onları narahat edən məsələlərdən söhbət qurmaq, bəzən ürək-dirək vermək, qayğılarını bölüşmək, həqiqətən, çox çətindir. Amma Qulu Məhərrəmlinin uzun illər rəhbərlik etdiyi "Səhər" kanalı bunu bacarırdı. Mübaliğəsiz demək olar ki, "Səhər", son 20-30 ildə bizim TV məkanında yaranmış ən yeni, mövcud qəliblərdən çıxaraq, müasir dünya televiziyasının təcrübəsinə söykənən yeganə proqramdır. Tamaşaçı ilə bir yerdə olmağa çalışan "Səhər" ekranda yeni nəfəs, yeni yaradıcı axtarışların bəhrəsi idi. Xüsusi arxitektonikaya malik cazibədar ekran əsəri olan "Səhər" kanalı həm bizim teleməkan üçün kadr laboratoriyasına çevrilmişdi desəm, yanılmaram. Burada çoxlu sayda istedadlı jurnalistlər teleaparıcılar yetişmiş, bir çoxları ilk televiziya təcrübələrini məhz burada qazanmış indi digər telekanallarda fəaliyyətlərini davam etdirirlər. Təbii ki, bu uğurun qazanılmasında Q.Məhərrəmlinin özünəməxsus yaradıcılıq dəst-xətti, yüksək təşkilatçılığı ən başlıcası, mənəvi keyfiyyətləri xüsusi rol oynamışdır.

Maraqlı ssenarilər müəllifi

Mən onun ssenarisi əsasında çəkilmiş "Qobustan" sənədli filminə (rejissor R.Almuradlı) baxmaqdan doymuram. Filmdə Qobustanın tarixinə qayaüstü rəsmlərə tamamilə yeni baxış var. Yaxşı düşünülmüş ssenari, ümumi ideyanı uğurla gerçəkləşdirən səriştəli rejissor, operator, rəssam qrafik-dizayner işi, eləcə diktor mətni tamaşaçıya Qobustan qayalarını, bu tarixi məkanı tamamilə yeni rakursda təqdim edir. Uzun illər taleyimi sənədli kinoya bağlamışam onun bütün çətinliklərinə dərindən bələdəm. Odur ki, mövzu ssenari faktorunun sənədli kinoda hansı vacib funksiya daşıdığını yaxşı bilirəm.

 Q.Məhərrəmlinin ssenarisini yazdığı filmlərdə mövzu faktın aliliyi prinsipi yüksək jurnalistika meyarlarından qaynaqlanır. O, ekran qarşısında tamaşaçını yormur, ssenari kadrarxası mətnin imkanlarından məharətlə istifadə edərək hər bir kadrda, cümlədə tamaşaçıya dolğun informasiya ötürməyə çalışır. Söz təsvir kontrapunktundan ustalıqla bəhrələnən Q.Məhərrəmlinin ssenari müəllifi olduğu filmlərdə tariximizin milli mədəniyyətimizin izləri işarır. Bu baxımdan onun son dövr tariximizə, istiqlal mübarizəmizə, Qarabağ probleminə həsr olunmuş "Müstəqilliyin çətin yolu", "Qaçqınlar", "Müstəqil Azərbaycan", "Böyük ömrün anları" (Ümummilli lider H.Əliyev haqqında), "Əkinçi" (Azərbaycan mətbuatının 125 illiyi haqqında), "Mingəçevir", "Antropoloji sənəd", "Terrorla üz-üzə", "Alman Yunus" digər sənədli filmlərinin adlarını qürurla çəkə bilərəm. Bu filmlərin ssenari incəlikləri, dramaturji-estetik məziyyətləri, söz təsvirin harmoniyasına əsaslanan ab-havası Q.Məhərrəmlinin ekran publisistikasına ekran dilinə dərindən bələd olmasından xəbər verir.

Elə buradaca bir şeyi qeyd edim ki, Qulu müəllim edirsə, ən yaxşısını edir, nəyə əl qoyursa, onu yüksək peşəkar səviyyədə gerçəkləşdirir. Məsələn, mən biləndə ki, son illərdə ən yaxşı dublyaj olunmuş 29 seriyalı "Eşq vilayəti" (İmam Rza haqqında) filminə Q.Məhərrəmli bədii rəhbərlik edib, heç təəccüblənmədim. Bədii filmin dublyajı, nisbətən, mürəkkəb çoxelementli işdir. Amma Qulu müəllim onun rəhbərlik etdiyi peşəkar komanda bu işin öhdəsindən çox yüksək səviyyədə gəlib, çünki peşəkar, yaradıcılığın bütün sahələrində peşəkardır.

Tədqiqatçı alim pedaqoq

Professor Q.Məhərrəmli ictimai missiyası olan şəxsiyyətdir, tarix, millət cəmiyyət qarşısında məsuliyyətini dərk edən adamdır. Televiziyada çoxlarının başı pul qazanmağa qarışanda Qulu müəllim arxivlərdə kitabxanalarda işləyir, araşdırmalar aparır, kitablar yazırdı. O, namizədlik doktorluq dissertasiyaları müdafiə edib. Bir salnaməçi kimi radio televiziyamızın tarixini yazıb, vizual sənət sahələrinin dil problemini araşdırıb, bu sahəyə dair "Kino, televiziya radio terminləri" (2002) adlı ilk yeganə sanballı terminoloji lüğət çap etdirib. Qulu müəllim Azərbaycan mediasının problemlərini dəqiq aydın görür, onların kökünü həlli yollarını göstərir.

Dünya televiziyasında baş verən mütərəqqi yeniliklər heç vaxt Q.Məhərrəmlinin "nişangah"ından yan ötmür, istər xəbər, istərsə digər formatlarda nəzərəçarpan yeniliklər həmişə onun məqalələrində, müsahibələrində təbliğ olunur, bu yeniliklərin milli telekanallarımızda tətbiqinin vacibliyi dönə-dönə vurğulanır. Digər tərəfdən bu yeniliklər zaman-zaman Q.Məhərrəmlinin elmi təfəkkürünün süzgəcindən keçərək, monoqrafiyalarda, dəsrliklərdə tədris vəsaitlərində öz əksini tapır. Yəni o, təkcə özü parlaq jurnalistika nümunələri - verilişlər, sənədli filmlər, məqalə esselər yaradan praktik jurnalist deyil, həm bu əsərləri necə ərsəyə gətirməyin nəzəri əsaslarını yazan alimdir, nəzəriyyəçidir.

Məhsuldar alim-tədqiqatçı olan Q.Məhərrəmli 30-dan çox kitabın, o cümlədən, bir neçə monoqrafiya, dərslik dərs vəsaitinin,  eləcə izahlı lüğətlərin, elmi-publisistik kitabların müəllifidir. Bunların sırasında "Radiodramaturgiya dili" (1990), "Televiziya haqqında etüdlər" (1996), "Televiziya radio tamaşaları" (A.Dadaşovla birgə, 1999), "Televiziya nitqi ədəbi tələffüz" (1999), "Audiovizual nitq" (2000), "Ekran ana dili" (Tehran, 2001), "İctimai Televiziya" (2003), "Danışır Təbriz" (2004), "Kütləvi kommunikasiya dil" (2004), "Radioteatr dəvət edir" (2010) kimi dəyərli əsərlərin adını çəkmək olar. Qulu müəllimin radio televiziya dili haqqında kitabları, elmi məqalələri metodik tövsiyələri gənc diktorlar aparıcılar üçün qiymətli vəsaitlərdir.

Q.Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sənətin sirlərini gələcək həmkarlarına öyrədir. Onu tez-tez müxtəlif treninqlərdə gənc həmkarları arasında görürəm. Vaxtilə dərs dediyi tələbələrin çoxu indi peşəkar jurnalistlərdir, istər respublikamızda, istərsə onun sərhədlərindən kənarda fəaliyyət göstərən media qurumlarında uğurla çalışırlar. Tələbələrinin Qulu müəllimə necə böyük ehtiram göstərmələrini müşahidə etmək mənə olduqca xoşdur.

 





21.11.2014    çap et  çap et