525.Az

Əcnəbi rejissorlar Sumqayıt Teatrında iki tamaşa hazırlayırlar


 

Əcnəbi rejissorlar Sumqayıt Teatrında iki tamaşa hazırlayırlar<b style="color:red"></b>

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Bolqarıstan Ukraynadan gəlmiş rejissorların quruluşunda iki yeni tamaşanın məşqlərinə başlanılıb.

Bolqarıstan Ukraynadan olan rejissorlar- Hristo Stoyçevlə Arkadiy Neputaliuk Sumqayıta teatr rəhbərinin dəvəti ilə gəliblər.

Teatrdan bildirilib ki, Hristo Stoyçev Bolqarıstanın Kardjaliy şəhərinin "Dimitov Dimov" and "Kadrie Latifova" teatrının baş rejissorudur. Budəfəki səfərini Sumqayıt teatrının kollektivi ilə yaxından tanışlığa həsr edən rejissor 2015-ci ilin mayında təkrar Sumqayıta gələrək teatrın səhnəsində Şekspirin "Otello" faciəsini səhnələşdirəcək. Hazırda teatrda gərgin məşqləri gedən yeni tamaşanı ukraynalı rejissor Arkadiy Neputaliuk hazırlayır. Tamaşa N. Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında səhnələşdirilir "Çiçkovun sərgüzəştləri" adı ilə səhnəyə qoyulacaq. Noyabrın sonunadək hazır olacağı gözlənilən tamaşaya sumqayıtlılar dekabrın əvvəlində baxa biləcəklər.

S.ABDULLAYEVA

 





21.11.2014    çap et  çap et