525.Az

Unudulmayan tarix...


 

Unudulmayan tarix...<b style="color:red"></b>

Noyabrın  20- Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 1991-ci ilin 20 noyabrında Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş vertolyot qəzası nəticəsində həlak olmuş faciə qurbanlarına həsr olunmuş "Həyat var ki, ölüm qədər zəhərli,  Ölüm var ki, həyatdan da dəyərli" mövzusunda xatirə gecəsi keçirilib.

AzərTAc xəbər verir ki, kitabxananın foyesində faciə qurbanlarının xatirəsinə həsr edilmiş kitablar sərgilənib.

Tədbir Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzası ilə bağlı Sevinc Osmanqızının hazırladığı filmin nümayişi ilə başlayıb.

Ziyalıların, Nəsimi rayonundakı 35 44 nömrəli orta məktəblərin 10-cu sinif şagirdlərinin iştirak etdiyi tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərova  tariximizi dəqiq öyrənməyin vacibliyini hər bir yeniyetmənin, gəncin buna borclu olduğunu vurğulayıb.

Tədbirdə istefada olan polis polkovniki, Bakı Slavyan Universitetinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədov, keçmiş könülü döyüşçüRauf İlyasoğlu, Ağdam rayon xəstəxanasında baş həkim kimi çalışmış Zakir Ağdamlı, şair Oqtay Rza çıxış edərək o günləri xatırlayıb 20 noyabrda baş verən faciəni xalqımıza qarşı törədilən qanlı terror aktı adlandırıblar.

Vertolyot qəzası nəticəsində həlak olan Azərbaycanın rəsmi şəxslərinin xatirəsinin xalqımızın ürəyində daim yaşayacağı vurğulanıb.

Mərasimdə faciə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə balaca oxucuların ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda məktəblilər arasında kitabxananın əməkdaşlarının tərtib etdikləri "Vətənpərvər kimdir?" mövzusunda rəy sorğusu keçirilib.

 





21.11.2014    çap et  çap et