525.Az

Bu gün Tolstoyun anım günüdür


 

Bu gün Tolstoyun anım günüdür<b style="color:red"></b>

Yazdığı "Hərb və sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb.
 
XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" - XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada anadan olub.

Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirib, qohumlarının himayəsinə keçib. Uşaqlığından bəri həqiqətləri incələməyə qarşı böyük bir marağı olub. Təhsilini davam etdirmək üçün Moskvaya gedib.

Çalışqan savadlı bir tələbə olaraq uğur və sevgi qazanıb. Fransızcasını inkişaf etdirib, Volteri və J.J. Russonu oxuyub, bu iki yazarın qüvvətli təsirində qalıb. Yasnaya-Polyanaya geri dönüb, yoxsul kəndlilər arasına qatılıb. İlk əsəri olan "Uşaqlıq"ı bu ərəfələrdə yazıb. Bir müddət sonra orduya çağırılıb; Qafqaza gedib. Qafqaz xalqının yoxsulluq dolu yaşayışlarını ələ aldığı izlənimlərlə ilk realist hekayələrini yazıb. 1854-cü ildə Kırım müharibəsinə zabit olaraq qatılıb. Sonra əsgərliyi qurtarıb Peterburqa gedib. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazıb. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxıb. Almaniya, Fransa, İsveçrə'yə səyahət edib. Məmləkətinə dönüşündə yenə Yasnaya-Polyanaya yerləşib. Kəndində bir məktəb qurub. Bu məktəb, öyrənim, tədris baxımından yepyeni bir qurum olub. Rahatçılığa qovuşduğuna qənaət gətirdikdən sonra, 1862-ci ildə evlənib. Tolstoy evləndiyində arvadı Sophie Behrs 16 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətini keçirəcəkdi. Arvadına; əvvəlki həyatı, özəlliklədə yanlarında çalışan qadın qullarla olan cinsi əlaqələri anlatdığı günlüklərini evləndikləri gün oxuması üçün verib və əvvəlki həyatındakı elədiyi səhvləri öyrənməsini istəyib.

Qadın hərisliyinə baxmayaraq evlilikləri həyatları sonuna kimi davam eləyib. Bu evlilikdən 12 uşaqları olub; bu uşaqlardan 5i ölüb. Əsərlərindən ən qüvvətli olan iki romanı "Hərb və Sülh" ilə "Anna Karenina"nı, bu zamanlarda yazıb. Arvadı, əsərlərini yazmağında ən böyük köməkçisi olub. Hətta "Hərb və Sülh"ü 12 dəfə düzəliş edib. Aradan bir müddət sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi çöküntüyə uğrayıb. Geniş xalq küləsinin, özəliklə Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi.

Bütün sərvətini kəndlilərə paylayıb, hər halıyla onlar kimi yaşamağa başlayıb. Kor-kobud geyinib, geydiyi hər geyimi özü tikib. Dəyişməyən tək tərəfi bezib usanmadan yazması olub. ""Kreyser sonatası"", "Ağa və kölə ", "Qaranlıqların Gücü", "İman nədir", "İncilər", "Kilsə və Dövlət", "Etiraflarım" hamısı bu illərin məhsullarıdır.

Əsərlərində insanlığın cürbəcür məsələlərinə deyinən Tolstoy'un dünya ölçüsündə bir sənət və fikir dəyəri var. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof bir maarifçi olaraq da şöhrət qazanıb. Yuxarıda sayılanların xaricində "Diriliş", "Gəncliyim", "Uşaqlıq", "Hacı Murad", "Ayaqlanış", "Sergi ata", "Tanrı Bizim İçimizdədir", "Kazaklar", "Təsadüf", "İki Süvari" kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur.

82 yaşında vəfat eden Tolstoy dəfələrlə böyük sıxıntılar yaşayıb. Marksizm'dən etkilənərək özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbiylə bütün sərvətini kəndlilərə paylayıb, hər halıyla onlar kimi yaşamağa başlayıb. Bu səbəblə ailəsiylə problemləri yaranıb. Xiristian anaxiyasının inkişafının yazdıığı kitabı "tanrının əgəmənliyi içimizdədir" kitabıyla yeni bir xristianlıq axını tanımlaması provoslav kilsəsi tərəfindən qovulmasına səbəb olub. Tolstoy, ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra, bir küskünlük nəticəsində, evini buraxıb yollara düşüb. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapılıb. Ölümünə sətəlcəmin səbəb olduğu hesab edilir. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışıb. Əsərlərində bunu əskiksiz olaraq yansıtmağı hədəf edən ən böyük rus yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixindəki yerini alıb.

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplayıb. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri" ni yazır.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862- ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə "Hərb və sülh" romanı üzərində işləyib. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G.Plexnov və A.Lunaçarski, Tolstoy dühasını yüksək qiymətləndirib, onun "Hərb və sülh" romanını dünya ədəbiyyatında ən gözəl əsər adlandırıb. "Hərb və sülh"dən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olub.

Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü" (1884-86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887-1889), "Sergi ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazıb.
 
Ömrünün altmış ilini bədii yaradıcılığa həsr edən və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunub.

Mənbə: Vikipediya

 





20.11.2014    çap et  çap et