525.Az

TQDK-nın yeni ünvanı bəlli oldu


 

TQDK-nın yeni ünvanı bəlli oldu<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək.

Lent.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək.

Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK  Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.  Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
 





20.11.2014    çap et  çap et