525.Az

Təranə Vahiddən "Doxsan imza"


 

Təranə Vahiddən "Doxsan imza"<b style="color:red"></b>

"Şərq-Qərb" nəşriyyat evində yazıçı-jurnalist Təranə Vahidin "Doxsan imza" (mədəniyyət yazıları silsiləsi) adlı kitabı çapdan çıxıb. Kitabda müəllifin son illərdə "Mədəniyyət" qəzetində dərc olunmuş yazılarından bir qismi toplanıb. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitab "Musiqinin işığı", "Teatr kino", "İncəsənətin rəngləri", "Əbədi uçuş" "Ruhumuzun memarları" bölmələrindən ibarətdir.

Mədəniyyətimizin müxtəlif sahələrini əks etdirən maraqlı müsahibələr, reportajlar, araşdırma yazıları yüksək zövq peşəkarlıqla qələmə alınıb. Azərbaycanın tarixi mədəniyyət mərkəzləri, qədim abidələri, korifey sənətkarları, bənzərsiz sənət adamları, incəsənət, teatr ədəbiyyat sahəsində xidmətləri olan məşhur simalar haqqında çoxlarına məlum olmayan hər kəsin bilmək istədiyi maraqlı məlumatlar müasir jurnalistikamızın ən gözəl örnəkləri kimi oxucuya təqdim olunur.

Hüseyn Cavidin "Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" sözləri ilə başlanan kitabın redaktoru Qulu Ağsəs, ön sözün müəllifi tanınmış jurnalist Telli Pənahqızıdır.

Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın bir parçasını əks etdirən 424 səhifəlik kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli mənbələrdən biri olacaq.

 





20.11.2014    çap et  çap et