525.Az

Moldovada azərbaycanlı rəssamın sərgisi təşkil edilib


 

Moldovada azərbaycanlı rəssamın sərgisi təşkil edilib<b style="color:red"></b>

Azərbaycanın Moldovadakı səfirliyi ikitərəfli mədəni əlaqələrin inkişafına Azərbaycan incəsənətinin xaricdə təbliğinə dair proqramın həyata keçirilməsi çərçivəsində Azərbaycanın tanınmış rəssamı Mirteymur Məmmədovun qrafika işlərinin sərgisini təşkil edib.

Səfirliyin binasında təşkil olunmuş sərgi çərçivəsində həmçinin diplomatik nümayəndəliyimizin nəşr etdirdiyi Mirteymur Məmmədovun əsərlərindən ibarət "Qızıl tarix" albom-kataloqunun təqdimatı keçirilib. Gözəl illüstrasiyalı nəşrə Azərbaycan rəssamının Bakının "ürəyi" İçərişəhərə həsr olunmuş ən yaxşı qrafika işləri daxil edilib. Albomda Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin, Moskvanın tanınmış sənətşünası Yelena Ponomaryovanın, habelə Mirteymur Məmmədovun dörd dildə - Azərbaycan, moldav, ingilis rus dillərində giriş məqalələri verilib. Kataloqda "İçərişəhər"in gələcək nəsillər üçün qorunub saxlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusi vurğulanır.
 
Tədbirdə Macarıstan, Gürcüstan, Qətər Çin səfirləri, Qazaxıstanın baş konsulu, MR-in ombudsmanı Aureliya Qriqoriu, MR-in mədəniyyət nazirinin müavini İqor Şarov, Moldova Xarici İşlər Avropa İnteqrasiyası Nazirliyinin departament rəisi Ruslan Bolboçanu, tanınmış yazıçı İon Xadırke, Moldova Rəssamlar İttifaqının sədri Genadi Jaloba, SSRİ Xalq artisti Mixay Muntyanu, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov başqaları iştirak ediblər. Tədbirin rəsmi hissəsində Namiq Əliyev, İqor Şarov, Mirteymur Məmmədov başqaları çıxış edib, həmçinin Azərbaycanın Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin tədbir iştirakçılarına təbrikinin mətni oxunub.

S.ABDULLAYEVA

 





20.11.2014    çap et  çap et