525.Az

Həmid Araslının 105 illiyi münasibətilə elmi sessiya keçirilib


 

Həmid Araslının 105 illiyi münasibətilə elmi sessiya keçirilib<b style="color:red"></b>

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının 105 illiyilə bağlı elmi sessiya təşkil olunub. Əvvəlcə XX əsr Azərbaycanın elmi ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan H.Araslının elmi yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov görkəmli alimin şərəfli həyat yolundan, elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb: "Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub. Həmid Araslı yarım əsrlik tədqiqatçılıq ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb, böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, İmaməddin Nəsimi, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif digər söz dühaları barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirib. İlk elmi əsərini 1935-ci ildə nəşr etdirən alim elmimizin cəfakeşlərindən biri olub".

Alimin Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında göstərdiyi xidmətlərdən danışan R.Hüseynov bildirdi ki, H.Araslı 1940- ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifələrində çalışıb.

Tədbirdə çıxış edən digər natiqlər H.Araslı yaradıcılığından ətraflı söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən alimin qızı, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər doktoru Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılara təşəkkürünü bildirib.

S.ABDULLAYEVA

 





20.11.2014    çap et  çap et