525.Az

İnam, sevgi və ümid aşılayan əbədi sənət


 

ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEVLƏ 30 İL ƏVVƏL BAŞLANMIŞ TEATR SÖHBƏTİ

İnam, sevgi və ümid aşılayan əbədi sənət <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda 

- Əliqismət müəllim, bir qədər əvvvəl, teatrın mövcudluğunu şərtləndirən bir məsələ ilə bağlı sual vermişdim. İstəyirəm o sualı yenidən xatırladam. Tamaşaçı teatra mənəvi ehtiyaclarını ödəmək, əsəblərini rahatlatmaq, bəzən illər boyu onu narahat edən hər hansı suala cavab tapmaq, ya da sadəcə əylənmək üçün gəlir! Onu teatrın pərdəarxası qayğıları heç maraqlandırmır da! O sadəcə yaxşı tamaşaya baxmaq, 2-3 saatlıq vaxtını səmərəli keçirmək, necə deyərlər, "dünyanın dərd-sərini" unutmaq istəyir. Bayaq qeyd etdiniz ki, bu gün teatrlar dramaturq sarıdan, bədii material sarıdan əziyyət çəkir. Mən Musiqili Teatrın 100 illik yubileyi münasibəti ilə bir neçə məqalə yazdım o ərəfədə sizin teatrın arxiv sənədlərini araşdırdım. Məlum oldu ki, ölkənin ən çətin vaxtlarında, bəlkə teatr kinoya indiki qədər diqqət yetirilmədiyi, qayğı göstərilmədiyi (hər şey mərkəzin - Moskvanın mərhəmətinə bağlı idi onda) dönəmlərdə dramaturqlar, bəstəkarlar əsərlərinin məhz bu teatrın səhnəsində tamaşaya qoyulması üçün bəzən illərlə növbə gözləyirdilər. Özü bu şəxslər o vaxt Sovetlər Birliyində yetərincə ad-san qazanmış görkəmli sənət xadimləri idi. Bəs indi dəyişib? Daha dəqiqi, bu qədər çalıb-çağıranı, oxuyub-oynayanı, təzə müasir teatr binaları olan müstəqil ölkədə niyə yaradıcılıq potensialı bu qədər zəifləyib?

-Mən belə düşünmürəm. Əksinə, son illərdə Azərbaycan mədəniyyətinin uğurundan inkişafından daha çox danışmaq olar. Bu gün bizim teatrlarımızın səsi, sorağı beynəlxalq festivallardan gəlir, tamaşalarımız mükafata layiq yerlər tutur. Vaxtı ilə respublkanın hər hansı bir teatrının Biləcəridən o yana çıxması hadisə sayılırdı, indi bizim (təkcə Musiqili Teatrın deyil, ölkədə mövcud olan əksər teatrların) tamaşalarına dünyanın 20-dən çox xarici ölkəsində, o cümlədən, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, İranda, Rusiyada maraqla tamaşa edirlər. Beynəlxalq təcrübələr, dünyanın qabaqcıl teatrlarının prinsipi ilə tanışlıq imkanı, qastrol səfərləri həm canlı ünsiyyət deməkdir, yaradıcılıq mübadiləsi deməkdir, milli mədəniyyətimizin, ölkəmizin uğurlarının təbliği deməkdir. Bunlarsız təbii ki, inkişafdan söz açmaq mümkün deyil.

Ancaq sizin xatırlatdığınız kimi, ötən əsrin son onilliklərində səhnə üçün əsər yazan istedadlı insanlar bu gün demək olar ki, yox dərəcəsindədir. Ara-sıra teatra təqdim olunan pyeslər isə bədii cəhətdən çox zəifdir. Bu əsərlərə vaxt vəsait sərf etməyə adamın heyfi gəlir. Bəzən riskə getdiyimiz məqamlar olur, bəlkə nəsə alındı deyə hər hansı bir müəlliflə işbirliyinə başlayırıq, ancaq...sonuc biz istədiyimiz effekti vermir.Tamaşanın ömrü bir mövsüm belə çəkmir.

-Sizcə bunun səbəbi nədir? Mövzu qıtlığıdır, yoxsa istedadlı yazar yoxdur?

 - Əksinə, məncə indi mövzu bolluğu yaradıcı insanın öz istedadını nümayiş etdirmək üçün çox gözəl bir dövrdür. Heç kəsə "filan mövzuda yazmaq olmaz"- deyə qadağa qoyan yox, sovetin əli qayçılı senzurası yox! Belə bir münbit şəraitdə daha məhsuldar işləmək olar. Azad fikir, sərbəst ideya düşüncələrin sərhədsiz olduğu bir məmləkətdə teatra, lap elə kinoya, bədii əsərlərin yaradılmasına belə biganəlik etinasızlıq adama qəribə gəlir. Bəli, haqlısınız, bu gün Azərbaycanda yaxşı səsi, münasib səhnə fakturası olan cavanlarımız çoxdur, amma təəssüf ki, onlar teatra yox, şou-biznesə üz tutur, istedad bacarıqlarını o qədər səmərəli olmayan sahələrə sərf edirlər. Təbii ki, bu arzuedilməzdir.

- İş burasındadır ki, çalıb oxuyanların sayı bilinmədiyi kimi, özünü yazıçı sayanların da sayı yetərincədir. Sizcə bu yazarlar niyə teatra əsər təqdim eləmir?

-Bəzən belə təşəbbüsdə bulunanlar olur. Teatra təqdim olunan ədəbi materialların əksəriyyətində mənasız hırıltıdan, lağlağıdan başqa heç yoxdur. Həm bu müəlliflər teatrı yaxşı bilmədiklərindən çox vaxt ancaq dialoqlar yazırlar, unudurlar ki, səhnə üçün nəzərdə tutulan əsər təkcə dialoqdan ibarət deyil.

- Əliqismət müəllim, söz ki, teatrı bilməkdən düşdü, belə bir sualımı cavablandırmanızı xahiş edəcəm: sizcə teatr rəhbəri teatrı yaxşı biləndə işlər qaydasında gedir, yoxsa yaxşı məmur olanda?

- İllər boyu mədəniyyətdən yazan bu sahəni gözəl bilən jurnalist kimi siz necə düşünürsüz?

-Mən birinci fikrin tərəfdarıyam, yəni teatr rəhbəri yaradıcı adam olmalıdır ki, onunla bərabər çalışanların düşündüyünü, istədiyini duyub, hiss edə bilsin! Hətta bu yaxınlarda sizin teatra qonaq qismində dəvət olunan, çox məşhur bir əsərdə gözəl bir obraz yaratmağa müvəffəq olan tanınmış aktyorlardan biri dedi ki, Əliqismət müəllimlə işləmək həm asandır, həm çətin! Asandır ona görə ki, o səhnədə aktyora, rejissora, rəssama, əlbəsəçiyə, dərziyə lazım olan ən kiçik detalı belə nəzərdən qaçırmır, onun vaxtında tapılmasına çalışır. Çətindir ona görə ki, o səhnənin bütün sirlərinə, nüansların bələddir, aktyorluq rejissorluq sənətini gözəl bilir, ona nəyisə bəyəndirmək, necə deyərlər "gözünü boyamaq" olmaz! Yadıma sizin cavanlığınız düşdü. Naxçıvan teatrında quruluş verdiyiniz əsərlərin birində sizə velosiped lazım olur. Hər məşqdə bu işə cavabdehlik daşıyan adam "velosipedi mütləq alacağam"-deyir tamaşa gününədək vədinə əməl etmir. Premyera gecəsi kimsə velosiped tapıb gətirir səhərisi gün bir nəfər hay-küylə içəri girib "mənim velosipedimi qaytarın, onu bir gecəliyə aparmışdınız axı!" - deyir. Sən demə, o məsuliyyətsiz cavabdeh adam məhəllənin poçtalyonundan onu borc alıbmış. Bu hadisə çox böyük əsəb gərginliyinə səs-küyə səbəb olmuşdu.

 - , olub belə bir əhvalat! Bilirsiniz ki, teatrda hər şey şərtidir, bunu səhnədəkilər , teatrla yaxından əlaqəsi olanlar da bilirlər. Amma tamaşaçı bu şərtiliyi bilsə , özünü buna inandırmaq istəmir. Çünki o özünü səhnədə cərəyan edən hadisələrin passiv seyrçisi yox, fəal iştirakçısı sayır, hər şeyi canlı gördüyü üçün, şərtiliyi qəbul etmir. Yadınızdadırmı, bir vaxtlar baxdığımız filmlər, tamaşalar? Bilə-bilə ki, o vurulan yumruq da, atılan güllə , həlak olan qəhrəman da şərtidir, yenə gözləri yaşaranlar, hönkürtü ilə ağlayanlar olurdu. Bu çox incə həssas məqamdır. Bizdə müxtəlif dövrləri əks etdirən tamaşalar hazırlanır. Deyək ki, "O olmasın, bu olsun" tamaşasında istifadə edilən geyimlərdən, dekorasiyalardan, butaforlardan biz "Ər arvad"da yararlana bilərik, amma biz bunu etmirik. Hətta mövzu zaman etibarı ilə bir-birinə yaxın olan tamaşalarda belə eyni dekorasiyalardan istifadəyə imkan vermirik. Məsələ, bizim "Bankir adaxlı" tamaşasında səhnəyə qoyduğumuz mebelin qiymətini desəm, inanmayacaqsınız, amma biz səhnə tərtibatının gözəlliyi təbiiliyi üçün hər şey edirik. Məncə teatr rəhbəri həm yaxşı teatr bilicisi, həm yetərincə ciddi işgüzar məmur olmalıdır.

- Siz illər öncəki o dərc olunmayan müsahibəmizdə belə bir fikir söyləmişdiniz ki, fərdlər hər hansı teatr ya konsert müəssisəsinə "mənim zövqümə uyğun olan filan əsəri tamaşaya qoyun" - deyə bilməz!

- Bu deyim köhnə olsa da yenə aktualdır ki, qədər tamaşaçı varsa, bir o qədər zövq var! Biz minlərlə tamaşaçının zövqünü fərdi şəkildə təmin etmək iqtidarında deyilik. Ancaq tamaşaçı, bizdən fərqli olaraq, seçmək, öz zövqünü istiqamətləndirmək azadlığına malikdir. İstədiyi teatrda, istədiyi tamaşanı o seçməlidir, o axtarıb tapmalıdır. Lakin təəssüf ki, bizim tamaşaçıların böyük əksəriyyəti daha ucuz bayağı tamaşalara, əyləncəli şou proqramlara getməyə üstünlük verir.

- Elə buradaca dairə qapanır biz yenə bu söhbətimizin birinci hissəsindəki problemi xatırlamalı oluruq: tamaşaçının zövqünü formalaşdırmaq, onu düşündürmək maarifləndirmək bədii sözün, mədəniyyətin başlıca vəzifəsidir!

- Bizim tez-tez işlətdiyimiz çox məşhur bir deyim var: tamaşaçı teatrı yox, teatr tamaşaçını arxasınca aparmalıdır. Yəni onun tamaşaları yüksək mənəvi dəyərləri ilə seyrçilərin maraq dünyasına təsir etməli, onları formalaşdırmağı bacarmalıdır. Bu işdə tamaşaçının da öhdəsinə düşən vəzifələr var. O daxili zənginliyini qoruyub-saxlamağa cəhd göstərməli, öz mənəvi aləminin qeydinə qalmalıdır, yaddaşının ən dəyərli köşəsinə gözəl anlar yazmalı, necə deyərlər, zaman-zaman gözünü, könlünü sevindirməlidir.

İndi yaşlı elə orta nəsil gənclikdən çox şey umur, onları təhsilə, elmə, həyata biganəlikdə suçlayır, bəzən zövqsüzlüklərindən gileylənir, biganəliklərinə irad tuturlar. Qeyd edim ki, bəzi məqamlarda çiyinlərində illərin ömür yükü olan yaşlılar heç haqsız da sayılmır.

Amma bu günün tələbləri baxımından yanaşsaq, məncə, cavanları da qınamalı deyil. Çünki indi bütün dünyada özündən uzaqlaşma, soy-kökünə, əsrlər boyu formalaşdırılan 21-ci yüzillikdə nədənsə tənəzzülə doğru gedən adət-ənənəyə, milli-mənəvi dəyərlərə fərqli münasibət başlayıb bu təkcə bizim bəlamız deyil, bəşəriyyətin bəlasıdır! Daha heç kəs özündə o hövsələ, o maraq, o canıyananlıq ya sadəcə, vaxt tapmır ki, kiminləsə söhbət etsin, onunla təəssüratlarını bölüşsün! Hər kəsin gözü telefonda, barmaqlar kompüterin klaviaturasında, qulaqları mikrafonla ötürülən musiqidə! Heç kəs bir-birinin üzünə baxmır. Bəzən tamaşa salonuna gələnlərə telefonunu təkidlə söndürməyi təklif edən nəzarətçilərimiz onların təpkisi ilə qarşılaşır. Bilmirsən bu adam tamaşaya gəlib, yoxsa...

  - Əliqismət müəllim, hər kəs yaşadığı dövrə bənzəyir - deyirlər. Bu cavanların da uşaqlığı gəncliyi həm ölkəmiz üçün, həm dünya üçün çox mürəkkəb çətin bir dövrə təsadüf etdiyindən onları da başa düşmək çətin deyil əlbəttə, bu problem daha çox pedaqoqların, psixoloqların müzakirə mövzusudur. Bizsə, teatrın, cəmiyyətin bədii-estetik inkişafına təsiri barədə fikir mübadiləsi etdik. sonda bilmək istəyirəm ki, siz bir yaradıcı şəxsiyyət, pedaqoq məmur kimi necə düşünürsünüz: Dünyanı gözəllik xilas edəcəkmi? İnsanlar sevib, inanıb ümid edib yaşamaq üçün teatra maraqlarını qoruyub saxlaya biləcəklərmi?

- Məncə dünya həmişə gözəlliyə, səmimiyyətə, şəfqətə möhtacdır. İnsansa sevgisiz, inamsız ümidsiz yaşaya bilməz!

- Təşəkkür edirəm!

- Siz sağ olun!

 





20.11.2014    çap et  çap et