525.Az

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları beynəlxalq aləmdə təqdir olunur


 

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları beynəlxalq aləmdə təqdir olunur <b style="color:red"></b>

Ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı gününün ölkə miqyasında geniş təntənəli şəkildə qeyd edilməsi xoş bir ənənəyə çevrilib. Hər bir ədliyyə işçisinin qəlbində ümummilli liderimizə minnətdarlıq eyni zamanda, sonsuz iftixar qürur hissləri yaradan bu əlamətdar gündə müasir tələblərə cavab verən ədliyyə məhkəmə sisteminin yaradılması, inkişafı sahəsində görülən işlərə, qazanılan uğurlara nəzər saldıqca, bir daha əmin olursan ki, ölkəmiz qısa müddət ərzində həyata keçirilmiş köklü mütərəqqi islahatlar nəticəsində demokratik dəyərlərə ədalət prinsiplərinə sadiqliyin real nümunəsinə çevrilib.

Ulu öndərimizin dövlət quruculuğu siyasətini uğurla davam etdirən möhtərəm  prezidentimiz cənab İlham Əliyevin tapşırıq tövsiyələrinə uyğun olaraq aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri artıq beynəlxalq aləmdə tanınır təqdir olunur. Son vaxtlar Bakıda məhkəmə fəaliyyətinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, ədliyyə fəaliyyəti ilə bağlı Avropa Şurasının ölkəmizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, Dünya Bankı ilə ədliyyə sahəsində yeni layihənin imzalanması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun dərəcədə artdığını təsdiq edir. Mükəmməl qanunvericilik bazasının  yaradılması, hakimlərin ən şəffaf seçimi qaydasının təsbit edilməsi, yeni məhkəmələrin təsis olunması, infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqinə başlanması digər mütərəqqi yeniliklər beynəlxalq hüquq əməkdaşlığı sahəsində ölkəmizin nümunəvi tərəfdaş kimi tanınmasına səbəb olub.

Təsadüfi deyil ki, bir çox nüfuzlu beynəlxalq qurumlar həyata keçirilən islahatların mütərəqqiliyini, Azərbaycan dövlətinin məhkəmə-hüquq sisteminin inkişafına xüsusi diqqətini öz hesabatlarında qeyd edərək bunu çox yüksək qiymətləndirirlər.

Bu günlərdə Quba Rayon Məhkəməsinin ən müasir tələblərə cavab verən yeni binasının açılış mərasimində iştirak edən Dünya Bankının ölkə üzrə meneceri xanım L.Leşçenko çıxışında Azərbaycanın Ədliyyə Nazirliyi ilə birgə fəaliyyətin səmərəliliyini əldə olunmuş nəticələri yüksək qiymətləndirərək vurğulayıb ki, təmsil etdiyi qurumun ekspertlərinin rəyinə görə, Azərbaycanda inşa olunan məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını da üstələyir. O həmçinin, Azərbaycanın bu sahədə nailiyyətlərinin geniş təbliğ olunmasının əhəmiyyətini bildirib.

Məlumdur ki, ölkəmizdə hakimlərin şəffaf prosedurlarla çoxpilləli seçim qaydası müəyyənləşdirilib. Bu sahədə qazanılan nailiyyətlər istər ölkə daxilində, istərsə beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası (CEPEJ) ölkəmizdə hakimlərin seçim prosedurunu Avropaya örnək göstərərək Avropa İttifaqı tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da bu seçim nümunə kimi qiymətləndirilərək digər üzv-dövlətlərə tövsiyə edilib.

Eyni zamanda, bu islahatların tərəqqisini görən nüfuzlu beynəlxalq təşkilatların maliyyə qurumlarının Azərbaycanın ədliyyə məhkəmə sistemindəki tədbirlərə dəstək təşəbbüsünü qeyd etmək lazımdır. Bu sahədə Avropa Komissiyası ilə birgə "Ədliyyə sahəsində islahatlara dəstək" proqramının Dünya Bankı ilə birgə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin uğurla həyata keçirilməsi ədliyyə məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi üzrə işlərə, ən əsası isə, vətəndaşların bu orqanlara müraciət imkanlarının asanlaşdırılmasına, insan hüquq azadlıqlarının daha etibarlı şəkildə təmin olunmasına böyük töhfələr verir.

Məlum olduğu kimi, Dünya Bankı maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs göstərib 2006-2014- illər üzrə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina komplekslərin layihələri hazırlanıb, 5 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binası tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina komplekslərin inşası başa çatmaq üzrədir. Layihə çərçivəsində həmçinin, Konstitusiya Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunub, məhkəmə sisteminin vahid internet portalı yaradılıb, hakimlər, ədliyyə məhkəmə aparatı işçilərinin İKT üzrə biliklərinin artırılması məqsədi ilə 1.500-dən artıq şəxs təlimlərə cəlb olunub.

Dünya Bankı tərəfindən ən uğurlu layihələrindən hesab olunan bu layihə "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib müxtəlif dövlətlər ölkəmizin bu təcrübəsindən bəhrələnməyə maraq göstəriblər. Layihənin uğurlu nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb yeni daha iri həcmli birgə Layihənin keçirilməsi barədə razılıq əldə olunub.

Bununla əlaqədar ötən ay Dünya Bankı ilə Azərbaycan hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri müasir məhkəmə infrastrukturu" adlı yeni layihə imzalanıb. Layihəni Azərbaycan Respublikası adından ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Dünya Bankı adından Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar. Layihənin həyata keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir. Layihə çərçivəsində yeni məhkəmə məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, ədalət mühakiməsinin çatımlılığı üzrə göstəriciləri nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması yalnız bir məqsədə - regionlarda yaşayan əhalinin hüquq mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə, son illərdə 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı ayrılıb.

Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində reallaşan ən mühüm yenilik Azərbaycan Respublikası Prezidentinin 2014- il 13 fevral tarixli  sərəncamına əsasən, "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Bu ən mütərəqqi sistemin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaqdır. Tərəflər vəsatətləri şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək.

Bundan başqa, məhkəmə proseslərinin audio, video digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biri olacaq. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınmasına proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsinə imkan verəcək. Nəticədə, məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxacaqdır. Məhkəmə çağırışlarının bildirişlərin, habelə qəbul olunmuş qərarların digər sənədlərin elektron qaydada ötürülməsi qərarların digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldıracaq.

Onu da qeyd edim ki, Salyan Rayon Məhkəməsində mülki işlər üzrə proses iştirakçılarına bildirişlərin sms mətn şəklində mobil telefonlara göndərilməsi forması hələlik sınaq kimi uğurla tətbiq olunur.

Bütün bunlar Azərbaycanda ədliyyə məhkəmə sisteminin inkişafı müasirləşdirilməsi sahəsində görülən işlərin, əldə olunan uğurlu nəticələrin bir hissəsidir. İslahatlar davam edir sözsüz ki, bu sahədə qazanılan nailiyyətlər bizi qədər sevindirirsə, qarşıda duran vəzifələrimizin daha yüksək səviyyədə keyfiyyətlə yerinə yetirilməsi üzrə məsuliyyətimizi bir o qədər artırır.

Ən başlıcası, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ümumən insan hüquq azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili digər mühüm məsələlərin həlli xüsusi diqqət mərkəzindədir. Şübhə yoxdur ki, bu islahatlar ölkəmizdə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə yeni-yeni töhfələr verəcək.

Bu əziz bayram münasibətilə bütün ədliyyə işçilərini Salyan Rayon Məhkəməsinin kollektivi adından təbrik edərək, şərəfli məsuliyyətli işlərində onlara uğurlar arzulayıram.

Xəqani TAĞIYEV,
Salyan Rayon Məhkəməsinin sədri

 





20.11.2014    çap et  çap et