525.Az

"Biz Kipr türkləri üzləşdiyimiz ədalətsizliyə rəğmən dünya ilə əlaqələr qurmağa çalışırıq"


 

"Biz Kipr türkləri üzləşdiyimiz ədalətsizliyə rəğmən dünya ilə əlaqələr qurmağa çalışırıq"<b style="color:red"></b>

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) 1983- ilin noyabrında yaranıb. Ötən müddətdə Kipr türklərinin dövləti yalnız Türkiyə tərəfindən tanınsa da, Şimali Kipr müxtəlif ölkələrlə ticarət, turizm, təhsil, mədəniyyət əlaqələri qurur, TÜRKSOY-da təmsil olunur, qurumun mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu günlərdə Şimali Kipr yaranmasının 31-ci ildönümünü qeyd edir.  Müsahibimiz ŞKTC-nin Bakıdakı təmsilçisi Sadəddin Topukçu ilə bu mövzu ətrafında, Azərbaycanla əlaqələrə dair söhbət etdik.

- İlk növbədə 1983- il noyabrın 15-dək baş verən proseslərə nəzər salmaq lazımdır. Kıprıs türkləri 1950-ci illərdən başlayaraq, adada mövcudluqlarını qəbul etdirmək üçün həmin tarixə qədər mübarizə apardılar. Səbəb bu idi ki, yunanlar adanın Yunanıstana birləşdirilməsi məqsədilə hərəkətə keçmişdilər bu siyasi tarixdə ENOSİS adlanır. Məlumdur ki, Kiprin Yunanıstana birləşdirilməsi türklərin adadakı varlığına son qoyulması demək olardı. Bu səbəbdən türk milləti olaraq mübarizəyə qalxdıq, hətta yunanların silahlı basqınlarından müdafiə olunarkən çox sayda şəhid verdik.

Bilirsiniz ki, 1974- ilin iyulunda adanın yunan icması Yunanıstandakı xunta ilə birlikdə Kiprdə yenidən silahlı hücuma başladı. Vəziyyət o dərəcədə böhranlı idi ki, adanın türk sakinləri kütləvi məhv edilmək təhlükəsi ilə üzləşmişdilər. O vaxt Türkiyənin baş naziri olan Bülənt Ecevit İngiltərə hökuməti ilə təmasa keçərək, Kiprə birgə müdaxilə etmək təklifini verdi. Onu da deyim ki, o vaxt İngiltərə, Türkiyə Yunanıstan adanın təminatçısı sayılırdılar adaya müdaxilə etmək haqları vardı. Amma ingilislər Ankaranın təklifini qəbul etmədilər. Bu səbəbdən Türkiyə 1960- il Kipr konstitusiyasının verdiyi haqqa arxalanaraq adaya təkbaşına ordu yeritdi biz kütləvi qırğın təhlükəsindən xilas olduq.

Sonra adanın ortasında "yaşıl xətt" deyilən bir sərhəd çəkildi. Cənubda yaşayan türklər şimala, şimaldakı yunanlar isə cənuba köçdülər. Bununla da adada iki fərqli dövlət meydana çıxdı. Amma iki dövlət yaratmaqda məqsəd vardı. Gözləyirdik ki, yunanlar da gələcəkdə oturub, düşünəcəklər türklərin bərabərhüquqlu vətəndaşı olacağı federativ dövlət yaradacağıq. Amma yanılmışdıq, yunanlar heç cür türklərin adadakı varlığını qəbul etmirdilər sonda gördük ki, belə getsə, dövlətsiz qalacağıq. Ona görə 1983- il noyabrın 15- adanın türklər yaşayan şimal hissəsində Şimali Kipr Türk Cümhuriyyəti elan edildi.

-Ötən 31 il Şimali Kiprin inkişafında hansı hadisələrlə yadda qaldı?

- Bu müddətdə adada daimi sabit sülhün yaranması üçün mütəmadi danışıqlar prosesini davam etdirmək istəyimizə sadiq qaldıq. Düzdür, yunanlar həmişə birlik təşəbbüslərinin əleyhinə çıxıblar. Bunun da səbəbi odur ki, onlar 1963- ildə türkləri müştərək hökumətdən atandan sonra hakimiyyəti təkbaşına əldə saxlayıblar. Eləcə beynəlxalq səviyyələrdə adanı təkbaşına təmsil etdilər bunu gələcəkdə öz əllərində saxlamağa çalışırlar. Biz türk kəsimi olaraq həmişə sülh təşəbbüsü ilə çıxış eləmişik, amma onlar hər dəfə əleyhinə çıxıblar.

Bu gün Kipr türkləri üzləşdiyimiz ədalətsizliyə, təcridə rəğmən dünya ilə əlaqələr qurmağa çalışırlar. Düşünürəm ki, bunun öhdəsindən gələ bilirik. Məsələn, turizm baxımından çox gözəl imkanlarımız var. Bir çox ölkələrin turizm agentlikləri ilə əlaqələr qurmuşuq. Qürurla deyirəm ki, Şimali Kiprə gələn turistlərin sayı ildə 1 milyon nəfəri keçir. Bu göstəricinin milyon yarım olmasını hədəfə almışıq. İkinci önə çəkdiyimiz istiqamət təhsildir. Hazırda Şimali Kiprdə 11 universitet fəaliyyət göstərir. Ali təhsil ocaqlarında 70 min tələbə təhsil alır.

300 min əhalisi olan Şimali Kiprdə bu qədər tələbə sayının olması uğurlu göstəricidir. Onların çoxu Türkiyədən, qalanları isə 35-40 ölkədən gəlir. Azərbaycandan çoxlu tələbələr var biz onların sayının daha da artmasını istəyirik. Biz həm tələbələrə təhsil veririk, həm onların vasitəsilə dünyaya çıxırıq. Beləliklə, ölkəmiz beynəlxalq tanınmış təhsil mərkəzinə çevrilib.

- Azərbaycanla Şimali Kipr arasında mədəni əlaqələr barədə deyə bilərsiniz?

- Mədəniyyət, dil bizim ortaq dəyərlərimizdən biridir. Bir-birimizi daha yaxşı anlaya bilmək üçün bu dəyərlərimizi müxtəlif vasitələrlə möhkəmlətməyimiz lazımdır. Qarşılıqlı işbirliyi, mədəni mübadilə vasitəsilə belə əlaqələrimizi genişləndirməliyik. Bu istiqamətdə mədəniyyət proqramları həyata keçirilir. Onu da qeyd edim ki, əlaqələrimizin genişlənməsinin əsas vasitəçilərindən biri Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrdir. Onların təklifi ilə Azərbaycan sənətçilərini ölkəmizə dəvət edirik. İki il əvvəl Azərbaycan Dövlət Milli Dram Teatrı ilə Şimali Kipr Teatrı arasında bir anlaşma imzalandı. Azərbaycan Xalq yazıçısı Elçinin bir əsəri səhnələşdirildi. Tamaşanı Azərbaycandan gedən bir rejissor bizim aktyorlarla birgə səhnəyə qoydular. Hər il Şimali Kiprin Girne şəhərində TÜRKSOY opera günləri çərçivəsində konsertlər keçirilir. Bu tədbirlərdə Azərbaycandan da ifaçılar iştirak edirlər. Bütün bu mədəniyyət layihələri, qarşılıqlı səfərlər iki xalqın bir-birini daha yaxından tanımasına kömək olur.

- Turizm əlaqələrini, eləcə Azərbaycanın bu sahədə imkanlarını necə qiymətləndirirsiniz?

- Şimali Kiprin iqtisadiyyatı iki əsas faktor üzərində qurulub - biri təhsil, digəri isə turizmdir.

Ərazimiz kiçik olduğu üçün böyük sənaye təsisatları qurmaq mümkün deyil. Ona görə xidmət sektoruna önəm verməyimiz lazımdır. Sevindirici haldır ki, hər il turizm sahəsində əhəmiyyətli nailiyyətlər əldə edirik. Qeyd etdiyim kimi, ölkəmizə gələn turist sayı ildən-ilə artır. Yeni turizm təsisatları inşa edilir. Şimali Kiprdəki gözəl cəlbedici məkanlara azərbaycanlı turistlər böyük maraq göstərir.

Eyni zamanda Bakıda keçirilən beynəlxalq turizm sərgilərində bizim turizm şirkətləri iştirak edir. Ölkəmizdə turizmin müxtəlif sahələri, məsələn, mədəni turizmi, çimərlik turizmi, dini turizm inkişaf edir. Ölkədə müxtəlif dinlərə aid qədim məbədlər çoxlu ziyarətçi cəlb edir.

Turist marağına səbəb olan tarixi yerlərimiz çoxdur. Çünki Kipr tarix boyu müxtəlif mədəniyyətlərin gəlib keçdiyi bir məkandır bu mədəniyyətlərin izləri qalmaqdadır.

Məsələn, ölkəmizdə qədim amfiteatr, Salamis bölgəsində qədim şəhərin qalıqları mövcuddur.

Bu bölgələrdə arxeoloji qazıntılar davam etdirilir.

Azərbaycan da böyük turizm potensialı olan ölkədir. Bu sahəyə yatırımlar qoyulur. Son illərdə turizmin inkişafına daha çox yer ayrılır. Şəkidə, Şahdağ turizm kompleksində olmuşam. Turizm baxımından çox gözəl yerlərdir. Qobustan qoruğu, oradakı muzey çox xoşuma gəldi. Bakı yaxınlığındakı palçıq vulkanları turizm baxımından çox cəlbedici məkandır. Dünyanın çox yerində belə nadir təbiət hadisəsinə rast gəlmək olmur.

Düşünürəm ki, Azərbaycan bu imkandan yararlanıb daha çox turist cəlb edə bilər. İki il öncə buraya gələndə təsəvvür etdiyimdən daha gözəl, inkişaf etmiş bir ölkə gördüm. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə Azərbaycan bölgənin ən inkişaf etmiş bir ölkəsi olacaq.

PƏRVANƏ

 





20.11.2014    çap et  çap et