525.Az

Miqrasiya Məcəlləsinə növbəti dəyişiklik edilir


 

Miqrasiya Məcəlləsinə növbəti dəyişiklik edilir<b style="color:red"></b>

Milli Məclisin (MM) Hüquq siyasəti dövlət quruculuğu komitəsinin noyabrın 19-da keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirilib.
 
Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, Miqrasiya Məcəlləsi son dövrlərdə parlament tərəfindən qəbul olunmuş ən vacib məcəllələrdəndir: "Biz bu məcəllə ilə bağlı çox ciddi müzakirələr apardıq, onu müzakirələrdən keçirib qəbul etdik. Eyni zamanda, bu məcəllənin icrası ilə bağlı qısa müddət ərzində miqrasiya orqanları tərəfindən çox əhəmiyyətli addımlar atıldı   atılmaqdadır. İndi isə həmin Məcəlləyə növbəti vacib dəyişiklik təklif olunur".

Qeyd edək ki, müzakirəyə çıxarılan layihədə Miqrasiya Məcəlləsində mövcud sonuncu 13- fəsil (Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması) dəyişdirilərək 14- fəsil kimi verilir məcəlləyə yeni 13- fəsil əlavə edilir. Onu da qeyd edək ki, "Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi saxlanılması qaydası" adlı fəsil ümumilikdə on üç maddədən ibarətdir. 82-ci maddədə (Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsaslar müddətlər) əcnəbi vətəndaşlığı olmayan şəxslərin hansı hallarda müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra Mərkəz) könüllü yerləşdirilməsi açıqlanır. Bunlar aşağıdakılardır: Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək: Şəxs qaçqın statusu aldıqda - ya yaşayış yeri əldə edilənədək, lakin 3 aydan artıq olmayan müddətə; Şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda - çıxarılma üçün İnzibati Xətalar Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin (Miqrasiya Məcəlləsi) 79.5-ci maddəsində nəzərdə tutulmuş müddətə;

Maddədə eyni zamanda əcnəbilər vətəndaşlığı olmayan şəxslərin hansı hallarda müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində məcburi qaydada yerləşdirilməsi göstərilir. Yəni, müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda 24 saatadək;Məhkəmənin inzibati qaydada tutma barədə olduqda üç günədək; Bu Məcəllənin 80.2-ci 80.3- maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə. Maddədə o da göstərilir ki, Məcəllənin 82.1.3- maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikası ərazisində yaşayış yeri ya özünün ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq olunur.

Müzakirələr zamanı deputat Çingiz Qənizadə deyib ki, nəhayət, cəmiyyət yavaş-yavaş miqrasiyanın miqrasiya qurumunun demək olduğunu, necə vacib əhəmiyyət kəsb etdiyini başa düşür.

Müzakirələrdən sonra  qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

K.HƏMİDOV

 





20.11.2014    çap et  çap et