525.Az

"Azərbaycana qarşı haqsızlıqlar artıb"


 

"Azərbaycana qarşı haqsızlıqlar artıb"<b style="color:red"></b>

Milli Məclisin sədr müavini Bahar Muradova QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb.

Parlamentdə 2015-ci il Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı çıxış edən vitse-spiker qeyd edib ki, hazırda QHT-lərə 6 milyon manat nəzərdə tutulur:
 
"
Mən deyə bilmərəm ki, bu çoxdur. Bunun qədər olacağını bilmirəm. Hər halda bu vəsait artırılmalıdır.

Dünyada
təhlükəli tendensiyalar artır.Bəzən biz müxtəlif məsələlərə sonradan reaksiya verməli oluruq.

Amma
belə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Regionda olan münaqişələr artıq dünyanın hər yerini əhatə edir. Aparıcı dövlətlər beynəlxalq hüququn normalarına sayğısız yanaşır.

Azərbaycana
qarşı haqsızlıqlar artıb. Bəzən biz haqlı mövqeyimizi sübut etməli oluruq.  Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün "İctimai iştirakçılıq haqqında" qanunun icrası istiqamətində addımlar atılmalıdır. Artıq Milli Məclis bu yöndə ilk addımı atıb. QHT-lərə Dövlət Dəstəyi  Şurası ilə əməkdaşlıq memorandumu imzalayıb".

KAMİL

 





20.11.2014    çap et  çap et