525.Az

XİN: “Suriyaya keçmək istəyən azərbaycanlıların məsələsi araşdırılır”


 

XİN: “Suriyaya keçmək istəyən azərbaycanlıların məsələsi araşdırılır”<b style="color:red"></b> Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür.

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidməti rəhbərinin vəzifəsini icra edən Hikmət Haciyev deyib.

“Hazırda məsələ araşdırılır. Bununla əlaqədar Türkiyənin rəsmi dövlət qurumları ilə təmaslar davam etdirdilir” – diyə o, söyləyib.
 
Xatırladaq ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
 





20.11.2014    çap et  çap et