525.Az

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək


 

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.
 
Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.
 
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq.
 
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
 





20.11.2014    çap et  çap et