525.Az

Məktəblərdə reydlər keçiriləcək


 

Məktəblərdə reydlər keçiriləcək<b style="color:red"></b> Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlərin keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. 

Burada məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası  layihəsi çərçivəsində  yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq.

Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
 
 





20.11.2014    çap et  çap et