525.Az

Messi "Barselona"dan ayrılacaqmı?


 

Messi "Barselona"dan ayrılacaqmı?<b style="color:red"></b> Xorxe Messi oğlu Lionel Messinin şərəfini qoruduğu "Barselona"dan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
525.az-ın Qol.Az-a  istinadən məlumatına görə, , o, argentinalı hücumçunun Kataloniya klubunda xoşbəxt olduğunu deyib:
 
"Messi "Barselona"dan ayrılmayacaq. Əgər "Barsa" onu satmaq istəsə, o zaman Messi başqa kluba transer olunmaq barədə düşünə bilər. Oğlumun "Barselona"dan ayrılmağı üçün bir səbəb yoxdur".
 
Qeyd edək ki, həmişə karyerasının sonuna qədər “Barselona”da qalacağını deyən Messi son müsahibəsində gələcək karyerası haqda danışmaqda çətinlik çəkdiyini deyib. Bundan sonra İspaniya mətbuatı Messinin "Barsa"dan ayrıla biləcəyini iddia edib.
 





20.11.2014    çap et  çap et