525.Az

Həbs edilmiş vəzifəli hərbçilər ev dustaqlığına buraxıldı


 

Həbs edilmiş vəzifəli hərbçilər ev dustaqlığına buraxıldı<b style="color:red"></b> Dünən Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) həbsdə olan sabiq anbar rəisi Faiq Hamayev və digər 4 nəfər vəzifəli şəxsin ev dustaqlığına buraxılmaları barədə vəsatətə baxılıb.
 

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar qəbul edilib. Qərara görə, həmin şəxslərin vəsatətləri təmin edilərək, barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
 
Xatırladaq ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra digər bir neçə vəzifəli şəxs də istintaqa cəlb olunub.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 
 





20.11.2014    çap et  çap et