525.Az

“Şair, hökmdarın hüzurundasan...”


 

“Şair, hökmdarın hüzurundasan...”  <b style="color:red"></b>

(ATATÜRK ƏHMƏD AĞAOĞLU)

Makedoniyalı İskəndərdən üzü bəri həqiqi dövlətçilik təfəkkürünə malik bütün böyük hökmdarlar həmişə  çevrələrində müdrik, təcrübəli, dünyagörmüş, əqidə iman sahibi,  kökləri ilə xalqa bağlı ziyalıların, alim filosofların  cəmləşməsinə mühüm diqqət yetiriblər. Hökmdarın özünə inamı, xalq arasında nüfuz hörməti qədər çox olubsa, o, məddahlıqdan uzaq, həqiqətin gözünə dik baxmağı bacaran, yalnız qulağa xoş gələn şit təriflər  deyil, həm acı gerçəklər söyləməyi bacaran insanlarla- alim intellektuallarla ünsiyyəti daha önəmli sayıb.

Bu mənada yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürk istisna deyildi. Yer kürəsinin üç qitəsində yeddi yüz ildən çox hökmranlıq etmiş Osmanlı xanədanının xarabalıqları üzərində  çağdaş dövlət-Cümhuriyyət qurarkən o, yalnız hərbçilərin siyasətçilərin deyil, türk dünyasının ünlü fikir adamlarının rəylərinə, təklif   məsləhətlərinə böyük əhəmiyyət vermişdi. Onlardan yalnız şəninə söylənən təriflər deyil (hərçənd bu təriflərdən xoşlandığını da gizlətmirdi!), işgüzar məsləhətlər, hətta sərt həqiqətlər eşitməyi hər zaman gərəkli saymışdı.

Anadolu, habelə Balkan türklərinin bir sıra alim ziyalıları ilə yanaşı Atatürkün çevrəsinə inandığı, fikirləri ilə hesablaşdığı tatar Yusif Akçura, Rəşid Rəhməti Arat, Sədri Məqsudi Arsal, başqırd  Zəki Vəlidi Toğan, Karaim türkü Sürəyya Şapşal kimi tanınmış şəxsiyyətlər daxil idi. Atatürk vətənləri bolşevik işğalına uğradığından qardaş Türkiyəyə üz tutmaq məcburiyyəti qarşısında qalan Məmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Əhməd Cəfəroğlu kimi Azərbaycan ziyalılarını, ictimai-siyasi xadimlərini yaxşı tanıyırdı, zərurət yarandığı məqamlarda Cümhuriyyət Türkiyəsinin siyasi mədəni tələbatlarının təmin olunması, milli maraqlarının qorunması baxımından onların bilik bacarıqlarından,  intellektual potensialından yararlanmağa çalışmışdı.

Yeni Türkiyənin banisi ilə daha yaxın təmasda olan, onun rəhbərliyi altında müxtəlif dövləti vəzifələrdə çalışan, iki dəfə Türkiyə Böyük Millət Məclisinə seçilən, siyasi sistemin qurulmasında iştirak edən, ən başlıcası ilə dəfələrlə Atatürklə (Türkiyə Cümhuriyyətinin banisi bu adı 1934- ildə, soyad qanunu qəbul edildikdən sonra götürmüşdü. Həmin dövrə qədər Mustafa Kamal Paşa, daha çox isə Qazi müraciət forması geniş yayılmışdı. Lakin müəyyən tarixi dissonans yaranmasına baxmayaraq 1920-ci illərdən bəhs edərkən Atatürk adından istifadəni məqsədəuyğun saydıqV.Q.) qarşı-qarşıya gəlib cəsarət prinsipiallıqla polemika aparan yeganə Azərbaycan türkü  isə, heç şübhəsiz, Əhməd bəy  Ağaoğlu (1869-1939) olmuşdu.

Onu Qurtuluş Savaşının öndərinə ilk dəfəTürk yurduTürk ocaqlarında  birgə çalışdığı dostu, həmin dövrdə TBMM hökumətində maarif naziri vəzifəsini tutan Həmdulla Sübhi Tanrıöver təqdim etmişdi. Əhməd bəyin bütün sonrakı həyatını dəyişən bu hadisə 1921-ci il iyunun sonlarında baş vermişdi.

Azərbaycanda Osmanlı imperiyasında ciddi siyasi proseslərin getdiyi 1919-1920-ci illərdə Əhməd Ağaoğlu ingilislərin fitnəkarlığı nəticəsində müvəqqəti olsa  həyatının əsas amalı saydığı türklük uğrunda fəal mübarizədən uzaq düşmüşdü. XX əsr türk dövlətçiliyinin, türk ictimai-siyasi fikrinin bir sıra tanınmış simaları ilə Böyük Britaniyanın nəzarəti altındakı Limnos Malta adalarında sürgündə olmuşdu. Əslində 1919-cu ilin baharında o, Ə.Topçubaşovun rəhbərliyi altında Versal Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə yola düşməli idi. Lakin Bakıdakı ingilis işğal qüvvələrinin komandanı general V.M.Tomsonun etimad məktubuna, Azərbaycan Parlamentinin üzvü Sülh konfransının iştirakçısı mandatlarına baxmayaraq İstanbulu ələ keçirən müttəfiq qüvvələrİttihad Tərəqqipartiyasının tanınmış nümayəndələrindən biri kimi 1919-cu ilin mart ayında Əhməd bəyi həbs edib sürgünə yollamışdılar.  Osmanlı siyasi mədəni elitasının digər nümayəndələri kimi onu daasayişi pozmaqda ermənilərə qarşı zor işlətməyə çağırışdagünahlandırırdılar.

Taleyin qəribə ironiyası nəticəsində qurulmasında yaxından iştirak etdiyi Azərbaycan Cümhuriyyətin birinci ildönümündə – 1919-cu il mayın 28- Əhməd Ağaoğlu Böyük Britaniya dəniz qüvvələrininPrinsessa Enahərbi gəmisində iztirab məhrumiyyətlərlə dolu Malta sürgününə yola salınmışdı.

Düz iki ildən sonra, 1921-ci ilin mayın 28- Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin səyləri nəticəsində sürgün həyatından xilas olub İstanbula dönmüşdü. Rus bılinalarındakı bahadırlar kimi onun da qarşısında üç yol açılmışdı. Ya hələ müttəfiq qüvvələrin nəzarəti altındakı İstanbuldaİttihad Tərəqqipartiyası ilə əlaqələrini bərpa edib hadisələrin sonrakı gedişini gözləməli idi. Ya Malta sürgünündən qurtarması üçün əlindən gəldiyi qədər çalışmış həmvətəni köhnə qələm dostu Nəriman Nərimanovun dəvətini qəbul edib rəsmi bir vəzifə tutmaq üçün sovet Azərbaycanına dönməli idi. Ya da türk millətinin Mustafa Kamal Paşanın rəhbərliyi altında günü-gündən daha geniş vüsət alan Qurtuluş Savaşının sıralarına qoşulmaq üçün Ankaraya üz tutmalı idi.

Ankara    türklüyün Məkkəsi

Hansı variantın seçilməsindən asılı olmayaraq qəbul ediləcək qərar siyasi xarakter daşıyırdı. Atacağı addım Əhməd Ağaoğlunun həyatını kökündən dəyişdirəcəkdi. Eyni zamanda yeni çətinlik məhrumiyyətlərə yol açacaq, özünü ailəsini yeni hədələrə, təhlükələrə məruz qoyacaqdı.

Sürgündə Əhməd bəy bir sıra ittihadçıların həqiqi simasını görmüşdü. Bəzən   yalnız Britaniya müstəmləkəçiləri ilə deyil, “ingilisləri əsəbiləşdirib bizim hamımızı burada çürüdəcəksən”-deyən köhnə əqidə yoldaşları ilə mübarizə aparmalı olmuşdu. Malta sürgünü birlik tərəfdarlarının-ittihadçıların  düçüncə tərzi mənəviyyat baxımından qədər fərqləndiklərini bütün kəskinliyi ilə üzə çıxarmışdı. Bu partiyanın dövrünü başa vurduğu,  Türkiyə üçün xilas yolu göstərə bilməyəcəyi ilə bağlı  artıq Malta adasında qəti əminlik hasil etmişdi.

Digər tərəfdən, həyatının son on iki ili İstanbulda keçsə , bundan sonra ingilislərin nəzarəti altındakı  şəhərdə yaşamaq təhlükəli idi. Müttəfiqlər nəzərindəki siyasi etibarsızlıq keçmiş ittihadçı kimi təqib olunmaqla bir sırada Əhməd Ağaoğlunun adı ermənilərinqara siyahısındada vardı. Türkiyə Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri kimi onu da hər an terror yolu ilə aradan götürə bilərdilər.

Ana vətənini hədsiz sevməsinə, ömrünün ən yaxşı illərini doğma xalqının maarifə, mədəniyyətə, siyasi azadlıqlara qovuşması uğrunda mübarizəyə verməsinə baxmayaraq Əhməd bəy bolşeviklərin işğalı altındakı Azərbaycana dönməyi təsəvvürünə gətirmirdi. Hətta hakimiyyət sükanının N.Nərimanov kimi milli ruhlu, saf təmiz bir şəxsin əlində olması da onun fikrini dəyişdirməmişdi.

Çox düşünüb-daşındıqdan sonra daha təhlükəli, amma eyni zamanda daha şərəfli olan üçüncü yolu seçdiAnadoluya gedərək günü-gündən geniş vüsət alan Qurtuluş Savaşına qoşulmaq, millətin son ümid yerinə çevrilmiş Mustafa Kamal Paşanın əsgəri olmaq qərarını qəbul etdi. tam əminliklə demək olar ki, özünün bu tarixi seçimi ilə Türkiyə Cümhuriyyətinin qurucuları arasında yer aldı.

İki il ərzində ailə başçısının sürgünə göndərilməsi nəticəsində hədsiz məhrumiyyətlərlə üzləşmiş xanımının uşaqlarının yenidən çətin sınaqlar qarşısında qalacaqları da Əhməd bəyi niyyətindən çəkindirməmişdi.  Söhbət millətin taleyindən gedərkən o, özünün yaxınlarının rahatlığını, mənafeyini ümumi işə qurban verməyi bacarırdı. Hətta bunu vacib zəruri sayırdı.

Həyatının bu çətin məqamında yenidən İstanbulda allahın ümidinə buraxaraq tərk etdiyi ailəsinə yeganə yardımı dostu Həmdüllah Sübhinin göndərdiyi 300 türk lirəsi olmuşdu. Bu məbləğin əsas hissəsinin evin ehtiyaclarına xərcləyərək  cibindəki 50 lirə ilə ağır, təhlükəli səfərə çıxan Əhməd bəy 1921-ci il iyun ayının sonlarında Ankaraya gəlmiş Qurtuluş Savaşının iştirakçıları sırasına qoşulmuşdu.

Ankaraya bir mömünün müqəddəs bir yerə qədəm basarkən yaşadığı duyğularla gedirdim,- deyə sonralar xatırlayırdı.- Oranı bütün Türklük üçün bir Kəbə, bir Qüds kimi görürdüm. Ora dərin bir şükran, içdən gələn bir iman, yüksək bir dilək duyğusu ilə gedirdim. Bu yer məni düşmənlərin əlindən qurtarmış bir tapınaqdı (məbəd-V.Q.). Bu yer yurdsuz ocaqsız qalmış Türklərin yurdları ocaqları üçün savaşan bir qəhrəmanlar məskəni idi. Bu yer qüruru itirilmiş Türklüyün şərəf heysiyyəti üçün tale qəza-qədərlə çarpışan cəngavərlərin oylağı idi...”

Belə yüksək qayə amalla gəldiyi Ankarada təbii ki, Əhməd Ağaoğlunun siyasi keçmişini unutmamışdılar. Osmanlı imperiyasını məğlubiyyətin astanasına gətirib çıxarmışİttihad Tərəqqipartiyasının ideoloqlarından biri kimi ona bəlli bir şübhə inamsızlıqla yanaşırdılar. Bəlkə buna müəyyən izah tapmaq da mümkün idi. Çünki önəmli şəxsiyyətlərin cəbhə dəyişmələri cəmiyyətdə həmişə etimadsızlğın, fərqli fikirlərin yaranmasına əsas verir. Odur ki, ümummilli ideallar naminə gəldiyi Ankarada ilkin vaxtlarda müəyyən inamsızlıq soyuqluq görsə , qayəsindən çəkilməmişdi. Mustafa Kamal Paşanın yaxın dostları uzun illər tanıdığı hərbçilər istisna edilməklə səmimi vətənpərvərlik hissləri ilə Qurtuluş Savaşına qoşulan keçmiş ittihadçıların bir çoxunun  mərkəzdən uzağa, əyalətlərə təbii ki, ikinci dərəcəli işlərə göndərilmələri daha məqsədəuyğun sayılırdı.

Ətrafındakı adamların çoxundan fərqli olaraq Mustafa Kamal Paşa ilk görüşdən ona inanmışdı. Doğrudur, Əhməd bəy hərbçi deyildi. Amma onun qılınc tüfəngdən heç az kəsərli olmayan silahı vardı. Bu qələm söz idi. Həmin mürəkkəb tarixi mərhələdə millətin sərrast, səfərbəredici sözə böyük ehtiyacı vardı. İstiqlal hərbinin təkcə türk dövlətini yer üzündən silməyə çalışan xarici güclərə, müdaxilə qüvvələrinə qarşı  aparılması yetərli deyildi. Mübarizədəki birliyi həmrəyliyi təmin etmək, xalqı maarifləndirmək məqsədi ilə ölkənin daxilində bir fikir ideya savaşı vermək tələb olunurdu. Əhməd Ağaoğlunun simasında Atatürk məhz bu mübarizədə öz  yaxın silahdaşlarından birini görmüşdü.

Lakin etimad ab-havası da keçmiş ittihadçı Əhməd Ağaoğlunu başlanğıc mərhələdə əyalətdə müəyyənsınaq müddətikeçməkdən azad etməmişdi. Çağdaş türk tədqiqatçısı Fəxri Sakal Ankara hökuməti yanında daha çox birtəbliğat əsgərikimi yer alan Əhməd bəyin həmin dövr fəaliyyətindən bəhs edərək yazır: “O günlərdə (1921-ci ilin yayı nəzərdə tutulurV.Q.) Kütahya-Əskişəhir müharibələri TBMM hökumətinin əleyhinə işləməyə başlamışdı. Hətta Ankarada belə Qayseriyə çəkilmək mücadiləyə son qoymaqla bağlı uca səslər eşidilirdi. Pozulan mənəviyyatı düzəltmək, millətə inanc əzm aşılamaq üçün yeni siyasət işləyib hazırlamaq lazım idi. Bu vəzifəni öz üzərinə götürən Mətbuat İstihbarat Müdiriyyəti-Ümumiyyəsi Anadolu mətbuatını gücləndirməklə milli mübarizəni həm xalq arasında, həm xarici ölkələrdə daha yaxşı təbliğinin mümkünlüyünü nəzərə alaraq bu məqsədləİrşad heyətləritəşkil etməyi qərarı vermişdi”.

Qurtuluş Savaşının ideoloqlarından sayılan Həmdullah Sübhinin fikrincə, bu işi ən yaxşı bacaran azsaylı şəxslər sırasında Əhməd Ağaoğlunun xüsusi yeri vardı. Çünki hər şeydən öncə o, “çarlıq zülmünə qarşı Azərbaycanda türkcə mətbuat ənənəsini yaradan iki-üç aydından birikimi tanınırdı. Digər türk tədqiqatçısı Cəmil Öztürk isə Əhməd bəyi Türkiyədəşəhər qəsəbələrdə elmi propaqanda konfransları verərək xalqı irşad etməyə çalışan üç kişidən biriadlandırır.

Atatürkün tapşırığı ilə 1921-ci il iyulun sonunda Əhməd Ağaoğlu Qaradəniz Qars bölgəsinə yola düşmüşdü. Onun qarşısına Şərq vilayətlərində TBMM hökumətinin daxili xarici siyasəti ilə bağlı təbliğat aparmaq, eləcə Qarsda yeni məktəblər, çağdaş tələblərə uyğun təhsil çəbəkəsi yaratmaq vəzifəsi qoyulmuşdu. Qazi Əhməd bəyin Azərbaycan türkü olduğunu, Qars bölgəsində soydaşlarının yaşadığını nəzərdə tutaraq vidalaşdıqları zamanbu fəaliyyətin sərhəddin hər iki tərəfindəki xalqa böyük fayda gətirəcəyinixüsusi  vurğulamışdı.

Mustafa Kamal Paşa milli-azadlıq müharibəsinin bütün ölkəni bürüdüyü əsas resursları udduğu bir zamanda daİrşad heyətlərininfəaliyyətini daim nəzarətdə saxlayırdı. Bu baxımdan Əhməd Ağaoğlunun Türkiyənin şərqində son dərəcə çətin şəraitdə gördüyü işlər onun diqqətindən yayınmamışdı.  Qarsa, göndərdiyi teleqramların birindəirşad tənvir (maarifləndirməV.Q.)  xüsusunda bizzat ibzal buyurduğunuz məsaidən (şəxsən həyata keçirdiyiniz işlərdən-V.Q.) məmnun mütəşəkkirəm” – deyə azərbaycanlı fikir adamına  ayrıca olaraq səmimi minnətdarlığını da bildirmişdi.

Paşaların yanındapaşalara qarşı

Əhməd Ağaoğlu qısa müddətdə ciddi uğurlar qazansa da, tezlikləirşad heyətlərindəkifəaliyyətindən uzaqlaşmaq məcburiyyətində qalmışdı. Səbəb həmin dövrdə Atatürkün yaxın silahdaşlarından biri kimi tanınan Kazım Qarabəkir Paşa ilə  aralarında çıxan bir münaqişə, daha doğrusu, Əhməd bəyin həmişəki kimi həqiqəti söyləməsi idi. Bu epizod eyni zamanda onun əsas iştirakçılarının hər üçünü səciyyələndirmək baxımından diqqətəlayiqdir.

İstiqlal Savaşının vüsət aldığı dövrdə keçmiş hərbi nazir, 1909-1918-ci illərdə Osmanlı imperiyasını idarə etmiş Triumviratın üzvü Ənvər Paşa Rusiyada Qafqazda dolaşırdı. 1920-ci ildə Bakıda Şərq xalqlarının I qurultayının iştirakçısı olmuşdu. Hakimiyyət ehtirası, bəlkə keçmiş səhvlərini düzəltmək, xalqının müstəqillik davasına öz töhfəsini vermək istəyi onu bolşeviklərlə yaxınlaşdırmışdı. Ənvər Paşa Anadoluya keçmək, Qurtuluş Savaşında yer almaq, hətta bəlkə  bu savaşın lideri olmaq arzusu ilə yaşayırdı. Mustafa Kamal isə keçmiş hərbi naziri yaxına buraxmaq niyyətində deyildi.  Onun fikrincə, Osmanlı imperiyasını Birinci Dünya müharibəsindən sarsıdıcı məğlubiyyətlə çıxaranİttihad Tərəqqiliderinə yeni  Türkiyənin siyasi səhnəsində yeri yox idi.

Çox güman ki, TBMM hökumətinin iradəsi ilə Ənvərə qarşı təbliğata başlayan Kazım Qarabəkir bu işi ən yaxşı bacaran adam kimi Əhməd Ağaoğlunu Qarsdan yanınaSarıqamışdakı hərbi qərargahına çağırmışdı. Hətta ardınca xüsusi qatar göndərmişdi. Əhməd bəy xatirələrində yazırdı: “Qarabəkir məni ruslardan qalma qərargah binasının böyük salonunda qəbul etdi. İltifat göstərərək çay ikram etdi. Sonra da Ənvərin əleyhinə bir yazı istədi. Qarsa döndüm. Paşanın təsirini hələ üzərimdə hiss edirdim. Mustafa Kamalın ilk görüşdən insanı öz təsiri altına alan mənəvi nüfuzu onda yox idi. Fəqət Osmanlı imperatorluğunun xarabaları üzərində yeni bir dövlət qurmağa qərar vermiş yeni insanların qüsursuz təmsilçisi idi”.

Bir neçə gün sonraHakimiyyəti-milliyəqəzetində Ağaoğlunun paşalar hökuməti, ağalar səltənətiadlı yazısı çap olundu. Müəllif son bir neçə yüz ildə türk millətinin üzləşdiyi çoxsaylı fəlakətlərin bünövrəsində ayrı-ayrı adamların hakimiyyət ehtirası, “sən-məndavası dayanması fikrini önə çəkərək məqaləsinə belə yekun vururdu: “Artıq türk milləti ağalar səltənəti, paşalar hökuməti istəyir. O, haqqa, hüquqa dayanan nizamlı bir dövlət qurmaq əzmindədir. Bir daha bu arzusunusən-mənqovğası üçün hədər yerə sərf etməyəcəkdir”.

Yazı çıxar-çıxmaz  müəllifi yenə gecə ilə Qarsdan Sarıqamışa gətirmişdilər. Təbii ki, məqsəd təşəkkür bildirmək deyildi. Xatirələrdə oxuyuruq: “Qarabəkir masanın arxasında kreslosuna yayxanmışdı. Çatıq qaşlarla üzümə baxırdı. Hər iki tərəfində bir neçə zabit dayanmışdı. Mənəoturişarəsi vermədən önündəki qəzeti üstümə fırlatdı, “Mən sizdən bunumu istəmişdim?” – deyə bağırdı. “Siz Ənvər bəyin deyil, topdan hamımızın əleyhinə yazmısınız”.

Əslində bu sözlərdə bəlli bir həqiqət vardı. Çünki Əhməd bəy həmişəki kimi  ağlının ürəyinin səsi ilə hərəkət etmişdi. Özünü haqlı saydığından meydana çıxa biləcək problemlərdən qorxub çəkinməmişdi. Qarabəkirin zəhminə, vahiməsinə baxmayaraq türk ordularının keçmiş baş komandanı, şəxsi fəzilətlərinə insani keyfiyyətlərinə yaxşı bələd olduğu Ənvər Paşa haqqında bundan artıq bir şey yaza bilməyəcəyini açıq söyləmişdi. Qarabəkir elə həmin gecə şifrəli teleqram göndərərək Ağaoğlunun həssas bölgə saydığı Qarsdan  geri çağırılmasını istəmişdi.

 Atatürk onu darda qoymamışdı – 1921-ci il noyabrın 29-da Əhməd Ağaoğlu TBMM hökumətinintəbliğat naziri”- Mətbuat İstihbarat Ümumi Müdiri təyin olunmuşdu. Tezlikləİrşadheyətləri, habelə Yunis Nadi Xalidə Ədib Adıvarın təşəbbüsü ilə yaradılan Anadolu Agentliyi Mətbuat İstihbarat Müdiri-Ümumiyyəsinin tərkibinə daxil edilmişdi. Ağaoğluna həm Ankara hökumətinin yarırəsmi mətbu orqanı sayılanHakimiyyəti-milliyəqəzetinin baş redaktorluğu həvalə olunmuşdu. Qazandığı zəngin siyasi təcrübə, bir sıra Şərq Qərb dillərini yaxşı bilməsi onun qarşısında Qurtuluş Savaşının məqsəd məramlarını geniş təbliğ etməyə, işıqlandırmağa imkan yaratmışdı.

Kazım Qarabəkirlə qarşıdurmanı tezliklə yaddan çıxarmışdı. Amma həqiqi hakimiyyət adamlarının çoxu kimi həm yaxşı, həm pis şeyləri yadda saxlamağı bacaran Atatürk hadisəni unutmamışdı. Cümhuriyyət elanından bir il sonra Kazım Paşa ilə cümhurbaşkanının arasında fikir ayrılıqları yarandı. Köhnə silah yoldaşları siyasətdə eyni hədəfə vura bilmədilər.  TBMM üzvü olan Kazım Qarabəkir 1924- ilin noyabrında müxalif yönlü Tərəqqipərvər Cümhuriyyət Partiyasının  (TCP) qurucuları sırasında yer aldı yeni siyasi təşkilatın baş katibi seçildi. Müxalif mövqedə dayanması ona partiyasına baha başa gəldi. 1925-ci ildə Şeyx Səid üsyanı başlananda TCP-nin adı üsyanla əlaqələndirildi.  Nazirlər Şurası partiyanın bağlanmasına qərar verdi. Bir il sonra isə Kazım Qarabəkir İzmirdə Atatürkə sui-qəsd təşəbbüsünün iştirakçılarından biri kimi həbs olundu. Haqqında edam hökmü istənilirdi. Lakin İstiqlal Məhkəməsi qarşısında günahsızlığını sübuta yetirib bəraət ala bildi. Kazım Paşanın həyatının bu ağır günlərində Atatürk Əhməd bəyi yanına çağırıb Sarıqanışdakı köhnə münaqişəni xatırlatmış onun əleyhinə məqalə yazmasını istəmişdi.  Ağaoğlunun cavabı qısa olmuşdu:

“-Yıxılmış adamın əleyhinə yazı yazmaram. Hələ əski bir arkadaşınız üçün bunu siz məndən istəməzsiniz, Paşam!”

Atatürk israr etməmişdi. Bu dialoqdan xəbər tutan Kazım Paşa isə aradan illər keçəndən sonra minnətdarlığını Əhməd bəyin oğlu Səməd Ağaoğluna çatdırmış, hətta o zamankı  yersiz sərtliyi üçün üzrxahlığı da yaddan çıxarmamışdı...

Atatürkün mətbuat naziri

Yeni Türkiyədə mətbuat informasiya fəaliyyətinin təşkilini Əhməd Ağaoğlu quru yerdə başlamalı olmuşdu. Ölkənin bütün atributları kimi milli mətbuatı da, necə deyərlər, sıfırdan yaratmaq lazım gəlmişdi. 1922-ci ildə, TBMM-nin iclaslarından birində az müddətdə gördüyü işlər barəsində hesabat verərək demişdi: “Müdiriyyətə gəldiyimdəSirati-müstəqim” (hakimiyyəti dəstəkləyən qəzet-V.Q.) dörd ay idi ki, tətil etmişdi. “Köy Hocasının (“Kənd müəllimi”-maarifçi məcmuə idi- V.Q.) da nəşri dayanmışdı. Mətbəənin maşınları zirzəmidə atılıb qalmışdı, alət avadanlıqların hərəsi bir yana dağılmışdı. Mən bunları on beş günə topladım. “Surəti-müstəqimi təkrar çıxarmağa başladıq. “Kiçik məcmuənin əsasını qoydum”.

Həmişə belə təsadüflərdə olduğu kimi, iti qələmi, yorulmaz fəaliyyəti Əhməd bəyə təkcə dostlar deyil, rəqib əleydarlar da qazandırmışdı. Oğlu SəmədHəyat bir macəradırkitabında bu münasibətlə yazırdı: “Hakimiyyəti-milliyyəqəzetində ulduz işarəli baş məqalələri yazarkən atam çox yaxşı bilirdi ki, böyük bir düşmən cəbhəsinin mühasirəsinə düşəcək. İki şeyə arxalanırdı: inandığı fikirlərə Mustafa Kamal Paşaya. Onu da bilirdi ki, hətta günün birində Mustafa Kamal da fikirlərini paylaşmadığını söyləyə bilər. O zaman da qələmi əlindən alınmayana qədər ağlıdur!” desə , xarakteri, hissi, bir az da inadı onu döyüşə çəkəcəkdi”.

Atatürkün idealları yeni Türkiyə uğrunda döyüşdə təkcə köhnə düşüncə sahibləri, mühafizəkarlar deyil, bir sıra komanda üzvləri, dövlət rəsmiləri Əhməd bəyə düşmən kəsilmişdilər. Ölkəninikinci adamısayılan İsmət İnönü ilə aralarındakı prinsipial fikir ayrılıqları getdikcə kəskinləşərək həyatının sonuna qədər davam etmiş, hətta bəzi münaqişələriirsən” 1950-ci illərdə Türkiyənin siyasi həyatında mühüm rol oynayan oğlu Səmədə keçmişdi. Amma ədalət naminə qeyd etmək lazımdır ki, Atatürk bir sıra hallarda İnönünün digər yüksək çinli məmurların Ağaoğluna haqsız hücumlarının qarşısını alırdı. Silahdaşlarına böyük fikir adamı, türklük ideallarına bağlı şəxsiyyət kimi dəyərləndirdiyi Əhməd bəyi qruplararası çəkişmələrə qurban verməyəcəyini  aydın bildirirdi.

Belə təsadüflərdən biri Sovet Rusiyası ilə əlaqədar meydana çıxmışdı. 1922-ci ilin yanvarından Rusiyanın TBMM hökuməti yanındakı səfiri vəzifəsində çalışan sovet diplomatı S.Aralov Əhməd bəylə yaxın idi. Fərqli siyasi məfkurələrin sahibi olan bu insanları çox güman ki, rus dili, Ağaoğlular ailəsində mövqeyini həmişə qoruyub saxlayan zəngin rus mədəniyyəti birləşdirirdi. Təbii ki, Əhməd bəyin vaxtı ilə rus təbəəsi olması, ortaq vətən paylaşmaları da burada  müəyyən rol oynayırdı.

Anamla atamın rusca bilmələri ailəvi dostluq qurulmasına yardım etdi”-deyə sonralar türk ədəbiyyatınaDostoyevski heyranıkimi daxil olmuş Səməd Ağaoğlu xatirələrində yazırdı. S.Aralov da özününSovet diplomatının xatirələriadlı memuarlarında Əhməd bəydən minnətdarlıq hissi ilə bəhs edirdi. Ailələrdə təkcə yaşlı nəslin təmsilçiləri deyil, uşaqlar da dostlaşmışdılar. Hətta Aralov xidmət müddətinin başa çatması ilə əlaqədar Ankaradan ayrılanda oğlu Sergey velosipedini həmyaşıdı Səmədə bağışlamışdı. Patriarxal Ankarada bu görünməmiş hədiyyə idi!

Çox güman, Ankaranın informasiya siyasətinə rəhbərlik etdiyini nəzərə alaraq S.Aralov bir dəfə RSFSR hökumətinin Türkiyə Böyük Millət Məclisinə ünvanladığı məktubun surətini Əhməd Ağaoğluna çatdırmışdı. O isə həqiqətən tələskənliyə yol verərək (türk tədqiqatçısı Fəxri Sakalın fikrincə, S.Aralov bu təsadüfdə Əhməd bəyin səmimiyyətindən istifadə edib onu provakasiyaya çəkmişdi-V.Q.) məktub Məclisdə müzakirəyə çıxarılmamışdan əvvəl əlindəki mətniHakimiyyəti-milliyyəqəzetində  yayınlamışdı. Həm sənəddə hər hansı məxfilik olmadığından atdığı addımı ilk növbədə informasiya azadlığı ilə əsaslandırmağa çalışmışdı.

(Ardı var)

 





18.11.2012    çap et  çap et