525.Az

Ramil Usubovun müavini vəzifədən azad olundu


 

Ramil Usubovun müavini vəzifədən azad olundu<b style="color:red"></b>

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.

Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.

 





01.11.2014    çap et  çap et